Posts

Showing posts from November, 2010

SƏSSİZ NOYABR GECƏSİNDƏ....

Image
Gecə sakitdi.. Həm də çox... sükutu dinləməkçün bu an nələri verməzdim ki!? ..yox "nələri verməzdim" i dar mənada dedim.. Kəlmələrin bitdiyi yerdə dayanmışam.. gözümü bağlayan yalnız həvəslərim və gələcəyə inamımdır.. telefonum durmadan çalır, bu dəqiqə də daxil olmaqla.. amma içimdən bir səs susqunluğu hakim kəsir.. Bəsdirin!! Danışmayın daaaaaa... sükutumu almayın məndən.. maraqsızdı danışdıqlarınız!! qohumlar, onların həyatları nələr.. nələr.. İcazə verin mənə! sükutu dinləmək haqqımdı! ...aha, sakitlikdi yenə.. sakitliyimi prosessorun uğultusu pozur. insan səsindən daha sakit gəlir.. yenə nələrəsə qərq olur içim.. darıxıram axı deyəsən, amma nə üçün!? kim üçün!?.. yenə təkliyə qapanmaq istəyir bu ürək nə oldu!? bezdinmi artıq.... ola bilməz axı! kaş indi məni başa düşə biləcək biri ola... kaş mənimlə mənim dilimdə danışa bilən biri... axı hardasan!? axı mən səni ikinci yarım deyib seçdim.. dilimi anlamırsan, özümü anla heç olmasa... ...bir sükutdu dolur qəlbimə, əsəblərin

ÇƏRÇİVƏLƏRİN RƏNGİ....

Image
Hawieye alinmiw heyat.. etrafina cekilen rengin ferqi yoxdu qirmizi, narinci, ag ya qara.. ne deyiwer bu rengli hawiyeler cercive olduqdan snra!? Sadece ayrilir bununla bir heyat geniw anlamli HEYATDAN.. Cerciveye salindiqdan sonra etrafina hasar da cekilir ustelik.. ne olsun ki!? Wikayet etme haqqinin verilmediyi derk edildikden snra oyrewilir artiq bu heyata da.. ve susulur.. yawamaga davam deyib cercive ve hawiye icinde qurulur. Heddi awmayan kicik xowbextlik.. Bilmirem neden! Sevgimi? Asililiqmi? Qurulur cercive icine bir cercive daha.. oz aleminde kimi gorub adlandirilan ye goz dikilir.. Alin, sizin olsun!.. Bezekli hediyye qutusu icinde etrafi rengbereng hashiyeli cercive icinde bir heyat shekili.. Sizindi artiq!! P.S. Kecmiwden qalan izler igrenc.. geleceye atilan addimlar nigaran.. kicik bir muharibe.. bacarmadim cerciveleri qirmaga.. eksine yeni bir qutuya qoyub hediyye etdim.. her weyi..

E-M@İL... (maraqlı hekayə)

Image
Bir gun bir adam Microsoft sirketine is axtarmaga gedir. Microsoft sirketində ona uygun yalnız “temizlikci” isi qalmısdı. temizlemeklə o ailəsini dolandıracaqdı. Menecerlə gorusur, sınaqdan kecdikden sonra menecer ona mail vasitesile ne zaman ise baslayacagını bildireceyini deyir. Adam komputerinin olmadıgını ve mailden istifade etmediyini deyir. Menecer teesssuflənerek bildirir ki “eger mailiniz yoxdursa resmi olaraq bizde isleye bilmersiniz. Qisaca sizi isə ala bilmerik.” Adam caresiz ofisi terk edir, “ne edim?” sualını ozune cox verir, nehayet cibindeki 10 dollar ile 10 kq gilas alır. Qapı – qapı gezerek gilasları satır və 2 saat erzinde sermayesi ikiyə qalxır. “ Bu sekilde corek pulumu qazana bilerem” deyib her gün seher tezden evden çıxır qapı – qapı gezib gilasları satır. Veee... gunler kecdikce sermayesi daha da artır. Bir az kecir ozune kicik bir araba alır, az sonra bir boyuk masın və bir nece araba alır. Beləce 5 il kecir... Bu adam Amerikanın en boyuk neqletmə sirkətinin sah

