Posts

Showing posts from 2010

İLİN SON YAZISI...

Image
.. yazıya necə başlayacağımı bilmirəm heç. çünki bu günki yazım 2010-cu il üçün son fikirlərim olacaq.. tamamliə öz özümlə qaldığım bir vaxtlarda fikir axınına məruz oluram... onu özümdən uzaqlaşdırmağın ən asan yolu.. cümlələr.. bir gün gələcək və bu olanların hamısı unudulacaq sözünü özümüzə hakim kəsib yaşayırıq! insanlardan, yenə hamımız bir birimizdən nələrsə gözdəyir və hətta tələb belə eliyirik.. insanlığın ən son həddi haradır görəsən? nəsə bunu fikirləşirəm... son 3 günü düşüncələrimin bir yerə toplanmasından narahatam.. halbuki insanlarin çoxu "fikrini toplamaq" üçün bir kənara çəkilirlər.. mənim fikirlərimin gətirəcəyi SON-dan özüm də qorxuram.. və düşünürəm.. düşünürəm ki, uzatmağın mənası varmı? amma qorxular hakim kəsilir mənə.. prinsipdi elediyim? istəmirəm!! mənim qorxularim hamısı qalsa 2010-da, bu ilin dekabrinda yarandığı kimi elə son günüdə də özünü yetirməsə 2011-ə nə olar.. ÖZÜMÜ axtarışa çıxmaq qərarına gəlmişəm.. elə bu deqiqə o qərarı aldım. harda iti

QAR YAĞIR... QARAQAN mp3

Image
Qaraqanın ən çox sevdiyim mahnılarından biri - "Qar yağır"... Məni gizlət doğmalardan onlar ən çox sevgimi gəmirənlərdi.. Məni gizlət hər kəsdən, məni ən az axtaranlar itirənlərdi.. (mövzunun adına clic eliyərək yukleye bilərsiz)

DƏNİZ....

Image
..bu qış günü nədir səni mənə xatırladan.. sənin kimi tək deyiləm axı!?.. Sənin həzin nəğməni də sevirəm mən, ləpələrində duyuram.. qəmli notlar.. şiddətində əzizdi hirsli dalğalarla çalırsan.. qəzəbli akkordlar.. sonsuz göstərirsən özünü sonlu olduğunu bilə bilə.. insanlardan çox uzaqda.. sən sevənləri gözləyərək üşüyürsən tək tənha.. "yalnız günəşli gündəmi!?" düşünürsən bəlkə də.. xırda ləpələri çevrilərək nəhəng dalğalara çırpılırsan.. qayaları incidərək çığırırsan.. üsyankarsan dəniz... Gələcəyəm. . .

ÇALIR... ÇALIR...

Həzin musiqi kimidir ömür.. çalır.. çalır.. sanki hər not bir təqvim, ya da bir fəsil.. düşündürür, bəzən ağladır, bəzən güldürür.. ayırır, birləşdirir.. sevgilər çoxalır, azalır.. insalar hələ.. dəyişdikcə dəyişir.. görüşdükcə başqalaşır.. musiqi isə durmadan çalır.. çalır.. yeni səhifələri açılır.. nələrin olacağını bilmədən.. atdığın atdımların boşa ya yola çıxacağını bilmədən.. ömür uzandıqca musiqinin ritmi də dəyişir.. bəzən daha forte, bəzən piano çalır.. çalır.. hər yaşa dolduqca yeniliklərin kəşfi və geridə qoyduqlarımızın darıxdırdığı o sonsuz həsrət.. hansı ki geri qayıtması qeyi mümkündu.. olacaqlara olmayan çarələrin olması üçün çarpışma reallığı.. musiqinin həzin yeri, kövrək yeri.. çalır.. çalır.. bir gün yorulacaq barmaqlar bitəcək not.. musiqi dayanacaq.. hələki çalır.. çalır.. Hardasan məni anlayan harda!?.. gözləyirəm...

ОТ НЕГО....

