Posts

Showing posts from July, 2010

GÖZLƏMİRDİM...

Image
Əlbəttə mən bilirdim sonun belə olacağını.. yəni belə deyərkən.. Belədən belə.. yenə fikrim qarışdı.. .....İnsanların əksəriyyəti mənim fikrimcə hər hadisəni, yaşadıqları hər hansı bir situasiyanı dərinləşdirməyi, qlobal hala salmağı sevirlər. Bunu inkar edə bilmərəm.. və problem halına saldıqları bəsit situasiyaları da digərlərinə təsir edərək öz daxili aləmlərini qarışıq hala salıb ətrafdakıları da incidirər. və qeyri şüuri olaraq anormal qərarlar verirlər. elə zamanda onlar düşünuürlər ki doğrudurlar!! Və məhs həmin andan da insanlardan gözləmədiyimiz hərəkətləri və yaratdıqları anlamsız situasiyaları görürük! Sözümün əvvəlində sonun belə olacağını bilirdim yazdım... əslində bilmirdim. axı necə biləydim!? bəzilərinə göstərdiyim dəyərə (dəyər sözünə nifrət edirəm), verdiyim qiymətə görə sevdiklərimin arasında özümü çox günahkar bilirəm.. hisslərin cinyətkarı bilirəm özümü.. kaş deməyə nə haqqım var nə cürətim amma kaş......