Posts

Showing posts from 2011

İLİN SON YAZISI... (2)

Image
Bu da son yazı... Son fikirlərim 2011 üçün.. Düşünməkdən və yazmaqdan əl çəkimrəm yoo :) Sadəcə bir günün 1 ilə çevrildiyi ana qədərki sondur bu.. O qədər hadisələrin şahidi olmuşam, o qədər dəyişən sifətlər, o qədər "fahişə" ürəklər, yaltaqlar, yaxşılar-pislər nə bilim nələr nələr gördüm ki mən bu ili... 2011 mənu böyütdü.. Həsrətlə yoğurdu xəmirimi, səhv atdımlardan yan qoymadı məni saldı . . . əşşi nə fərqi var.. Köhnə ilin son 24 saatına girdik beləcə... Mən bu il yaşadıqlarımı bircə bircə yazmaq istəmirəm.. Nə pis nə yaxşı.. Keçən il bu il üçün arzuladıqlarıımın yerinə yetəni də yetməyəni də n saydadı.. Çox şey yaşadığımı bilirəm təkcə.. Təkcə yaşamaqla qalmadım.. Dolu dolu yaşadım.. İnsanları tanıdım və ... və hər şey üçün Allaha şükür edirəm ki, bu ili də valideynlərimlə birlikdə yola salmağı mənə nəsib etdi.. Məndə bir xasiyyət var ki fikirlərim yığılanda, yəni hisslərim çox olanda cümlələri qura bilmirəm.. İndi də vəziyyət eyniylədi =) Ona görə də çox yaza bil

OXUDUĞUM KİTABLAR...

Image
2011-ci ildə oxuduğum kitabların siyahısını və hər kitab barəsində bir iki fikirlərimi  qeyd etmək qərarına gəldim.  Başladıq: 1. Nüşabə Məmmədli - "Vicdan dustağı" (Bəsit, mənasız, məişət..) 2. Frans Kafka - "Çevrilmə" (Kafka stili..) 3. Nəzakət Əfşani - "Ağlama mələyim" (Bəsit, mənasız, məişət No.2.. ) 4. Əli Əkbər - "Artuş və Zaur" (Nifrət edərək oxuduğum ilk əsər..) 5. Elxan Elatlı - "Qisas gecəsi. M.İbrahimov" (Şərhsiz..) 6. Günel Anarqızı - "Altıncı" (Çoxu bəyənməsə də mən bəyəndim. Təsirli..) 7.Əli Əkbər - "Amneziya" (Bu əsəri Brusseldə oxuyurdum :)) 8. Paulo Koelyo - "on bir dəqiqə" (Kitab bayramında almışdım, açıq fikirlərlə dolu olub sətiraltı yazılan əxlaq normalarını nisbətən aşan əsər. Əli Əkbərin əsərləri ilə müqayisədə tərbiyəli :)) 9. Xalid Hüseyn - "Çərpələnuçuran" (Favorit əsərim. Kim kitab məsləhəti istiyirsə birinci bunu məsləhət görürəm. Aktual, maraqlı

XOŞBƏXTLİK AXTARIŞI...=)

Image
Axtardığım özümün xoşbəxtliyi deyil... Sadəcə insanların xoşbəxt olub olmadığını bilmək istəyirəm. Nəyə görə bilmək istəyirəm? Bunu bilmək mənə nə verir? Bəlkə də səbəb, mənim xoşbəxt olduğum dəqiqləri, yəni hal-hazırda olduğum vəziyyəti dərk edə biməməyimlə əlaqədardı.. Xoşbəxt olmaq.. Əlbəttəki uzun müddətli xoşbəxtlik insana yeknəsək gəlir və dəyərini itirir, həm təbii olaraq bu mümkün də deyil.. Bəlkə də xoşbəxtlik dinc həyatdı!? Bəlkə sevdiklərinin yanında olmasıdır!? Ac insana isti çörək, soyuq olana isti paltardı.. Ümidsizə ümid işığının istisidir.. O qədər versiyalar varki.. hər fərd üçün xoşbəxtlik iliksiri fərqli fərqlidi. Və heç kəs öz xoşbəxtlik prinsipini heç kəsə məcburi qəbul etdirə bilməz.. Təbii şüurlu və düşünməyi bacaran insan bunların hamısını dərk edir və bilir.. Xoşbəxtlik axtarışı mənim üçün gülməli istəkdir.. Bunuçun axtarmaq lazım deyil ki, sadəcə görmək bəs edir.. Görməyi bacarmaq.. Hiss etməyi bacarmaq.. Əgər sən kənardan xoşbəxt görünürsənsə kimçüns

ELƏ BELƏCƏ

..işdəyəm və iş gününün sonuna çox az vaxt qalıb. son zamanlar özümlə təkbətək qalmağı bacardığım nadir dəqiqlərdən biridir. demək olar ki, son neçə vaxtdı öz dəmir dilimli yolundan çıxmış qatara bənzəyir həyatım. bilirəm hər şeyi.. doğru olub-olmadığımı mühakimə eliyəcək gücdə də deyiləm onsuzda. yox yox.. tükənməmişəm.. sadəcə istəmirəm, o qədər! və mən düşünürəm ki, yolundan çıxmış qatarı necə özünə qaytara bilərəm hə? ..bir azdan işdən çıxacağam. hə düzdü bu gün bir az fərqli olacaq, çünki bacımla görüşməliyəm. yeni il ərəfəsi görəcək işlər planı. amma evə qayıdanda yenə istmədən edəcəyim işlər sıyahısı.. (yenə də yox yox deyəcəyəm) - yox yox.. kaş elə mənə tapşırılan bir sıyahı olardı bu. özümün özümə cızdığım mənasız trayektoriyadı sadəcə.. deyirəm axı yolunu azmış qatar. bax o azmış yolun xətləridi. özüm çəkmişəm. fərəhlənmirəm əyri-üyrü həyat yoluna baxanda.. ..nifrət, aha nifrət. yalandı hamısı. Son günlərdə Emre Aydının "Son defa" mahnısı məndən danışır (nəqarət