Image
Я не знаю себя без тебя, Без тебя все равно без себя, Я не мыслю себя без тебя, Так храни же себя для меня! (15.09.2010) Хочу чтоб все часы на свете остановились, и мир был только для нас двоих... (29.09.2010) Дорогая, посмотри на небо... Видишь звезды? Прислушайся, каждая из них шепчет о том, как я Тебя Люблю! (18.10.2010) Любить тебя я вечно буду: Сегодня, завтра и всегда! Минуты нашы не забуду, Не забуть и ты меня! (3.11.2010) Солнышка светит ярко, Кошки мурчат лениво, Доброе утро зайка, Боже, ты как красива! (3.11.2010) Знаешь где я? Ниже, ниже, ниже.. Зачем ты ищешь меня в телефоне? Ниже.. Да не здесь я. Я в сердце у тебя! (9.11.2010) Телефон передо мною, Я ж не знаю, что писать... Как же хочется, милая Мне тебя поцеловать.. (16.11.2010) Я с ума сойду этой ночью, Без тебя я совсем не могу! Солнушко, я скучаю очень, Я тебя сильно-сильно люблю... (1.12.2010)

SƏSSİZ NOYABR GECƏSİNDƏ....

Image
Gecə sakitdi.. Həm də çox... sükutu dinləməkçün bu an nələri verməzdim ki!? ..yox "nələri verməzdim" i dar mənada dedim.. Kəlmələrin bitdiyi yerdə dayanmışam.. gözümü bağlayan yalnız həvəslərim və gələcəyə inamımdır.. telefonum durmadan çalır, bu dəqiqə də daxil olmaqla.. amma içimdən bir səs susqunluğu hakim kəsir.. Bəsdirin!! Danışmayın daaaaaa... sükutumu almayın məndən.. maraqsızdı danışdıqlarınız!! qohumlar, onların həyatları nələr.. nələr.. İcazə verin mənə! sükutu dinləmək haqqımdı! ...aha, sakitlikdi yenə.. sakitliyimi prosessorun uğultusu pozur. insan səsindən daha sakit gəlir.. yenə nələrəsə qərq olur içim.. darıxıram axı deyəsən, amma nə üçün!? kim üçün!?.. yenə təkliyə qapanmaq istəyir bu ürək nə oldu!? bezdinmi artıq.... ola bilməz axı! kaş indi məni başa düşə biləcək biri ola... kaş mənimlə mənim dilimdə danışa bilən biri... axı hardasan!? axı mən səni ikinci yarım deyib seçdim.. dilimi anlamırsan, özümü anla heç olmasa... ...bir sükutdu dolur qəlbimə, əsəblərin

ÇƏRÇİVƏLƏRİN RƏNGİ....

Image
Hawieye alinmiw heyat.. etrafina cekilen rengin ferqi yoxdu qirmizi, narinci, ag ya qara.. ne deyiwer bu rengli hawiyeler cercive olduqdan snra!? Sadece ayrilir bununla bir heyat geniw anlamli HEYATDAN.. Cerciveye salindiqdan sonra etrafina hasar da cekilir ustelik.. ne olsun ki!? Wikayet etme haqqinin verilmediyi derk edildikden snra oyrewilir artiq bu heyata da.. ve susulur.. yawamaga davam deyib cercive ve hawiye icinde qurulur. Heddi awmayan kicik xowbextlik.. Bilmirem neden! Sevgimi? Asililiqmi? Qurulur cercive icine bir cercive daha.. oz aleminde kimi gorub adlandirilan ye goz dikilir.. Alin, sizin olsun!.. Bezekli hediyye qutusu icinde etrafi rengbereng hashiyeli cercive icinde bir heyat shekili.. Sizindi artiq!! P.S. Kecmiwden qalan izler igrenc.. geleceye atilan addimlar nigaran.. kicik bir muharibe.. bacarmadim cerciveleri qirmaga.. eksine yeni bir qutuya qoyub hediyye etdim.. her weyi..

E-M@İL... (maraqlı hekayə)

Image
Bir gun bir adam Microsoft sirketine is axtarmaga gedir. Microsoft sirketində ona uygun yalnız “temizlikci” isi qalmısdı. temizlemeklə o ailəsini dolandıracaqdı. Menecerlə gorusur, sınaqdan kecdikden sonra menecer ona mail vasitesile ne zaman ise baslayacagını bildireceyini deyir. Adam komputerinin olmadıgını ve mailden istifade etmediyini deyir. Menecer teesssuflənerek bildirir ki “eger mailiniz yoxdursa resmi olaraq bizde isleye bilmersiniz. Qisaca sizi isə ala bilmerik.” Adam caresiz ofisi terk edir, “ne edim?” sualını ozune cox verir, nehayet cibindeki 10 dollar ile 10 kq gilas alır. Qapı – qapı gezerek gilasları satır və 2 saat erzinde sermayesi ikiyə qalxır. “ Bu sekilde corek pulumu qazana bilerem” deyib her gün seher tezden evden çıxır qapı – qapı gezib gilasları satır. Veee... gunler kecdikce sermayesi daha da artır. Bir az kecir ozune kicik bir araba alır, az sonra bir boyuk masın və bir nece araba alır. Beləce 5 il kecir... Bu adam Amerikanın en boyuk neqletmə sirkətinin sah

