Posts

Showing posts from January, 2014

ANCAQ VƏ ANCAQ HƏDİYYƏ!? =)

İndi oturmuşam kitab rəfimlə üzbəüz və düşünürəm - yəni son zamanlardı kitablar mənə ancaq hədiyyə verilir? Özüm kitab alımıram? Axırıncı dəfə kitaba dekabrda pul vermişəm - Oşo müəllimin fikirləri.. Amma indi baxıram ki əslində xeyli kitab almışam, özü də hədiyyə.  Deməli hər şey yeni il qabağı başladı: Birinci hədiyyəm mənə sevgi əsərləri oxumağı məsləhət görən X-man tərəfindən gəldi. Sevginin kitabını özümün yazmağımı məsləhət görən X-man, az kitab oxumağımı və əslində sevgini öz həyatımda birbaşa yaşamağım lazım olduğunu dedi və mənə yeni il hədiyyəsi olaraq.. 1. Ahmet Batman - "Soğuk kahve" 2. Ahmet Batman - "Sabah uykum"  ..kitablarını hədiyyə etdi (30.12.13). Sevgi imiş.. ..kitablarsız qalmağım isə uzun çəkmədi. . . pfff :p  İkinci hədiyyəmi mənə bacım verdi. Bu artıq bizdə bir ənənə formasını alıb. Hər yeni ildə bir kitab. Bilirəm ki, heç kim almasa da o mənə nə alır alsın mütləq əlavə olaraq yanında bir kitab  da

MARKUS ZUSAK - "KİTAB OĞRUSU" (kino)

Image
Bu günün yağışlı olmasına baxmayaraq "Kitab oğrusu"nu izləməyə getdim. Bir az gecikdiyimə görə əvvəlinin necə başladığını görmədim düzü, yerimi elə təzə rahatlamışdım ki, Liesel-in qardaşının öldüyü səhnə gəldi. Sonra isə bildiyim səhnələr kadr-kadr bir birini əvəzlədi. Həmişə olduğu kimi yenə də və bir daha kinodansa kitablara vuruldum. Elə insan var ki, əgər bir əsərin kinosu varsa əsəri oxumaq əvəzinə birdəfəlik kinoya baxmağı seçir (bacım), amma mən əsəri oxuyub sonra kinoya baxmağı daha çox sevirəm. Çünki orada hansı səhnələrin kəsildiyini və əsərin orjinalına hansı dəyişikliklərin olunduğunu, nə ilə əvəz edildiyini analiz edirəm. Dünən axşam facebookda " Kinomansan? " səhifəsində kino barəsində bir balaca şəhr oxudum və bu gün məndə hardasa həmin şərhlə həmfikirəm. Baş rolun ifaçısı zəif oynamışdı məncə də. Əsərdən aldığım təsiri kinodan ala bilmədim düzü. Amma qətiyyən baxmağa dəyməz də deyə bilmərəm. Kinoda mənə ən çox təsir eliyən yeri bombaların atıl

MARKUS ZUSAK - "KİTAB OĞRUSU" (kitab)

Image
Kitab oxumaq gözəldir.. Hələ oxuyub bitirdikdən sonra insanda yaranan boşuluq və təəssüratın üzərində yaratdığı doluluğu demirəm.. Maraqlı əsəri bitdikdən sonra fikirlər elə bil bir qat havada olur, baş bir qat yuxarıda hiss edir özünü düşünə-düşünə - şəxsən məndə elə olur :) "Kitab oğrusu"na ön söz: Bəlkə də filminin Bakı kinoteatrına gəlmə xəbərini eşitməsəydim, ertələyəcəkdim oxumağı. Amma məndə bir adət var ki adətən kitabı oxuduqdan sonra kinosuna baxıram (o da əgər baxsam). Özlüyümdə düşündüm ki, kinoteatrda kinoya baxmağı sevirəm və ən yaxşısı kitabımı oxuyum və sonra kinoya gedim. Kitabı bu gün bitirdiyim üçün hələ kinosuna getməmişəm deməkdir. Amma gedən kimi, bu yazımın ardı mütləq olacaq :) İndi keçək kitabın şərhinə.. Bəzən olur məndə yazıçılara paxıllıq tutur. Bu kitabı oxuduqca elə bir hiss yenə içimdə gəzişdi. Birinci və axırıncı dəfə bunu Remarkda hiss etmişdim :) Əsər Almaniyada İkinci dünya müharibəsi illərindən bəs edir. Alman ailəsi, övlad

AXTARAN TAPAR!

Image
Axtardım və tapdım! Axtarışımın Xoşqədəmlə əlaqəsi yoxdu, Axtardığım keçikmiş postda kı animasiyadır :) Nə qədər tənbəl olduğum elə mayın 9-u 2013-cü ildə baxdığım animasiyaya 4 iyun 2013-cü il tarixində yazdığım postdan görünür. Və axtarışımı da 14 yanvar 2014-cü ildə apardım.  Bir baxın! Mənə gurultulu bir alqış düşür! :) Amma ki rusların bir sözü var " Лучше поздно , чем никогда"  Bu gün neyçünsə yarımçıq baxdığım həmin cizgi filmini xatırladım və yadıma düşdü ki, köndələn də olsa həmin posta tv-dən çəkdiyim bir-iki şəkli yükləmişdim. Hardasa 5-10 dəqiqə başımı əyib şəkilə baxıdım ki, bəlkə nəsə bir söz, cümlə tapdım. Google sevimli axtarış saytım mənim :) bir söz belə bəs elədi. Nəticəni əldə etdim! Cizgi filminin adı: LE MAGASİN DES SUİCİDES ( Магазин самоубийств ) İstehsal: Fransa Müddəti: 1:19:56 Bu da animasiyanın özü:

26 BAKI KOMİSSARI - ABDULLAYEVA :D

Image
Stop! qorxmaq lazım deyil, tarixi başqa cür vərəqləyirik.. burda nə Şaumiyanının, nə 1918-ci ilin müzakirəsi gedəcək, tarix də başqa tarixdi. Burda 1988-ci il və dünyaya göz açan Abdullayevadan, yəni məndən söhbət gedir. :) Nə deyim, nə yazım ki bu tarixə?... Neçənci ilimdi ki? Neçənci yaşımdı ki? Qəlbimin yaşı.. Güzgüdəkinin yaşı.. ya dövlətin verdiyi əlim boyda sənədin dediyi yaş.. hansı doğrudur ki?... Heç özüm də bilmirəm! Yaşamaq üçün davam edirəm.. Davam etmək üçün arzu edirəm.. Arzu etmək üçün ümidimi üzmürəm.. Ümidimi üzməməkçün mənfilərdən qaçıram.. Mənfilərdən qaçmaq üçün sığınıram ürəyimə.. Ürəyimə sığınmaqçün korlamıram təmiz qalan yerlərini.. Korlamamaqçun ürəyimə köçənə sığınıram.. ..O necə gözəldi ..O necə yanımdadı ..O necə qəlbimdədi ..O necə uzaqdadı amma nəfəs qədər içimdədi.. heç nə isdəmirəm.. sevdiklərim yanımda olsun, yanımda olmayanlar, ola bilməyənlər sağ salamat olsun bəsimdi, vallah bəsimdi... :) I tried carrying the weight of the