"DÜŞÜNCƏLƏRİMDƏN MƏKTUBLAR" - III YER

Image
Keçənlərdə qeyd etdiyim kimi Fəlsəfə Akademiyasının təşkilatçılığı ilə noyabr ayında keçirilən "Düşüncələrimdən Məktublar" Adlı I Esse Müsabiqəsində "Çərçivələrin rəngi" essemlə müsabiqəyə qatılmışdım. Və nəticələr məni doğurdan sevindirmişdi çünki yer qazana biləcəyimi heç düşünməmişdim.. ..və budur "Çərçivələrin rəngi" essesi III yerə layiq görüldü!  Nəticələr açıqlandıqdan sonra 26.12.2011-ci il tarixində Bakı Dövlət Universitetində təbdir keçirildi və mən də dəvət aldığım üçün orada iştirak etdim. Sertifikat və çox sevdiyim dünya ədəbiyyatından 2 kitabla mükafatlandırıldım. Və mənim kimi düşünən gənclərlə bir masa arxasında oturmaq mənə olduqca çox xoş təsir bağışladı.  Uğurların davamı diləyi ilə .. İnşallah..

POÇT AZ 1001

Image
Bəlkə də poçt işçiləri hamımız üçün adi işçilərdi. Səhər saat 09:00-dan 18:00-a kimi standart iş saatlar. Yaşıl formaları, xidmət göstərdikləri insanlarla olan münasibətləri, günlük raporlar, xaircdən gələnlər, xaricə gedənlər, ölkə daxili, "pasilkalar", məktublar.. Gün ərzində yüzlərlə insan üzü.. Adama elə gələr ki, heç kəsi yadlarında saxlamırlar.. Elə deyilmiş amma.. Əslində indi zəmanə də o zəmanə deyil ki, kimsə kiməsə tez-tez məktub göndərsin. İnternet, proqlramlar, telefon... Bəlkə də ona görə, gənc bir qızın həftədə bir dəfə üzərində ancaq çatacağı yerin ünvanın yazısı olan ağ zərfli məktubu diqqəti çəkib... İllərin təcrübəsini toplamış poçtdakı xala əlində tutmaqla məktubda bu dəfə daha çox yazı olduğunu bilmişdi.. :) Bəli, çox idi axı o daha çox yazmağı istəmişdi.. Axı danışmağa nə interneti var, nə də telefon.. Heç geriyə ünvan da yoxdu ki, cavab gəlsin... Ancaq bir tərəfli gedən məktublar.. Sevgi dolu.. Həsrət dolu.. Bu gün ya sabah yenə də bir sadə ağ zər

GÜNLƏRİ SAYIRAM...

Bu aralar buna cox ehtiyacım olacaq.... Число дней между датами

GÖZ YAŞLARI...

Image
Süzülür yanağımdan göz yaşları.. ilıq.. duzlu.. kədərli.. və tək cığır açır üzümdə.. Özümə bənzədirəm - o yanaqda tək, mən Bakıda.. Arsızca axır üzümdən.. Satqındı göz yaşları. Gizlədirəm, gizlənirəm... heç bacarmıram da düzü. Söz dinləmir mənim kimi, dayan dedikcə qaçır, təsəlliyə nifət edir.. Mənə bənzədir çox zaman özünü.. Mən danışdıqca o süzülür yavaşca, məni dinlədiyini göstərir.. Kədərimə şərik çıxır.. Çox zaman mən onu gizlətməyə çalışsam da, bəzən o özü özündən qaçır, gizlənir.. Düyümlənir boğazımda.. yandırır.. incidir.. Amma heç cür görünmür.. Yenə mənə bənzəyir.. Mən insanlardan qaçarım, o isə məndən.. və beləcə süzülür yanağımdan ovuclarıma damcılanan göz yaşları, ilıq.. duzlu.. kə dərli..

ÜRƏK DÖYÜNTÜMSƏN...

Image
Necəliyini yazmayacağam.. Çünki, bilmirəm nə üçün amma söz vermişəm sevgimdən yazmamağa. O hisslər gizli, görünməz və... Yox, yox yazmayacağam.. Həsrətdən, ayrılıqdan danışacağam, başqalarının sevgisini misal çəkəcəyəm amma özümünkünə toxunmayacağam.. Sirrimi açmayacağam.. Sənsizlikdən çox danışacağam.. Keçmişdən, gələcəkdən isə bir-iki kəlmə, söz xətrinə.. Günləri saymaq üçün qaraladığım təqvimi isə ümumiyyətlə heç kəsə göstərməyəcəyəm.. Qisqanaram səni sənin varlığını təsvir edən cümlələrə.. İçimdə saxladığımı sənə belə deməkdən çəkinərəm.. Bir tək sözlə hiss edərsən amma - SƏN MƏNİM ÜRƏK DÖYÜNTÜMSƏN... 

GETMƏK...