AZƏRBAYCAN - QARABAĞ VƏ "O"

Image
Mübariz İbrahimov... daha əvvəllər adi bir insan, əsgərlik dönəmində, yəqin ki, siravi əsgər.. valideynləri üçün oğul, qardaşı üçün bildiyimiz qardaş olub.. İndi isə adı qəhramnlar sırasına şərəflə yazılan İNSAN! bəli... Həmişə "Qəhrəmanlıq nə deməkdir?", "Əgər mən qəhrəman olsaydım", "Azərbaycanın milli qəhrəmanları" adı altında inşalar yazanda əslində kitablardan, ya da hələ o vaxt aglım kəsməyən 90-cı illərin hadisələrində qəhrəman olmuşlar haqqında yazar və düşünərdim.. sadəcə düşünərdim və yetinərdim onunla, çünki oxuduqlarım və eşitdiklərimdən başqa heç bir məlumatım yox idi... ..bu günsə mən QƏHRƏMANLIQ anlayışını çox açıq dərk edirəm. Qəhrəmalıq anlayışını dərk etdiyim gündən Onun, Mübarizin qəhərəmanlığı kimi digər biri ilə qarşılaşmadım! Mübarizin elədikləri qarşısında, hiss etdikləri və düşündükləri qarşısında bütün kəlimələr gücsüz və mənasızdı mənim üçün və bu zaman şəxsən mən sadəcə susmağı üstün tuturam.. Onun qarşısında sadəcə susmağı

HƏCC ZİYARƏTİ...

Allahıma ibadətlərimi 100% və ürəyimcə yerinə yetirməyi bacarmir, tez tez axsadır, günaha batir, şeytana uyuram... ama bunu qəsdən də eləmirəm! belə də baxanda kim istəyər ki, Rəbbinin sözndən bilə bilə çıxsın!?... Dualarımda istəyim odur ki, ALLAHIM imanımı kamil eləsin, mənim kimi bütün zəif bəndələrinin də həmçinin... İnşallah.. Əslində yazmaq istədiyim başqa bir məlumat idi.. 02.11.2010-cu il tarixində bu ilin ilk zəvvarları Həcc ziyarətinə yola düşdülər.. bilmirəm, amma içimdə həmişə qeyri adi bir inam var.. o inam ki, bir gün, çox da gec olmayan gələcəkdə mənə də o gözəl yolun qismət olacağını deyir... mən bunu çox isəyirəm.. o yol ki, bütün müsəlmanların (əsl müsəlmanların!) xilas yoludur.... Allahım niyyətimizə çatdırsın inşallah.. AMİN!!

DANIŞ...

Image
Daniw! Awiq olmamagi daniw awiq olmuwa daniw ki adini qoya bilsin.Olmeyi daniw yawamagi bilmeyene.besiret gozuyle gormeyi daniw gorduyunu duwunenlere.Ya da kor olmagi daniw herweyi gorse de derd cekenlere.qelbi pas tutmuwlara sevmeyi daniw.. aglamamgi weref sayanlara gozyawindaki deyeri daniw.Azadligi daniw zindandakina..heyatin gozel renglerini daniw qarani reng bilenlere.Afrikadaki korpeleri daniw offff demeyi bilmeyene.sonsuzlugu daniw serhedleri olanlara..qacmagi daniw gezmeye hevessizlere..menalari coxaldib bogmagi daniw heyatinin menasinin olmadigini duwunene.savabi daniw gunahkara..gunahin biraz da dadini daniw ot kimi yawayana..kelimelerin gucunu daniw susmagi meharet sayana.ya da susmanin bezen agilli gorunduyunu daniw bow daniwana..kosani daniw kecele, daniw ki yarim oldugunu bilsin onsuz..guvenmeyi daniw insana dost axtarmagi buraxib kimese dost ola bilsin..qururun ne qeder yuksek bir tepe oldugunu ve cixdigca ne qeder alcalacagini daniw..aldadana eslinde aldatdiginin ozunun

SƏN TANIMIRSAN MƏNİ....

