OXUDUĞUM KİTABLAR.. II

Deməli, mənim bir dəftərim var 2000-ci ildən bu yana oxuduğum kitabları orada qeyd edirəm. Nə az nə çox düz 14 ilin dəftəridir. İndi ötən illərin sıyahısını vərəqləyəndə gördüm ki, 2014-cü il oxuduğum kitabların sayına görə ən önə keçdi. İşlərimin çox olmasına, kitablara ürəyimcə vaxt ayıra bilməməyimə baxmayaraq bu il elə də çox olmasa da 35 kitaba yer ayıra bildim. O cümlədən, 2-3 kitabı yarımçıq qoydum təəsüf ki.
2011-ci ildə hələ oxunulan kitabların siyahısını paylaşmaq dəb olmayan zamanlarda mən OXUDUĞUM KİTABLAR adında yazı yazıb kitabların siyahısını tutdum və bu il davamını gətirmək istədim. Mən yazsam səhərə qədər yaza bilərəm :) ona görə də keçid alaq siyahıya:

1. Elxan Zeynalov - "Birinci addım" - Qaraqan kimi tanınan Elxan az zaman ərzində çox məhşur oldu və elə bu ilin axırında da İkinci addım kitabının təqdimatını keçirdi. Ümumi götürəndə pis kitab deyil, xüsusi götürəndə təbii ki plagiat və zəifliyi hiss olunur. Amma oxumaq olar.
2. Markus Zusak - "Kitab oğrusu" - Dünya müharibələrindən bəhs edən əsərləri çox sevirəm. Bu kitabı türkcə oxudum. Olduqca güclü təsir etmişdi.Kinosuna da baxmışdım və blogumda həm kitabı, həm kinonu ayrı ayrılıqda şərh etmişdim.Çox sevdiyim əsərlərdən biridir.
3. Alber Kamyu - "Çöküş" - Əvvəlcə şəxsiyyətini zirvələrə ucaldan, sonra ordan başı aşağı yerə tullayan əsər. Cəmiyyətimizin iç üzü.
4. Françoise Sagan - "Salam kədər" - Elə də sevməmişdim. Sadəcə kino kimi təsəvvür etmək olar. Adi kitabdır.
5. F. Scott Fitzgerald - "Möhtəşəm Getsbi" - Kitabını oxumamışdan və kinosuna baxmazdan əvvəl soundtracki dillər əzbəri olan bu əsəri bəyənmişdim. Kitab ilə kinosu üst üstə düşən nadir əsərlərdəndir. Blogumda şərh edərək ətraflı yazmışam əsər haqqında
6. Con Steinbek - "Siçanlar və insanlar" - Əsərin məzmunu mənə zaman keçdikcə, bir neçə gündən sonra təsir etdi və haqqında çox düşündüm. Qeyri adi təsir bağışlamışdı.Sevimli əsərlərimdəndir.
7. Ahmet Batman - "Soğuk kahve" - sevgi nağılı No.1
8. Ahmet Batman - "Sabah uykum" - sevgi nağılı No. 2
9. Əli Novruzov - "7 hekayə" - hekayələrin heç biri mənə çatmadı
10. Elif Şafak - "Ustam ve ben" - İstanbula səfərim zamanı əlimə aldığım kitab məni İstanbulun sehrinə saldı.Çox sevdim,çox bəyəndim. Elif Şafak insanları maraqda saxlamağı bacarır. Əsərin ətraflı şərhi buradadır.
11. Stefan Svayq - "Məçhul qadının məktubu" - İstanbuldan aldığım kitab. Məktubla bağlı olan əsərləri sevirəm. Hərçənd ki Kafkanın "Milenaya məktublar"ını və Moruanın "Yad qadına məktublar"ını yarımçılıq qoymuşam :)
12.Ziya Səfərbəyov - "Onu sevməyə məhkumam" - Axı nəyə görə hər dəfə müasir ədəbiyyatımız mənə bu qədər türklər demiş "hayal kırıklığı" yaşadır? :(
13. Stefan Svayq - "Bir qadının həyatından 24 saat" - məsləhət görüldü və  elə 24 saat içində də oxunub bitdi.
14.Ray Bredberi - "Fahrenheit 451" - Çox sevilən əsər olmasına baxmayaraq,nə yalan danışım mən elə də sevmədim.
15. Rabindranat Taqor - "Köçəri quşlar" - Sitat şəkilində tez tez qarşıma çıxan mənsur şeirlər toplusu. Çox bəyəndim.
16. A.J.Cronin - "Cennetin anahtarları" - Üz qabığı ilə içi bir birinə heç düz gəlməyən əsər.İnsana dini aşılamaq üçün əla vasitədir. Maraqlı idi.
17. Jojo Moyes - "Pariste bal ayı" - Ən çox sevdiyim müasirdir. Əsərlərini xüsusi həvəslə oxuyuram.
18john Katzenbach - "Şizofren" - Adətən dedektiv, kriminal janrı çox sevmirəm amma ildə bir iki dəfə oxuyuram. Beyni təmizləyib restart verir bəzən, sevgi hekayələri kimi :)
19. Rasim Qaraca - "On bir gecə" - Qarabağ dekameronu adını alan bu əsəri əslində daha başqa cür gözləyirdim. Yenə də yenə də yenə də gözləntilərimin altında oldu ...