Image
..bəzən unutmaqdi getmək, bəzən xatırlamaqdan qorxmaq.. bəzən dönmədi, bəzən də bir ömür itmək, yox olmaq.. bəzən getmək sevməkdi.. bəzən nifrət etməkdi.. sevərək gedənlər yalnız olar, nifrət edib gedənlər güclü... ..getmək bəzən susmaqdi, için için cığırsan belə ..bəzənsə bağırmaqdi avazın çatdıqca, elə belə.. göstəriş olsun deyə.. bəzən gizlenməkdi getmək, bəzən gizlətmək, bəzən də hər ikisi.. həm özü gizlənər, həm hisslərini gizlədər və gedər... ..bəzən xəyanətdir getmək, bəzən sevginin aliliyi.. bəzən gedənlərə gülüş verər, bəzən göz yaşı.. narahatlığa qovuşulan rahatlıqdır getmək, tufana bürünmüş səssizlik.. ..bəzən yeni həyat deməkdi getmək, bəzən də lənətlənmiş keçmişi çamadana yığıb sadəcə yər dəyişdirmək.. tərk etmək və tərk edilməkdi getmək.. ikisindən biri mütləq sənsən.. ..getmək getməkdi.. nə olur olsun.. içindəkini tərk etməyənə qədər bütün gedişlər eynidir. . . P.S. Sadəcə "Kaybedenler klübü" kino flimindəki bu fraqmentə baxarkən cızma qara etdim...

SƏNLİ GÜNLƏRİMDƏN... EMIN AGALAROV - WONDER

Image
I've been thinking I should call you What can I say Last we spoke with you long ago feels like yesterday I just miss your voice, your smile, your touch Ooo I miss you baby so much Feels like a million days I'm passing by fade them away and I wonder if you never let to stay with me baby and I wonder want it would be like if you'd stayed with me baby One could ever take your place I couldn't leave at that and what I felt I can't forget and don't wanna do that I miss your voice, your smile, your touch Ooo I miss you baby so much Feels like a million days I'm passing by fade them away and I wonder if you never let to stay with me baby and I wonder want it would be like if you'd stayed with me baby Look into myself what about become without you bab I just don't feel alive don't wanna live this life....

"DÜŞÜNCƏLƏRİMDƏN MƏKTUBLAR" No. 27

Bu yaxınlarda fb səhifələrinin birində esse müsabiqəsinin keçirlidiyini gördüm. Tanıdıqlarım və yazma potensialı məndən də yüksək olan dostlarım da orada iştirakçı idi və onlara dəstək oldum. Vəəəə özüm də iştirak elədim bu gün :) "Çərçivələrin rəngi" yazım müsabiqəyə qoşuldu.

"AKLINDA BİR SAYI TUT" J.VERDON

Image
Mark Mellery poçt qutusuna buraxılmış imzasız bir məktub alır. Məktubda belə yazılıb: "Ağlında hər hansı bir rəqəm tut - 1 ilə 1000 arasında hər hansı bir rəqəm." Mellery elə belə 658 rəqəmini tutur. Yazı belə davam edər: "Sirrlərini necə bildiyimi görəcəksən. Kiçik zərfi aç." "Aldıqlarını geri verəcəksən Vermiş olduqlarını aldığın zaman. Bilirəm nə düşündüyünü, Nə zaman yatdığını, Hara getdiyini, Hara gedəcəyini. Səninlə bir görüşümüz var, Cənab 658." P.S. Kitabı əvvəlcə təsadüfən jurnalların birində reklam edilərkən görmüşdüm. Sonra facebookda Online bookshop səhifəsində onu sifariş etmək ağlıma gəldi və on gün sonra kitab əlimdə idi.. Türkcə olsa da asan oxudum, bundan əvvəl Elif Şafakın "Baba ve piç" əsərini oxumaq istəmişdim amma nəsə alınmamışdı.. Yəqin ki, hələ o həvəsdə detildim. Bu əsəri böyük maraqla oxudum - olduqca maraqlı, olduqca cəlbedici. Azərbaycanlı xəfiyyə Qanbay Qasımlını xatırlatdı hətta bir ara. :) Əsərdəki giz

MƏLƏK QANADLI ŞEYTAN..

Image
...mən mücərrədləşmiş müəyyənəm, mürəkkəbləşmiş sadəyəm.. səfil, rəzil hökmdaram, xəyanət qoxulu vəfadaram.. şeytan qanadlı mələk sima, yalan nəfəsli doğru sözəm.. xətt çəkin üzərimdən, mən insan deyiləm!  

GİTME, GİTME...

Image
Sənsiz bir gündə səni düşünərək dinlədim bu mahnını... Darıxdım... Və "darıxmaq" adlı küçədə qeyb oldum... Döngələrin hamısını əzbərlədiyimi düşünürdüm.. Amma deyil, hətta çoxunu tanımıram, hər dəfə qeyb oluram. Daha var.. Daha çox var.. Bilirsən, nifrət eliyirəm o küçəyə, hər döngəsinə, hər dalanına... Sənin adını cızıram divarlara, baş hərfimizi yonuram ağaclarda.. Əbəs, səni qaytarmır ki.. Və nifrət etdiyim o küçələrə izimizi qoydumu üçün yenidən qayıdıram.. Amma hər dəfə itdiyim üçün, hər dəfə başqa döngəsi məni öz ağuşuna alıb azdırdığı üçün bu dəfə başqa divarla cızılır hərflərimiz, adlarımız.. nə zaman tanıyacam bu küçənin hamısını!? ..istəmirəm ..istəmirəm SƏSİNİ EŞİTMƏK ƏN BÖYÜK HƏDİYYƏMDİR! "Akşam vakti sardı yine hüzünler Kalbim yanqın yeri, gel kurtar beni senden.."

QURBANLIQ...