Image
Hər gün daha çox sezdim, daha çox görüb bildim... özümü də mən sən etdim.. yox, əzizim yox, sən tanımırsan məni! Günləri salaraq təqvim çərçivəsinə, ötürərək səhifələri, hər ötən gün daha çox qorxursan dəyişəcəyəm deyə.. yox sevdiyim yox, mən beləyəm dəyişən deyiləm.. sən tanımırsan məni! ilklərimin önündəsən sən.. sevgimdə kədər, qəm yox desəm yalan olar, incidirsən məni bəzən... dinləmirsən məni qəsdən.. yox birdənəm yox, sən tanımırsan məni! səsimdə var azca qüssə, sıxma qəlbi sənsiz təkcə ürək olar könül olmaz.. üzmə məni məndən mənə bir can qalmaz.. yox, yox, sən tanımırsan məni! inamına salsam kölgə, qaralmış bir bulud kimi dolub dolub hey yağaram yağışlar tək.. buraxma ki, gözlərindən uzaq durum, dinlə səsi.. yox sevgilim yox, sən tanımırsan məni! göyərçin də uça bilir səmalarda sərçələr tək.. nə olsun ki, sərçələrdən daha gözəl daha bəyaz görünərək süzə bilər.. dönəcəyi yer bağlı qapı, qıfıl zindan.. sərçə isə daha azad, daha sərbəst.. istəmirəm göyərçin tək dustaq o

QÜRBƏTİN SƏHİFƏLƏRİNDƏN...

...Hər gün günəşin ilk şəfəqlərini özüm qarşılayırdım. sonra isə məndən çox uzaqda olan sevdiklərimə ötürürdüm.. şəfəqləri yola salmazdan öncə pıçıldayırdım bütün sevgi sölzərimi günəşə. əmin idim çünki çatdıracağından sevdiyimə.. əslində piçilti da deyildi bu.. həm nə fərqi var axı ucadan ya yavaşdan!? nə desəm də ətrafdakılar onsuzda anlamırdılar mənim dilimdən... sonra yağışlar başlayır, sarıyırdı məni öz qollarıyla.. mənə yad olan səmada rəqs etsələr də damlalar, bir fərq vardı.. toxumurdular onlar naxışlarını burda... insanlarda hərarət yox, hiss etdiyin soyuqluqmu ya yadlıqmı.. heç bunu gözlərdəki mənadan da sezmək deyildi mümkün... gün boyunca düşüncəmdə müaqyisə, fikirmdəki ayrılıqlar rahat vermir, darıxırdı həm ürəyim, həm qələmim... Qarşıladığım kimi elə özüm də ilk yola salırdım günəşi... gecələri salamlayırdım Bakımın küləyinin ətrini verməyən soyuq küləklərlə.. işiqlanırdı yadların şəhəri.. mənim şəhərimin süni işiqları sanki daha təbii görünürdü mənə bu an... xəyalımd

- 21.10.2010 - 30.10.2010 - BAKI - ŞANXAY -

Image
Bir gün mütləq arzumun reallaşacağına inanırdım... inandım və oldu!.. Bu səfərdə Azərbaycanımın qədrini daha çox bildim, millətimi daha çox sevdim... Uşaqlıqdan, əlifbanın hərflərini öyrəndikdən sonra ən çox oxuduğum atalar sözünün verdiyini mənanın əyani üzünü gördüm - "GƏZMƏYƏ QƏRİB ÖLKƏ, ÖLMƏYƏ VƏTƏN YAXŞI"... Hər bir halda isə mənə qalan xoş xatirələr və gördüklərim oldu! Davamının olması ümidi ilə... :) FOTOLAR:

XOŞ GƏLDİN HƏYATIMIZA...

Image
Yolunu çox gözləmişdik.. özümüzdən adlar qoyur, hələ qaranlıq dünyandaykən onu çox sevir, əzizləyir, mahnılar oxuyur, sohbet edirdik.. hərəkətlərini duyur, hərarərtini hiss edirdik... və bir gün o qaranlıq dünyadan bizim kimi işiq dolu dünyaya gələcəyini Allahımdan dualarla istəyirdik... sən nəhayət ki gəldin.. günəş kimi doğuldun birinci balam.. əslində o dünyan qaranlq olsa da heç qorxulu deyildi.. bu işiqli dünyanın təhlükəsindən qorumalıdı səni hamı, ta ki özün özünü qoruya bilənə qədər.. XOŞ GƏLDİN.... :) *18.10.2010*

90-Cİ İLLƏRİN ƏN SUPER İQRASI - MARİO

Image
Mənim uşaqlıq iqram - MARİO :) Nəhayət ki, üstünnən on ildən çox vaxt keçməyinə baxmayaraq mənim də mario iqram oldu... P.S. mənə marionu tapdığına görə təşəkkür..

