2000 PARÇA, 2000 DÜŞÜNCƏ...

Bəlkə də mənə güləcək, hər şeydə bir məna, bir fəlsəfə axtarır deyəcəksiz amma həqiqətən də 5 ay ərzində yığdığım pazl mənə çox şey öyrətdi.. hər parçanı birləşdirdikcə fikrimdəki fikirlər ayrılırdı bir birindən.

Yayın istisində, məzuniyyətimdə başladım.
Payızın yağışında, hamıdan gizləndiyim zamanda davam etdim. 
Qışın soyuğunda, uzun müddətdən sonra yolunda olanları hiss edərək bitirdim..

Dəfələrlə dağıtmaq istədim..
Dəfələrlə alınmır düzəldə bilmirəm deyib həftələrlə toxunmadım..
Damla damla göz yaşları tökdüm üzərinə ən kefsiz, ən bədbəxt günlərimdə..
Sökdüm təzədən yığdım..
Sevinclərimi götür qoy elədim ürəyimdə..
Hər hissəni qurtardıqca sevindim, və xırda şeylərə sevinə bilmə qabiliyyətimi yenidən geri qaytardım..
Yeni ilə qədər bitirəcəyəm deyib məsuliyət və özüm öz sözümün üstündə dura bilmə vərdişimi itirmədiyimə sevindim..
Daha çox səbr etməyi öyrəndim..
Keçmişim, gələcəyim, bu günüm birləşdi hər parça ilə..  

Özümdən bixəbər ən sevdiyim və ən niftət etdiyim ən həsrət qaldığım ölkə İtaliyanin hər hansı bir şəhərinin parçalarını birləşdirdiyimin fərqində oldum. Özümü 5aylıq münasibətdən sonra sevgilisindən ayrılmış biri kimi hiss edirəm indi də :D

Bütün bunlar 2000 parçanı bir araya gətirdiyim müddətdə baş verdi və belə bir mənzərə yarandı:

İtaliyanın Positano şəhəri puzzle şəklində və jpg formasında :)


Kim bilir bəlkə bir gün həqiqətən də şəhərin özünü səyahət edəcəyəm. Axı mən onun hər qarışını tanıyırmış kimiyəm :)

Mövzudan kənar da onu deyim ki, yeni ilə barmaq sayı günlər qalıb. Söz verdiyim bəzi işləri həyata keçirdim bəzilərini əlimdə olmayan səbəblərə görə eləmədim.. İlin son yazısına qədər olanlardan bir iki cümlə mütləq yazacağam. İndi isə bu gün Soyuq əllər isti ürəkdən aldığım blue-foxun tərcümə etdiyi "35 kiloqramlıq ümid" kitabımın ilk səhifəsini çevirəcəyəm.. hətta gözümə batan ilk cümlə belə var. Son üçün əla, balanğıç üçün əvəzsiz sözlərdir:

"..arzular yerinə yetir və yetməlidir. Yetər ki, 35 kiloqram ümidiniz olsun."



Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)