Bayramı tam dərk eləmək üçün gərək ki, bayramın lazımı şərtlərinə əməl eliyəsən. Mən bu il bunu daha çox dərk edib, anladım. Uşaqlıqdan oruc tutduğuma görə RAMAZAN Bayramının gəlişini həmişə hiss eləmişəm və çox sevmişəm. QURBAN Bayramı isə böyüklərin bir birinə təbrik sözləri və evə qohumlarımız tərəfindən gətirilən paydan bişən bir qazan ət yeməyi ilə yadımda qaıb.. Bu gün isə Qurban Bayramının fəzilətini, onu dərk etməyi nəsib etdi Allahım mənə.. İlk kəsdiyim (Allahımın köməkliyi və yetirdiyi ruzi ilə) qurban bu ilə təsadüf etdi və mən əslində bu bayramın mənsını, verdiyi rahatlığı və yüngüllüyü indi dərk edirəm. ALLAHIMDAN arzum Həcc yolunu tezliklə mənə (..və arzusunda olan hər kəsə) qismət etməsi və qurbanlıq qoyunu orda kəsməyi nəsib etməsidir. ALLAH QƏBUL ELƏSİN İNŞALLAH! AMİN!

"MƏHƏBBƏT ÜÇ İL YAŞAYIR" F.BEQBEDER

Image
Romanın baş qəhrəmanı kübar həyatdan yazan jurnalist Mark Marroneydir. O əmindir ki, məhəbbət üç il yaşayır: əvvəl insanlar bir-birini ehtirasla, sonra incə və dostcasına sevirlər, və nəhayət, bir-birinə darıxdırıcı olurlar. Romanın birinci hissəsində təsvir olunan belə baxışların səbəbi ondan qaynaqlanır, görünür, Mark heç zaman üç ildən artıq sevməmişdir. P.S. Məhəbbət üç il yaşayırmış. Yazıçı belə fikirləşir, amma.. Amma hislərə kim vaxt qoya bilər ki.. Ən yaxşısı keçək əsərdən seçdiyim cümlələrə, onlar hər şeyi daha yaxşı başa salacaq. Sevgi sözü gələndə mən susmağı üstün tuturam neyçünsə.. ƏSƏRDƏN YADDA QALAN SƏTİRLƏR Məhəbbət – döyüşdür. Əvvəlcədən uduzulmuş döyüş. *** Sərxoş olan zaman əsas odur ki, gözün bir binanı iki görəndə onların arasından düz keçəsən. *** Düşünürdüm ki, məhəbbət axtarıram. Ancaq bir gün anladım ki, bunun tam əksidi – ondan uzaq durmaq istəyirəm. *** Sakit mələk namünasib vaxtda yanından uçur. *** Olduqca çox xatirələr var, xeyli şeyi unutm

GÖRÜŞ...

Image
Bu gün avtobusda evə gələndə çox qəribə telefon söhbətinə "həmqulaq" oldum özüm də istəmədən.. Onsuz da basabas olan, tıxacın əlindən addım addım irəliləyən avtobusda qadının səsi diqqətimi çəkməyə bilməzdi. Əvvəlcə Prezident Aparatının yanındakı universiteti Neft Akademiyası adlandırmağı mənim marağıma səbəb oldu (əslində söhbət İdarəçilik Akademiyasından gedirdi.) Sonra onun yanındakı park, parkda hansısa qızı gözləyən oğlan olmalı idi.. Yəni bir qızla bir oğlanı görüşdürürdülər.. Gələcəyin ailəsini qurmaq üçün ilk görüş olmalı idi.. Oğlan qızı 15 dəqiqə gözləməli idi neyçünsə. Mənə indi gecənin bu vədəsi maraqlıdı görəsən bir-birlərini bəyəndilər? :) foto: Ehtiram Jabi

KADIN KİTAP GİBİDİR...

Image
Bu yazını bir türk bloggerin bloguna təsdüfi baxış zamanı oxudum və çox bəyəndim... "kadın kitap gibidir, kitap vardır yazması kolay, kendini okutur, zaman eskitir kitap vardır anlaması zor, okuması emek, taşımak için yürek istenir kadın kitap gibidir, alırsın eline, kalıplıdır, içi boş, gerisi hikaye alır yanında taşırsın, okuduğun herbir anı anlatılası birer hikaye kadın kitap gibidir, kimi başucu kitabıdır yatağında, okumaya değer her gece kiminin tek bir hikayesi vardır, okunması bile sadece bir gece kadın kitap gibidir, açıpta kapağını okumasını bilene..." Özgür Akdağ

EŞQİN YELLƏNCƏYİ... (15.10.09)

Image
Yenə günəşli oktyabr səhəri.. Bu dəfə tələsmədim heç nəyə, yetişmək istəmədim heç kimə, onsuz da artıq gecikməmişəm. Bunu bilirəm.. Hər il təqvimdə dairəyə alıram bu tarixi, mənə əziz.. mənə yaxın.. qəlbimə bağlı.. Qeyd etmədim təntənə ilə amma bu il. susdum.. baxdım.. eşitdim.. və ən nəhayət hiss etdim.. Gündüzlərimi qaranlıqdan xilas etmək üçün ona aid heroqliflərə ehtiyacım var imiş, aldım.. oxudum.. gizlədim.. yenə oxudum.. yenə gizlədim.. əzbərlədim.. Əzbərlədim hər sətri, həs sözü.. İzləyə bildim hissləri. və gecə ulduzların həvəsinə çıxdım boş küçəyə.. Payızın soyumağa yenicə başlayan küləyi qarışdırdı buruq saçları.. Toxundu üzümə, sığal çəkdi.. Ulduz görmədim səmada, buludların arxasında gizlənmişdi hamısı, amma mən əmin idim, buludların arxasında sayrışan ulduzlar mütləq var, hardasa bir yerdə küləklərin onun da saçını oxşadığına əmin olduğum kimi.. Boş yelləncək gördüm qaranlıq küçədə, ürəyim çırpındı, ilk dəfə aşiq olmuş kimi.. Və bir anda artıq mən yelləncəkdə idim.. Başım

DÜŞÜNCƏLƏR...