15 OKTYABR...

Image
Hər bir insanın həyatının "xüsusi" günləri var.. yadda qalan günlər.. bu isə hər bir səbəbdən ola bilər.. və nə qəribə ki, insan başına gələn o "xüsusilikləri", yaxşı və ya pis fərqi yoxdu, məhz o tarixi yadında saxlayır.. Papa XIII Qriqorianın yaratdığı təqvim olmasaydı, həmin təqvimi vərəq vərəq çevirmə imkanımız olmasaydl görəsən yenə də yadımızda qalardımı, ya da yadımızda saxlamaq istədiklərimizi bacarardıqmı xatırlamağı!? ...Elə günlər var ki, uşaqlıqdan onun mütləq bir gün gələcəyinə inanrısan.. əminliklə inanırsan və bu inanc özü onu sənə gətirir. mən də çox inandınm, düşündüm, istədim.. və o gün gəlib artıq.. həyatımın dönüş nöqtəsimi deyim... anlamımı deyim..!? günlərin ən boz və ən cansıxıcı rənglərini boyadı.. təki cüt.. ikini bir elədi.. başqasına ən adı və ən sıradan gələn gün həyatımın ən anıamlı və ən rəngarəng günüdür.. monotluqdan çıxış anı.. həyəcan, hisslərin qarışıqlığı, qorxu, çəkingənlik, utancaqlıq, ilk addımın verdiyi ağlasığmazlıq..... artı

BAĞIŞLAMAQ...

Image
Mürəkkəb xarakterli insanlar çox şeyi bağışlamırlar.. tərs, kinli insanalar da həmçinin.. istər yalan olsun, istər xəyanət, ya verilən sözlərin tutulmaması, hörmətsilik, təhqir.. insan xarakterləri müxtəlif olduğuna görə kimin bu hadisələrə hansı tərəfdən yanaşacağını heç kim bilə bilməz! bəzən fikirləşirəm ki, insan həmişə sevdiyini bağışlamalıdı (fərqi yoxdu hər hansı bir sevgi).. Axı onları sevirsən və buna xatır, sevginə xatir onlar üçün hər şeyi keçməlisən nə olur olsun.. sonra fikirlərim bunu təqzib edir və düşünürəm ki, insan məhz sevdiyini bağışlamamlıdır. çünki sevdiklərin sənin nəyi daha çox incidib nəyin incitmədiyini yaxşı bilir və elə buna görə də necə hərəkət etməli olduqlarını birilər.. bildikləri təqdirdə bəs nə üçün incitsinlər!? bu insana çox pis təsir edir.. axı sevdiklərimizi həyatımızdan bir göz qirpımında necə çıxarıb ata bilərk.. tanımadıqlarını, hətta sevmədiklərini isə sənə nə edirlər etsinlər elə o andaca həyatından silə bilərsən və bu sadəcə cuzi streslə müşa

SEVGİNİN "QƏDƏR"İ...

Image
Görəsən insan nə qədər sevə bilər!? ..bir ay, bir fəsil, bir il, ya bir ömür.... hərdən sevginin aliliyi haqqında yürütdüyüm fikirlərə özüm gülümsünürəm.. əbədilik baxımından heç nəyin olmadığını dəqiqi bildiyimdən gördüyüm bir hadisəni bütün hadisələrin meyarı da seçə bilmərəm, ixtiyarım yoxdu buna.. çünki çox məntiqsiz çıxar! gələcəyi fikirləşmək və onun haqqında götür-qoy etmək də bir az təhlükəlidi. Çünki həyat məhfumu o qədər dərindir ki, insanı hara qədər çəkib aracağını, hansı tufanların içinə salıb, hansı sahilə çıxaracağını ya da çıxarmayacağını, bəlkə daha da dərində batıracağını bilmirsən.. bu gün "heç vaxt eləmərəm" dediyini sabah eləmiş olarsan.. hər nə uzaqlaşmaq istəmir fikirlərimnən... ..Sevginin qədərinnən danışmaq istəyirəm! Bu yaşıma qədər sevginin "qədəri"ni ölçə bilməmişəm. mənimçün sevgi qədərsizdi.. yəni hər hansı bir ölçü vahidi ilə sevgini sıxmaq, çərçivəyə salıb sərhədlərini bağlamaq... mənimçün ağlasığmazdır.. dünya qədər!? can qədər!? həy

P.S. I LOVE YOU...