AZƏRBAYCAN - QARABAĞ VƏ "O"

Image
Mübariz İbrahimov... daha əvvəllər adi bir insan, əsgərlik dönəmində, yəqin ki, siravi əsgər.. valideynləri üçün oğul, qardaşı üçün bildiyimiz qardaş olub.. İndi isə adı qəhramnlar sırasına şərəflə yazılan İNSAN! bəli... Həmişə "Qəhrəmanlıq nə deməkdir?", "Əgər mən qəhrəman olsaydım", "Azərbaycanın milli qəhrəmanları" adı altında inşalar yazanda əslində kitablardan, ya da hələ o vaxt aglım kəsməyən 90-cı illərin hadisələrində qəhrəman olmuşlar haqqında yazar və düşünərdim.. sadəcə düşünərdim və yetinərdim onunla, çünki oxuduqlarım və eşitdiklərimdən başqa heç bir məlumatım yox idi... ..bu günsə mən QƏHRƏMANLIQ anlayışını çox açıq dərk edirəm. Qəhrəmalıq anlayışını dərk etdiyim gündən Onun, Mübarizin qəhərəmanlığı kimi digər biri ilə qarşılaşmadım! Mübarizin elədikləri qarşısında, hiss etdikləri və düşündükləri qarşısında bütün kəlimələr gücsüz və mənasızdı mənim üçün və bu zaman şəxsən mən sadəcə susmağı üstün tuturam.. Onun qarşısında sadəcə susmağı

HƏCC ZİYARƏTİ...

Allahıma ibadətlərimi 100% və ürəyimcə yerinə yetirməyi bacarmir, tez tez axsadır, günaha batir, şeytana uyuram... ama bunu qəsdən də eləmirəm! belə də baxanda kim istəyər ki, Rəbbinin sözndən bilə bilə çıxsın!?... Dualarımda istəyim odur ki, ALLAHIM imanımı kamil eləsin, mənim kimi bütün zəif bəndələrinin də həmçinin... İnşallah.. Əslində yazmaq istədiyim başqa bir məlumat idi.. 02.11.2010-cu il tarixində bu ilin ilk zəvvarları Həcc ziyarətinə yola düşdülər.. bilmirəm, amma içimdə həmişə qeyri adi bir inam var.. o inam ki, bir gün, çox da gec olmayan gələcəkdə mənə də o gözəl yolun qismət olacağını deyir... mən bunu çox isəyirəm.. o yol ki, bütün müsəlmanların (əsl müsəlmanların!) xilas yoludur.... Allahım niyyətimizə çatdırsın inşallah.. AMİN!!

DANIŞ...

Image
Daniw! Awiq olmamagi daniw awiq olmuwa daniw ki adini qoya bilsin.Olmeyi daniw yawamagi bilmeyene.besiret gozuyle gormeyi daniw gorduyunu duwunenlere.Ya da kor olmagi daniw herweyi gorse de derd cekenlere.qelbi pas tutmuwlara sevmeyi daniw.. aglamamgi weref sayanlara gozyawindaki deyeri daniw.Azadligi daniw zindandakina..heyatin gozel renglerini daniw qarani reng bilenlere.Afrikadaki korpeleri daniw offff demeyi bilmeyene.sonsuzlugu daniw serhedleri olanlara..qacmagi daniw gezmeye hevessizlere..menalari coxaldib bogmagi daniw heyatinin menasinin olmadigini duwunene.savabi daniw gunahkara..gunahin biraz da dadini daniw ot kimi yawayana..kelimelerin gucunu daniw susmagi meharet sayana.ya da susmanin bezen agilli gorunduyunu daniw bow daniwana..kosani daniw kecele, daniw ki yarim oldugunu bilsin onsuz..guvenmeyi daniw insana dost axtarmagi buraxib kimese dost ola bilsin..qururun ne qeder yuksek bir tepe oldugunu ve cixdigca ne qeder alcalacagini daniw..aldadana eslinde aldatdiginin ozunun

SƏN TANIMIRSAN MƏNİ....