20. Jojo Moyes - "Ardında bıraktığın kadın" - Jojo Moyesi mənə nə sevdirdi? soruşdum öz-özümə. Üslübünü çox sevirəm və kitab oxumağı sevənlərə tovsiyyə edirəm. İnsanları çox maraqlı dünyaya aparmağı bacarır. 
21. John Green - "Aynı yıldızın altında" - Sırf kinosuna baxmaq üçün alıb oxudum bu əsəri. Xərçəng xəstəliyi və onun cavan bədənlərdəki həyasızlığından danışır..... təsirli.
22. Paulo Koelyo - "Kimyagər" - İkinci dəfə oxudum bu əsəri, heç özüm də bilmirəm niyə. Bir günə bitirdiyim əsərə böyüklərin nağılı adını verdim özlüyümdə.
23. Andrey Platonov - "Quru bitki" - Oxumağa heç nə tapmayanda Platonovun qeyd dəftərçələrini vərəqləyirdim
24. X. Luis Borxes - "Ölümsüz" - Fantastik janrı elə də sevmirəm, amma Borxesin yazı üslübü maraqlı idi və təsirli gücü var.
25. Ayşe Kulin - "Gece sesleri" - Ana və qız münasibətləri... bitirdikdən sonra hönkür-hönkür ağladığım kitablardan oldu. . .
26.Sesilia Ahern - "Xatirələr üçün təşəkkür" - Sesilianın əsərləri itkisiz ötüşmür deyəsən. Bəyənmişdim və bir çox cümlələri karandaşlamışdım, Şərh verməyi də unutmamışdım.
27. Əli Xəyyam - "Bulud bağçaları"- Özümü itirdim və yenidən tapdım! Sevdim! Ayaqüstü yazdım..
28. Aytən Cavanşir - "Ayaqlarım üşüyürdü" - Kitab mağazasında oxuyub bitirdim. Və uzun zaman sonra müasir Azərbaycan ədəbiyyatında bəyənə biləcəyim əsər oxudum. Hərçən ki, hekayənin adı çoxlarının gülüş obyekti olmuşdu.
29.A. Sent Ekuzperi - "Balaca Şahzadə" - O əsəri sevmiyən biri var? Təəssüf ki, çox geciktim oxumağa.. İnsanın qəlbinə, ürəyinə, ən kövrək hisslərinə toxunur nədənsə..
30. Anton Çexov - "6 nömrəli palata" - pdf şəkilində oxuduğum tək tük əsərlərdəndir. Çox təsir elədi mənə. təsirində qaldım bir neçə müddət.
31. Herman Hesse - "Yalquzaq" - Oxumağa qorxub bir dəfə yarım buraxmışdım. Hessenin fikirləri insanın içini parçalayır.
32. Arthur Golden - "Geyşanın memuarları" - Əsəri oxuduqca Yaponiyanın keçmiş həyatı və mədəniyyətinin qəribəliklərini öyrənirsən. O əsəri oxuduqca hər onilliklər boyu itirilən mədəniyyətlərin xırdalıqlarını asanlıqla sezmək olar. Əsəri çoxsevdim, kitabdan sonra kinosuna baxdım və blogumda ayrıca yer ayırdım.
33.Markus Zusak - "Hiç kimse sıradan değildir" - "Kitab oğrusu" qədər təsir etməsə də insanların hər birinin bu həyata bir missiya üçün gəldiklərini əyani şəkildə çatdırmaq üçün əla yazıdır.
34. Sabahattin Ali - "Kürk mantolu madonna" - Bu əsər mənə o qədər təsir etmişdi ki.... 2-3 gün özümə gələ bilmədim və kefsiz gəzdim. Haqqında araşdırmalar apardım. Ürəyimi titrətdi əsər və 2014 üçün son olacağını düşünmüşdum.
35. Anna Qavalda - "35 kiloqram ümid" - son olacağını düşünmədiyim bir kitab çıxdı qarşıma. Xoşbəxtliyə doğru addım atmaq üçün, qorxmamaq üçün :)

Bu da bu :)

Gələn il daha çox oxumaq istəyirəm. İldə 100 kitab oxuyan və xəbərlərdə adı çıxan o oğlandan nəyim əskikdi ki? :)

Comments

  1. İnşallah, növbəti ilin hesabatında 100 kitab görərik. Bayramın mübarək!

    ReplyDelete
    Replies
    1. Çox istəyərdim sayı qaldırım :)
      Sənin də bayramın mübarək əziz Lamiyə!
      Bu arada sonda sənin tərcümənlə oxuduğum kitab mənə ağır çəkili kiloqramlarla ümid verdi. :)

      Delete
  2. Məncə söhbət kitablardan getməyincə kəmiyyətin heç bir fərqi yoxdur :) Hədəf - ildə 100 kitab! (2008-ci ildə 100-dən çox kitab oxumuşdum, amma o vaxtdan bəri bu rekord bir daha təkrarlanmayıb)

    ReplyDelete
    Replies
    1. Onda bu ilin hədəfi olsun 100 kitab. Əgər 100 alınmasa ən azı keçən ilin kitab sayını keçmək lazımdı. :)

      Delete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)