Image
Əvvəlcə kitabını gördüm.. üzü xoşuma gəlmişdi, bəs içindəki!? bilmirdim... az çox danışdılar kitabın haqqında. heç cür əlimə də keçmirdi, hətta "oçered" var idi. o oxuyacaq sonra o biri.. ama marağım artirdi kitaba getdikcə. bilirdim kinosu da var və ən yaxşısı elə kinosuna baxmağı düşündüm..:) "O"ndan xahiş elədim ki, mənə bu kinonu tapsin.. tapdı.. baxdım.. Uzun zaman idi ki, bir film, ya da bir "love story" bu qədər təsir eləməmişdi.. dəfələrlə gözüm doldu.. vaxtsiz itimək qorxusu tamamilə bürünmüşdü məni.. bilmirəm bəlkə də başqasına heç belə təsir eləməz.. Holly&Gerry.. qəribə cütlük.. maraqli sevgi.. kədərli son.. bəlkə də kədərli deyildi, öyrəşir axı insan əvvəl axır insan hər şeyə, bu belədi.. Kitabını da oxuyacağam diyirlər ki, kinodan maraqlıdı. :) Təşəkkürlər kinonu tapdığına görə və.. P.S. I LOVE YOU... ;)

I HAVE NOTHING...

Image
Bu mahnını seçərkən heç düşünmədim, sadəcə seçdim..... "l have nothing, if l dont have YOU.." Share my life, Take me for what I am. 'Cause I'll never change All my colors for you... Take my love, I'll never ask for too much, Just all that you are And everything that you do... I don't really need to look Very much farther, I don't wanna have to go Where you don't follow. I will hold it back again, This passion inside. Can't run from myself, There's nowhere to hide. Don't make me close one more door, I don't wanna hurt anymore. Stay in my arms if you dare, Or must I imagine you there. Don't walk away from me. No, don't walk awya from me Don't you dare walk away from me I have nothing, nothing, nothing If I don't have you... You see through, Right to the heart of me. You break down my walls With the strength of your love... I never knew Love like I've known it with you. Will a memory survive, One I can

ARZULAR.. XƏYALLAR.. GERÇƏKLƏR..

Image
Ağlımız kəsəndən, öz istəklərimizi özümüz müəyyən etmə bacarığına malik olandan sonra arzular qururuq.. etdiyimiz hər arzunun yerinə yetib yetməyəcəyinin fərqinə belə varmadan.. bəzən inanaraq.. bəzən sadəcə istəklərimizi dilə gətirərək.. bir şəkildə arzu edirik. sonra arzularimizi xəyallarla bəzəyirik. xəyallarımızda yaşayırıq istədiklərimizi.. yenə də ola biləcəyini və ya ola bilməyəcəyini fikirləşmədən.. xoşbəxt oluruq arzularımızla xəyallarımızda.. və.. və bir gün xəyala çevrərərk yaşatdığımız arzuların gerçəkləşmə anı yetişir.. arzu, inam və xeyal gerçəklərlə müşaət olunur bu dəfə.. getdikcə addımlar yeyinləşir və budur, astanadasan.. sadəcə bir addım qaldı... UĞURLAR!.....

KÜLƏKLƏR KİMİ...