Image
Düşüncələrə dalıram.. Nəyi düşündüyümün fərqinə varmadan, elə hey düşünmək, düşünmək, düşünmək keçir içimdən.. Bəlkə keçmişimi, yadımda elə də qalmayan, dumanlı uşaqlığımı, ya gələcəyimi, necə olacağını, ümumiyyətlə olacağını bilmədiyim qocalığımı düşünürəm.. Və düşünməkdən zövq alıram.. Nə düşündüyümü bilmədiyimi və nə üçün bu qədər düşündüyümü düşünürəm.. Gecələri, sabahları, uzaqları, yaxınları fikirləşir, daha uzaqları, uzaqdakıları, daha yaxın və yaxındakıları xatırlayıram.. Təsadüfi kəlmə kəsdiyim, bir daha heç vaxt görə bilməyəcəyim insanlar keçir fikrimdən.. Sonra yerini verir başqa düşüncələrə.. Eyniylə notlar kimi, vurur akkordlar, forte səslənir.. Mən də beləcə dəyişirəm fikrilərimi.. Anamı düşünürəm.. Onun gözəl üzünü, qayğısını, sevgisini.. Ailəmi düşünürəm.. Yenə uşaqlığımı düşünürəm. Atamın 15 il əvvəlki görkəmini xatırlmağa çalışıram.. Notlar bu anda piano.. və mən yenidən başa qayıdıram. Yenidən daha dərinlərə dalıram.. Sevdiklərimi, sevdiyimi düşünürəm.. Tək qalmaq

MƏN SƏNİ SEVMİRDİM...

Image
Mən səni sevmirdim... Amma gecəydi, Bir bomboş vağzaldı,birdə biziydik... Yuxulu gözlərin gözümə dəydi, Yuxulu gözlərin tərtəmiziydi... Yuxulu gözlərin yuxu görürdü, Sən özün ən şirin yuxuydun ancaq. Yuxulu gözlərin yuxu görürdü, Mən sənin yuxunda yoxuydum ancaq... Mən gələn qatarın hayında idim, Bir sərin gecəydi,bir ilıq nəfəs. Bir də ki, mən sənin yanında idim, Yaxında olanlar yuxuya girməz... Sonra qatar gəldi,yuxun dağıldı, İstədim söz deyəm, karıxdım yenə. Qatar gecikirdi,mən darıxırdım, Sən mindin qatara, darixdim yenə... O gedən qatarın dalinca baxdim, Dedim,bu gecəni çətin dözərəm. Bir az da keçsəydi ağlayacaqdım, Yaxşı ki,gülməyim tutdu özümə... Sonra da yol boyu uzandı kölgəm, Sonra da tək-tənha qayıtdım evə. O qatar,o gecə, o dünya bəlkə, Tək bundan ötrüydü; MƏN SƏNİ SEVƏM... Ramiz Rövşən

"TAUN" A.KAMYU

Image
Albert Kamyunun "Taun" romanı 1947-ci ildə nəşr olunub. Roman Fransanın faşistlər tərəfindən işğalı zamanı və o dövrün yazıçıya təsiri nəticəsində yaranıb. Əsərdə insan fədakarlığı, başqalarını ölümdən qorumaq naminə öz həyatını hədə altına qoyan insanların fədakarlığı ilə eyni bəlaya laqeyidliklə baxanların xüdpəsəndliyi üz-üzə qoyulub. P.S. Əsəri elektron variantda oxumalı oldum, çünki satışda Kamyunun "Yad" əsəri var (o əsər də son dərəcə maraqlıdı), amma "Taun"a rast gəlməmişəm, adını isə çox eşitmişdim. Sözün qısası bir gün işdə risk eliyib downlode elədim. Baxdım 98 səhifədi və onu printerdən çıxartdım. Gözlərim zəif olmasa bəlkə də daha çox romanı elektorn tapıb oxuyaram. Amma gözlərim imkan vermir təəssüf.. Romanı oxuduqca özümü taun xəstəsi, Bakını Oran şəhəri hesab eliyirdim.. Sonu çox təsir elədi.. Oxumağı məsləhət bildiyim kitablar sırasına daxildir.. ƏSƏRDƏN YADDA QALAN SƏTİRLƏR Əvvəlcə bir-birinə ürəklə, ehtirasla bağlanmış adamların

"DƏYMƏZ" - XOSE & PLAN

Image
Uzun müddət idi azəricə mahnılara qulaq asmırdım.. Bunu bəyəndim. Apardı uzaqlara. Lap uzaqlara...

ANONİM ŞEİR - "ADƏTİMSƏN"

Image
Yenə kövrəlirəm bir axşamçağı Kimdən darıxardım sən olmasaydın!? Həsrət vuran yerdə qanlı bıçağı Səsim də cixmazdı sən duymasaydın.. Sən mənim ərk yerim, nazımı çəkən Sən mənim ömrümü güldürənimsən. Hərdən buz baxışla hirsini töküb Səhvimi, düzümü göstərənimsən.. Harayım catmazdı,ünüm yetməzdi Yolumun üstündə sən durmasaydın Ayağım bir addım önə getməzdi Görüşə getdiyim sən olmasaydın.. Başımı hər zaman uca eləyən Əyilməz qürurum, fəxarətimsən. Bütün vərdişləri tərgitmişəm mən Mənim əl çəkməyən tək adətimsən.. Anonim

QƏRİBƏ AXTARIŞ...

