Posts

Showing posts with the label Anamın mətbəxi

MƏTBƏXDƏN: GÖBƏLƏK ŞORBASI

Bu gün yenə mətbəxdən yazmaq istəyirəm, çünki son zamanlar ən sevdiyim məşğuliyyətlərdən biri də heç vaxt bişirmədiyim reseptləri mətbəxdə sınamaqdır. Mənim atam əsl qurmandır, ən sevdiyi yeməklər isə milli mətbəximizdəndir. Ona görə də yeni dadları ona sevdirmək elə də asan bir şey deyil :) Mən də həmişə onun üçün bacardığım qədər anamdan öyrənidiyim yeməkləri bişirmişəm. Ailə qurduqdan sonra isə yeməkləri qaynanam bişirdiyi üçün mənim mətbəxlə görüşüm həftədə bir, ən çoxu iki dəfə olub. Yoldaşım isə yeni dadlara açıq insandır, ona görə də burada eksperimentlər eləməkdən çəkinmirəm. Hətta onunla mətbəxə girib yeni, heç zaman yemədiyimiz dəniz məhsullarını belə birlikdə bişirib əylənirik :) Düzdü bu gün paylaşacağım respti yoldaşım sevməsə də mənim ən çox sevdiyim supdu. Bakıda olanda bacımla nahar fasiləsində sırf göbələk supu yemək üçün görüşüb Cafe city-ə tez tez gedərdik. Neçə gün idi ki könlümə düşən göbələk supunu nə qədər araşdırsam da burdakı restoranların heç birində tapa

BİR AZCA MƏTBƏXDƏN :)

Image
Xaricdə yaşayarkən bir müddətdən sonra insanın ağız dadı dəlicəsinə nəsə axtarmağa başlayır. Sonra başa düşürsən ki, bu öyrəşdiyin yeməklərin, ədviyyatların, çörəyin dadı və s.-dir. Əlimdən gəldiyincə öz milli mətbəximizin dadlı yeməklərini bişirirəm. Baha da olsa, daima mətbəxdə əlimizin altında olan sarıkök, sumaq kimi ədvaları tapıb yeməklərə əlavə edir və hardasa öyrəşdiyimiz dadı ala bilirəm. Burada olarkən çox şeyləri özüm hazırlamağı öyrənmişəm. Məsələn, çörək bişirməyi, qatıq qoymağı, kəsmik, qatılaşdırılmış süd (sqişonka) düzəltməyi, ev üsülü şaurma eləməyi və s. İnternetdə nələr yoxdur ki indi, möcüzədir. :)  Bir ara anamın mətbəxindən bişirdiyim yeməkləri paylaşmağa başlamışdım. Amma sonra nəsə paylaşmadım. Kədərlənirdim çünki.. İndi isə burada yavaş yavaş öyrəndiyim, əvvəl  nə üçün alınmadığı, səhvimin nə olduğu, nə etdim ki alındı kimi xırda məsələləri yaza yaza öyrəndiyim mətbəx yeniliklərini öz praktikamla yazmaq istəyirəm. Həm unudanda xatırlayım, həm də ki, yeni

ANAMIN MƏTBƏXİ :)

Image
Əvvəl axır bütün xanımlar yaxşı ya pis yemək bişirmək məcburiyyərtində qalırlar. Kimisi ailə həyatı qurur, kimisi tək yaşamaq məcburiyyətində qalır və s. və i. Mənim yemək bişirməyə başlamağımın səbəbi tamam fərqli olsa da artıq bir neçə müddətdir ki, bu işin öhdəsindən gəlməyi bacarıram. Adətən, evdə ana yeməyi necə bişirirsə qızlar da onun kimi bişirir.  Amma təbii ki, istisnaları unutmuruq. Çünki, bacarıqlı ananın tənbəl qızı və ya əksi də ola bilər :) Blogum adətən "kitabmeyilli" olsa da, bu bölməni açmağıma səbəb hər dəfə eyni yeməyi bacımdan soruşmağım unutmağım olur. Onunla whatsapp söhbətlərimin 88%-i yemək reseptləri ilə doludur. Hələ arada "mama belə bişirmirdi, sən düz bişirmirsən!" deməyi də unutmuram :) Düşündüm ki, hər halda burada özüm üçün kiçik bir kulinariya bölməsi yaratsam, həm bacımın başı sakit olar, həm də anamın o ləziz yeməklərindən mənim kimi cavan aşbazlar da istifadə edə bilər. Diqqətinizdə olsun ki, bu bölmə hər dəfə yenilənəcək :)