Image
Dəyişir zaman, dəyişir insanlar, dəyişir dövran... dəyişkən fəsillərlə duyğular da dəyişir.. aləmi sovurub aparan küləklər kimi.. küləyin təzyqindən yerini dəyişən qum dənəcikləri kimi.. sol əldəki üzük dəyişir olursan "başıbağlı".. dəyişir həyatın, hisslərin, ümidlərin.. Bir örpəklə örtürsən vücudunu, saçlarını olursan başıbağlı.. dəyişir imanın, ibdətin, insanlara fikirlərin.. dəyişir insan, dəyişdikcə zaman dəyişkən küləklər kimi... ...Amma mən dəyişmədim, hislərim də dəyişmədi. sevgi adlı dəyişik bir duyğu içindəykən.. kulək kimi sovruluram mən də həyatın boşluğunda enişlər və çıxışları görə-görə... yoruluram, bəzən bezirəm.. təkliyə üz tuturam.. küləklərlə qucaqlaşıb dəyişirəm mən səmtimi.. yenidən qayıdımmı başa qazandıqlarımı geridə qoyub!?.. mən külək deyiləm axı getdiyim yerlərə bir də qayıdım rahatca.... Sabit olan duyğular var ki deyişmədən qalacaq, azalan istiqamət deyil yönü.. şiddətlənib, yatmayacaq küləklər kimi.. Dəyişmədi sevgim zərrəcə inan..... :(

ƏSL - ADİ...

Image
Adi dost hec vaxt senin nece agladigini gormedi, Esl dost seni defelerle sakitlewdirir.. Adi dost senin valideynlerinin butov adini bilmez, Esl dost onlarin telefon nomrelerini bele bilir.. Adi dost senin ad gunune tort ve ya gul getirer, Esl dost sene hazirlamaqda ve yigiwdirmaqda komek eder.. Adi dost beyenmez sen ona gece zeng edende, Esl dost soruwar sen ne ucun uzun muddetdi ona zeng elemirsen diye.. Adi dost size geler ve ozunu qonaq kimi aparar, Esl dost soyuducunu acar ve lazim olani goturer.. Adi dost istiyerki sen onunla birlikde olasan, Esl dost seninle bir yerde olmaq isteyer.. Dost – o.. senin uzaqdan kolgeni gordukde bele artiq uzunde tebessum oyanandir.. Dost – senin cetin aninda senin yaninda olmaq, o yaxwi olanda senin onun yaninda olmagini isteyendir.. En yaxwi dostunla sukut icinde otursan bele heyatda en maraqli sohbeti emiw kimi hiss edersen ozunu.. Esl dost senin elinden tutarken ureyindekileri hiss edendir.. ESL DOSTLARIMA.. :)

TEDDY :)

Image
Mənim sevimli mişkam... :) P.S. foto 5 il sonra yüklənib :) (03.12.15)

КОГДА.... (обо мне..)

Image
*когда она злая и уходит - иди за ней. *когда она внимательно смотрит на твои губы - поцелуй её. *когда она тебя отталкивает - держы её и не отпускай. *когда обзывает тебя - целуй её и говори что любишь. *Когда она злая - скажи , что она очень милая. *когда она тихая - спроси что не так. *когда она тебя игнорирует - привлики её внимание. *когда она показывает себя с плохой стороны - говори, что она красивая. *когда видешь что она начинает плакать - обними и не оставляй одну на этой планете. *когда она кладёт свою голову на твоё плечо - опустись и поцелуи её. *когда она говорит, что нравишся ей - на самом деле она хочет сказать больше чем ты сможеш понять. *когда она расскажет тебе секрет - храни его. *когда она смотрит тебе в глаза - неотпускай их пока это не сделает она. *когда она скучает по тебе - ей больно. *когда ты "ломаешь" её сердце - боль и обида никогда не проходит. *когда она говорит что всё кончилось - она всё ещё хочет к тебе

AYRILIQ, AZADLIQ, ASILILIQ....

Əslində hamımız bir gün ayrılacağıq.. Ən geci dünyadan köçərkən.. sevindiyimiz bütün günlər, əldə etdiyimiz bütün uğurlar, keçirdiyimiz bütün xoş dəqiqələri geridə qoyub sadəcə ayrılacağıq.. səbəbsiz ayrılq olurmu düşünürəm!? ..əgər hər bir olan və olacaqların səbəbi varsa!? bir halda ki mən getməliyəm ifadəsi və onun arxasında səbəbsizlik səbəbi durursa... lap əvvələ qayıtmaqçun insanda illər keçdikcə güc və istək azalır elə bil.. yaşadığını yenidən yaşamaq, gördüklərini yenidən görmək, ama fərqli situasiyalarda.. öyrəşdiyin kimi yox.. çətinləşir ona görə. gedənin yerinə yeni birini qoya bilmək və bilməmək.. şəraitin olması olmaması.. hislərimizin necəliyi.. əslində bəlkə də hər şey hal-hazırkı olduğumuz şərait və möqedən asılıdı.. çünki biz özümüz neyə görəsə kimdənsə asılıyıqsa deməli ətrafımızda qurduğumuz şəraitdə məhz həmin ankı asılı olduğumuzdan asılı olacaq.. bəs azadlıq!? bəs duyğuların azadlığı!? istəklərin azadlığı!? çərçivə içinə çəkilən çərçivə içində yaşamaq... bəlkə də

ТЕПЕРЬ ДОЖДЬ - ЭТО ТЫ...

