Cızma-qara :)

"Pencəyinin sol cibi"

Gözləyirəm bir gün yenə sən yanıma gələsən
Gəlib mənə bilmədiyim xəbərləri verəsən.
Danışasan tək qaldığın o qaranlıq günlərdən
Balışında əzik-büzük qoyduğun o izlərdən.
Danışasan gecələri neçə ulduz saymısan,
Gündüzlərsə işlərinlə necə başın qatmısan.
Danışasan sən tək-tənha haraları gəzmisən
Xatirəli küçələrdən qaçıb necə keçmisən..
Danışasan bu günlərdə neçə kitab almısan
Neçəsini oxumusan, neçə cümlə cızmısan.
Susmayasan, danışasan qardaşından, bacından
Mənə tanış olmayan təzə iş yoldaşından.
Pencəyinin sol cibində gətirdiyin kitabı
Ara-bir yoxlayasan bilə-bilə ordadı
Utanasan uzatmağa, bu necə uzaqlıqdı..
Ürəyində öz özünə gileylənib küsəsən
Yaranan məsafənin səbəblərin gəzəsən.
Bu necə bir uzaqlıq, nə cür bir məsafədir
Kitab vermək beləmi məharət tələb edir!?
Birdən dolxsunasan,
udqunasan,
susasan..
Xatirələr əlindən axı hara qaçasan!?
Sevgi etrafımız deyildi quru sözlər
Aldığımız hər kitab olacaqdı o kəlmələr..
"Səni sevirəm" demək yeni kitab deməkdi
Hər görüşdə sol cibin bir kitab gizlədirdi..
Gözləyirəm bir gün yenə sən yanıma gələsən
Pencəyinin sol cibində bir kitab gətirəsən.. :)






Comments

  1. Kaş hamı sevgisini kitabla deyə :)) Əla şeir, əla şəkil :)

    ReplyDelete
    Replies
    1. Həqiqətən də :)
      Bəyəndiyinə sevindim. Şeir yazmaq mənim işim olmasa da arada gəlir :)

      Delete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)