Mənim bir qeydlər dəftərim var. Ora bəyəndiyim şeirləri, maraqlı sitatları, əsərlərdən seçmələri yazıram.. Bayaq facebookdakı səhifəmə yeni sitatlar yazmaq üçün dəftərimi vərəqləməyə başladım. Təsadüfən gözümə türkcə yazılmış şeir dəydi. Şeiri oxuduqca nələrisə xatırlayırdım, hiss eliyirdim ki bu sözlərin bir bəstəsi, notları var.. Amma xatırlaya bilmirdim.. Bacımı köməyə çağırdım, o ümumiyyətlə nə bu şeiri, nə də buna yazılmış musiqini xatırlamadığını dedi.. Ürəyim sıxılmağa başladı və googla hücum çəldim (: ..axtarışlarım nəticə vermirdi, ancaq mahnının sözləri var idi, heç bir yerdə yükləmə yox idi. Artıq ümidimi üzürdüm və daha çox əsəbləşirdim ki, facebookda hasnsısa səhifədən tapdım videonu.. Tuba Önal - (dinləmək istəsən klik elə) Gün olur da gidersen burdan Gelmem dersen peşinden yalan Kapında solmuş bir gül bulursan Sevgilim bil ki o bendendir Halimi hiç sormazsan bana Utanırda söyleyemem sana Çok yalnız olduğumu Anlatmaktan korkmam sana Ya seni alırlarsa benden Ya bir anda b

"MARTİN İDEN" C.LONDON

Image
"Martin İden" əsəri avtobioqrafik xarakter daşıyır. Cek London bu əsəri cənub dənizlərində səyahətdə olduğu vaxtlar yazmışdı. Yeni romanı haqqında o, ilk dəfə 1907-ci il noyabrın 25-də bacısı Elizaya məktubunda yazırdı: "Hər gün işləyirəm. Yeni romandan 95 000 söz yazmışam... Bu mənim ən uzun romanım olacaq." Bu əsər C.Londonun sayca 21-ci romanıdır. P.S. Bu kitab uzun müddət idi ki, kitab rəfimizdə var idi. Heç vaxt üzünə fikir verməmişdim. Kitabların arasında gizlənən çəhrayı üzlü kitabın ancaq və ancaq qırağında kirilcə yazılmış "Cek London" yazısını xatırlayırdım, o qədər... 60-cı illərin nəşri olan kitabı çox uzun illərdən sonra kəşf elədim özümçün. O qədər köhnəlib ki, vərəqləri çəvirərkən hətta bəzi səhifələr cırıldı belə.. Amma heç nəyə baxmayaraq mən bu əsəri sevə sevə və böyük maraqla oxudum.. ƏSƏRDƏN YADDA QALAN SƏTİRLƏR Bəzən onu əslində olduğundan başqa cür görmək arzusu yoldan çıxarırdı, lakin o saat ehtiyatla düşünürdü ki, bu heç bir

İLK E-BOOK-um "PAYIZ İLLÜZİYASI"

Image
Mənim ilk e-bookum... Əməyi keçən və dəstək olan hər kəsə təşəkkürlər! E-booku yükləmək istəyən klik edə bilər. :) E-bookum silinib..  - 03.12.2015

GÜNƏŞİN QARANLIĞI...

Image
Gizlənmək asandı.. Bunun ücün ətrafindakılardan qacıb öz qınına girmək bəs eləyir. Ya da arxana baxmadan qaçmaq.. Bəzən qaçmamaq da olar. Əksinə, hamı irəli gedərkən dayanıb ətrafında qəfil hərəkətlərlə səni arxada qoyub irəli gedənlərə baxarsan. Sevinərlər sənin durğunluğuna bəlkə də. Amma tapılır hərdən səninlə birlikdə ayaq saxlayıb səni gözləyənlər ...bəzən gizləndiyin bütün yerlərə gözətçi qoyarlar. Gizli yer qalmaz.. Təzəsini keşf eləməyə də həvəs.. Oğurlayarlar hisslərini, sənə aid olan, özünküləşdirdiyin hər şeyi.. Buna görə inciməzsən də artıq, hətta səxavət qapısından özün də paylayarsan. Bir gün tükənərsən təbii.. Dayanarsan sonun astanasında, amma ürəyin hiss edər ki, bu son deyil. Bu dəhşətli də deyil, ən sonları yazmağın əlimizdə olmadığını dərk edib bildiyimiz kimi.. Həyatin çox üzü ilə taniş olduğunu düşünərsən, amma bildiyindən də çox üzünü gizlətməyi bacarır o.. Hələki heç kim ona gözətçi qoymağa cəsarət eləməyib.. Günəş kimi gizlənmək maraqlidi, özü ulduz olsa da,

"NƏFƏS YELLƏNCƏYİ" H.MÜLLER

Image
Keçənlərdə bir sayt tapdım, kko ( kitabı karandaşla oxuyanlar ). Bir qrup cavan oxuduqları kitablardan maraqlı cümlələri seçib yazır. Məndə kitablarımı karandaşla oxmağa başlayandan hiss edirdim ki, əslində onda insan əsəri daha dərindən dərk edir, çünki bəyəndiyin cümlənin altından xətt çəkmək, onu işarələmək üçün daha dərindən fikirləşməli və həmin cümləni ruhuna yaxın buraxmalısan.. Mən də özüm üçün, o qrupa daxil olmasam da kitabı karandaşla oxuduğuma gorə əsərdən bəyəndiyim cümlələri blogda yerləşdirməyi qərara aldım. :) ƏSƏRDƏN YADDA QALAN SƏTİRLƏR Herta Müller insanların həyatına öz damğasını vuran hadisələrdən danışır. Oskar Pastor və düşərgədən digər zərərçəkmişlərlə çoxsaylı görüşlərindən yetərli material toplamış və sonra bunları roman halına salmışdır. Beləliklə o, Avropa tarixinin hələ də tamamən qapalı qalmış bir səhifəsini cavan bir oğlanın kifayət qədər dərin individual həyat hekayəti ilə çatdıra və unudulmuş mənzərələrdə əks etdirə bilir. *** Bir çox insan d

BAKIDA PAYIZDIR...