Image
Hər gün daha çox sezdim, daha çox görüb bildim... özümü də mən sən etdim.. yox, əzizim yox, sən tanımırsan məni! Günləri salaraq təqvim çərçivəsinə, ötürərək səhifələri, hər ötən gün daha çox qorxursan dəyişəcəyəm deyə.. yox sevdiyim yox, mən beləyəm dəyişən deyiləm.. sən tanımırsan məni! ilklərimin önündəsən sən.. sevgimdə kədər, qəm yox desəm yalan olar, incidirsən məni bəzən... dinləmirsən məni qəsdən.. yox birdənəm yox, sən tanımırsan məni! səsimdə var azca qüssə, sıxma qəlbi sənsiz təkcə ürək olar könül olmaz.. üzmə məni məndən mənə bir can qalmaz.. yox, yox, sən tanımırsan məni! inamına salsam kölgə, qaralmış bir bulud kimi dolub dolub hey yağaram yağışlar tək.. buraxma ki, gözlərindən uzaq durum, dinlə səsi.. yox sevgilim yox, sən tanımırsan məni! göyərçin də uça bilir səmalarda sərçələr tək.. nə olsun ki, sərçələrdən daha gözəl daha bəyaz görünərək süzə bilər.. dönəcəyi yer bağlı qapı, qıfıl zindan.. sərçə isə daha azad, daha sərbəst.. istəmirəm göyərçin tək dustaq o

QÜRBƏTİN SƏHİFƏLƏRİNDƏN...

...Hər gün günəşin ilk şəfəqlərini özüm qarşılayırdım. sonra isə məndən çox uzaqda olan sevdiklərimə ötürürdüm.. şəfəqləri yola salmazdan öncə pıçıldayırdım bütün sevgi sölzərimi günəşə. əmin idim çünki çatdıracağından sevdiyimə.. əslində piçilti da deyildi bu.. həm nə fərqi var axı ucadan ya yavaşdan!? nə desəm də ətrafdakılar onsuzda anlamırdılar mənim dilimdən... sonra yağışlar başlayır, sarıyırdı məni öz qollarıyla.. mənə yad olan səmada rəqs etsələr də damlalar, bir fərq vardı.. toxumurdular onlar naxışlarını burda... insanlarda hərarət yox, hiss etdiyin soyuqluqmu ya yadlıqmı.. heç bunu gözlərdəki mənadan da sezmək deyildi mümkün... gün boyunca düşüncəmdə müaqyisə, fikirmdəki ayrılıqlar rahat vermir, darıxırdı həm ürəyim, həm qələmim... Qarşıladığım kimi elə özüm də ilk yola salırdım günəşi... gecələri salamlayırdım Bakımın küləyinin ətrini verməyən soyuq küləklərlə.. işiqlanırdı yadların şəhəri.. mənim şəhərimin süni işiqları sanki daha təbii görünürdü mənə bu an... xəyalımd

- 21.10.2010 - 30.10.2010 - BAKI - ŞANXAY -

Image
Bir gün mütləq arzumun reallaşacağına inanırdım... inandım və oldu!.. Bu səfərdə Azərbaycanımın qədrini daha çox bildim, millətimi daha çox sevdim... Uşaqlıqdan, əlifbanın hərflərini öyrəndikdən sonra ən çox oxuduğum atalar sözünün verdiyini mənanın əyani üzünü gördüm - "GƏZMƏYƏ QƏRİB ÖLKƏ, ÖLMƏYƏ VƏTƏN YAXŞI"... Hər bir halda isə mənə qalan xoş xatirələr və gördüklərim oldu! Davamının olması ümidi ilə... :) FOTOLAR: