UZUN İNCƏ BİR YOLDAYDIQ - 13-19 iyun -

Səyahət etmək hər zaman maraqlıdır. Dəfələrlə haqqında eşitdiyin şəhərləri gəzmək, o ölkə barəsində, əhalisi, ab-havası, adət-ənənəsi, tək kəlmə ilə hər şeyi haqqında sənə çox şey deyir. Ona görə boş yerə çox oxuyan yox, çox gəzən bilər deməyiblər. Ümumiyyətlə, insanın təsəvvüründə canlandırdıqlarını öz gözləri ilə görməsi və bunun necə təəssürat yaradacağını əvvəlcədən müəyyən etmək olmur. Bu dəfə bizim səfərimiz isə uzun oldu Bakı-Tibilisi-Batumi-Trabzon və eyni marşurutla geri qayıdış. Maşınla çıxdığımız kiçik səyahət mənə çox şeydən, ölkələrarası mədəniyyət fərqindən, müşahidə etdiyim yüzlərlə xırda hadislərdən və daha nələrdən nələrdən danışdı. Əslində o qədər çox təəssüratım var ki. İndi isə həm xatirimdən çıxmasın, aylar illər sonra yenidən xatırlamağım üçün gün-gün səyahətim haqqında yazmaq istəyirəm. WARNING: Yazının uzun olma ehtimalı var :D Hər şey mənim balaca balımın vizasını almaqla başladı. Türkiyəyə getmək üçün ona viza aldıq və qayıdan başı Azərbaycana...