Image
Tarixi təkrarlamaq qərarına gəldim, amma alınmadı. Sondakı iki rəqəmi mütləq dəyişməli oldum təqvimi yazarkən.. Bir gələn fəsilə baxdım bir də ətrafıma.. və Bakıda payızdır bu gündən.. Nə düşündümsə bu gün, qaldı hamısı narıncı günəşin doğan şəfəqləri ilə sabahı qarşılamasında. Bilirəm az sonra narıncı rəngi oğurlaycaq yarpaqlar günəsdən.. Çünki, Bakıda payızdır bu gündən.. Yağışlar.. Sevdiyim yağışları səsləyəcəyəm tez-tez.. Sarılıacağam leysanlara.. Qısqanacağam yağışı çətirsiz gəzən hamıya.. Amma yenə sevəcəyəm.. Bəlkə daha çox sevəcəyəm.. çünki daha başqadır Bakının yağışı da.. Səni düşünəcəyəm şəhərimin kimsəsiz küçələrində yağışla rəqs edərkən.. ola bilər yağış yoxdu, amma Bakıda payızdır bu gündən.. Gücüm çatmayacaq səni qaytamağa.. Sənsiz keçəcək bu fəsil də və məni tək qoymalarını istəyəcəyəm yaxınlarımın.. Susacağam bu fəsil... foto: gfarique

AYRILIĞIN "OLMALIDIR"LARI...

Image
Nədir ayrılığın nəticəsi!? Gecələrin yuxusuzluğu.. Özünü unudana qədər içki {!}.. Çoxlu və yeni qız-oğlan tanışlığı.. Saysız siqaret kötükləri.. İşdən çıxmaq.. Yaş yastıqlar.. Sosial şəbəkələr.. Təklik.. Ən yaxşı tələbə, şagird olmaq.. Hər şeydən soyumaq.. İçəri şəhərin dar küçələri.. Gecə iştahası və kökəlmək.. Təkliyə nifrət etmək, qələbəlik.. Şəkilləri cırmaq.. İşdə ən qabaqcıl işçi olmaq.. Hər dəqiqə telefonu yoxlamaq.. Çox gözəlləşmək.. Keçmişə aid və onu xatırladacaq hər şeyi göz önundən yığışdırmaq.. Yaxınlardan üz çevirmək.. Dərsdən qaçmaq.. Arıqlamaq.. Üzü divara gözü açıq "yatmaq".. Kitablardakı əsərlərdə özünü tapmaq.. Serialların qəhrəmanına çevrilmək.. Baxımsızlıq.. "Ucuz" yolun yolçusu olmaq.. Dinə sarılmaq.. Utopiya qurub orda yaşamaq.. İxtiralar eləmək.. Başqa ölkələr.. və.. və.. və.. Əvvəli özündən qaçmaq, sonu özünə qayıtmaq!

НЕ ПРОВОЖАЙ...

Image
Не провожай. Я не люблю прощаний. Прощанье – это варварский обычай. Ни слез я не хочу, ни обещаний- Не нужно соблюдения приличий. Не провожай. Путь даже мне неведом – Не знаю, доведется ли вернуться. Ну что за блажь – идти за мною следом: Достаточно вслед просто улыбнуться. Не провожай. Закрой за прошлым двери – Вернись в свой мир, где всё тебе знакомо, А у меня – ни имени, ни дома, Есть лишь мечты, в которые я верю, Да ангелы, которые хранят… Пожалуйста, не провожай меня. Марина Винтер

TƏKLİYİN MƏNASIZ ƏZABI...

Image
Bəlkə ən yaxşısı yatmaqdır? Elə belə gözümü yumum həyata və yatım.. Axı ancaq onda özümü unuduram, özümü unudramsa deməli sən də mənimlə birlikdə unudlursan bir müddətlik. Amma yox.. Sən yenə də unudlmursan. Bu dəfə də yuxularımı işğal eliyirsən. Bu nə əzabdı!? Bu nə işgəncədi axı!? Gecənin tən ortasında sənsizlik bütün çılpaqlığı ilə qarşımda yeni və növbəti tamaşasını oynayarkən gücüm ancaq başqalarını acılamağa çatır mənim də.. İstəmirəm nə xəyal, nə arzu, nə gələcəyin planlarını götür qoy eləmək artıq. Bezdim, sıxıldım! Mən reallıq istəyirəm.. İstmirəm “gələndə, görəndə, olarsa..” ilə başlayıb bitən cümlələr qurmaq artıq. Yorulmuşam yorğunluğumdan.. Tükənir taqətsizliyimin taqəti belə.. sürüyürəm cismimi cəsəd kimi. Ruhum isə tamam başqa aləmdə uçuşur.. Nə bu dünyaya aidəm, nə də o dünyaya. Natamam.. Laməkan.. Əsəblərim kamanın simləri kimi tarıma çəkilərək çalır nələrdənsə.. Amma mən artıq heç nə duymuram və duymaq istəmirəm. Dünyaya ya kar olmuşam ya da özümü karlığa qoymuşam. Ə

GÖZLƏRİNİ YUMARKƏN...

Image
Gözlər yumulur.. Düşüncələr yenə işğal edir ruhu, fikirlər didir doğrayır hissləri. Xəyallarsa qandallı. Öz dünyanda var gəl edirsən. Boş, qara dəhlizdir, sonsuz.. səzssiz.. kimsəsiz.. Xəyalları buraxmamaqçün bu dəhlizə örtürsən bütün qapıları, üstünə də bir qıfıl.. Lakin qorxursan təklikdən və yol ayrıcında qalırsan. Xəyallar səni incitsə də, təkliyin səni daha çox vahimələndirəcəyini bilirsən. Nə bir kimsəni dəvət etmək, nə xəyalları azad etmək.. Seçim qarşısında qalaraq ən nəhayətində açırsan gözlərini hövlənak, yuxudan oyanmışcasına, özünü oyanmağa məcbur edərcəsinə.. Qaranlıqdan işığa qəfil addım çaşdırır bir anlıq səni. Bu nədir!? Yox, yox.. İstədiyin elə o qaranlıq imiş ki! Öz iç dünyan imiş ki! Yenidən yavaş yavaş enir göz qapaqları.. Bu dəfə daha sakit və səbirlə qarşılayırsan səssizliyi, təkliyi.. Daha təmkinlisən düşüncələrinin dəhlizində.. Ehmalca xəyalların qandalını açırsan.. Azad edirsən onları dustaqların azadlığa buraxıldığı kimi. Nə olar olar.. İncidəcəkmi ruhunu? Qoy

YARIM QALAN FİKİRLƏRİM...

Bu gün elə belə blogumun "Edit Post" bölməsində gəzişərkən "Draft" yazılar gözümə dəydi. Birində cümlə yarımçılıq qalmışdı hətta.. Onları "Delete" eləməyə əlim gəlmədi. Sadəcə bura yarımçılıq şəkildə qeyd eləyərək tamamlamaq qərarına gəldim. GAME OVER.... Həmişə bu dünyanı oyuna, insanları da oyuncağa bənzədiblər... Bu bənzətmə məndən əvvəl də olub, sözsüz ki, elə məndən sonra da olacaq. İndi gəl sən də bu oyunun içindən baş çıxart. Şablon sözdü - insanlar marionetkalar kimi dünyanın əlində ipə bağlı cəmlənir və oyun başlayır... Ya şahmatdımı bu dünya!? Bizdə şahmat taxtasının üçstündə irəli geri gəzən fiqurlar.... Bəlkə adı flash kompyuter iqrasıdı, ya ortada qaldıdı dünyanın oyunlar!? Hələ nərd, domino... 24.04.2011 Bir men, bir de gizli Blogum... Bəzən saatla açıq qalır blogum.. Ora nə bir yazı əlavə eliyirəm nə də bir mahnıdan, şeirdən nəsə qoyuram. Amma bilirəm ki, bu dünyada tək mənə aid olan bir məkan var... Mənim azad zonam.. və

TƏYYARƏLƏR AYIRAR-QOVUŞDURAR...

Yad şəhərin yad küçələrində gəzərkən, yeni tanışlar, yeni üzlər görərkən, səndən dəfələrcə fərqlənən irqlərlə münasibət qurarkən, tamam fərqli dad verən təamları dadarkən, nə edirsən et, lap özündən çıxıb, özünə qayıdarkən belə gözləyərsən həsrətlə təyyarələrin səni qovuşduracağı anı.. Biri ilə qovuşdurub, digəri ilə ayıran yollar bir gün mütləq kəsişmə nöqtəsi tapacaq.. Amma həmin kəsişmə anında bütün olanların əvvəlki tək olması nə mümkündü, nə mümkünsüz... Təyyarə məni qovuşdurdu.. təəssüflənirəm, ayrı salanların halına.. ;)

- 30.08.2011 - 06.09.2011 - BAKI - URUMÇİ -

Image
Hər dəfə səfərə çıxanda mütləqdir ki, insan yeni nələrsə öyrənir.. Yaxşı deyib atalar "Çox gəzən çox bilər.." FOTOLAR

SOYUQ AVQUST...

Image
Düşündükc ə özümü gizl ə dir ə m, özümü gizl ə tdikc ə s ə ni tapıram fikrin h ə r küncünd ə . Sabahı bu günüml ə , dün ə ni sabahımla qarışıq salmış ş ə kild ə aldadıram h ə m özümü, h ə m s ə ni, h ə m d ə onları. M ə kan, zaman, il anlayışını qavramaq ist ə mir ə m, düzü heç bacarmıram da.. özümü 20-40 ilin, b ə lk ə d ə daha önc ə l ə rin hadis ə l ə ri, kitabları içind ə itiriri ə m.. Bil ə -bil ə , q ə sd ə n.. Bel ə daha asan olacağını düşünür ə m.. Ə slind ə heç düşünmür ə m d ə . Özüm özümü aldatdığımı yaxşı bilir ə m. Lakin b ə z ə n el ə oradaca, itirdiyim yerd ə c ə tapıram. Bu d ə f ə is ə itdiyim yolla qayıtmaqçün istiqam ə t g ə zir ə m.. Ə b ə s.. M ə nim çaşqınlığıma inad f ə silin şıltaqlığı daha da artdı.. Payız kimi soyuq avqust gec ə sinin ruhumu donduran t ə hlük ə li oyunlarına hazır deyil ə m. Heç Bakı da hazır deyil axı bu q ə fil soyuğa dey ə s ə n.. Yazıq ş ə h ə r, yazıq ruhum.. Donaçağıq bu gedişl ə .. Donduracağıq hissl ə rimizi.. Yox, yox!!