Image
Долгие капли едино различны... Я бы хотел показать тебе лично... Всё, чем мир полон и что так ранимо... Сбросив слова, мы окажемся - мимо... Медленно... хрупко... пленительно... только - Знаешь, нельзя расставаться - надолго... Этим дождем рисовать тебя - можно? Что-то теряем... молчим... осторожно... Миг растворять... вздохом - и непонятно, Где... и куда - уходить без-воз-врат-но... ?! По пустым мостовым - по мостам из пустот... Донесем лишь мотив... - тот он или не тот? И стремиться - лететь, горизонты пленяя... Сокровенные смыслы тебе доверяя... Но ты где-то... со мной... - рядом... и далеко... Это - больше, чем можно... и - так нелегко... Может это - лишь миг... может - только мечты... Как бы ни было - но... теперь дождь - это Ты... Евгений Гвоздь

PICILTI...

Image
..bir picilti kimisen, gece yorulmadan layla dedin weherime ..bir heyat kimisen verdin nefes seni hesretini cekenlere ..bezen sevgi tek narin, nifret kimi leysansan ..bir dostsan dondurmuwuq zamani ozluyumuzde ..qovuwdurduq gecenin zulmetini sabahin ilk iwigina birlikde ..durma yagiwim dayanma ..picildayaq bugun sevgimizi ..rengli cetirlerle bezeyek goruwumuzu ..yarpaqlardan suzulen damlalarin qurudur goz yawlarimi ..naxiwlarin golmeceleri toxuyur ..elime toxunduqca uwudursen ellerimi, hereretin isidir ureyim.. picilda yagiwim, picilda. . .

YERSİZLƏR!!....

Image
Bu şəkili birinci dəfə görəndə nə düşündüyümü bilmirəm düzü... Amma nədənsə ağlıma belə bir fikir gəldi ki, düşmənini nə qədər zəif hesab eləsən bu əsil sənin zəifliyin olar... Hər bir halda düşmən düşməndi! Və gözümdə heç səviyyəsi olmayan bir yerdədi.. yerdə!? onlarin heç yeri belə yoxdu...!!

OLSAM....

Image
                                            Bir günəş olsam, Doğsam hər səhər.. Sübhün alatoranlığına rəng qatsam, işıq saçsam.. Oyatsam mürgülü şəhərimi, bir də sakinlərini. Ya da bulud olsam, ötsəm günəşin önündən, uçuşsam səmanın ənginliklərində sərbəst maneəsiz... Çox sevdiyim yağmur olsam, yağsam bol-bol sevindirsəm sevənləri, naxış vursam yolların üzərinə, gölməçələrdə islatsam ötüb keçənləri, sərçələri.. Külək olsam, qəzəbimi söndürərm bəlkə belə, hiss etmədən incidərəm kimsələri.. Bir yol olsam, birləşdirsəm uzaqları bir birinə, qovuşdursam ayrı düşən ürəkləri, bəlkə elə həsrəti də yox edərəm məsafəni dəf etdikcə?! Zaman olsam.. axsam elə, dayanmasam?! Bəs dayansam?! dönüb geri qayıtmağa gücüm olsa.. Bir də başdan demək üçün səbəb olsam.. Fikir olsam, Duyğu olsam.. hər nə olsam, hər kim olsam.. Mən MƏN olsam?!

KÜSÜLÜ QALA BİLMİRƏM...

Image
Qayıdıb gəlmişəm yanına yenə Nə olar bu dəfə qəlbimə dəymə. Deyəsən gülürsən acizliyimə, Neyləyim küsülü qala bilmirəm. Sevənlər həmişə yesir düşübdür Axı aramızda nə sirr düşübdür İradəm sevgimə əsir düşübdür Neyləyim küsülü qala bilmirəm. Zaman gözləməyir ömür gün axır, Soyuqluğun məni yandırıb yaxır. Gözüm gözlərinə yalvarıb baxır, Neyləyim küsülü qaıa bilmirəm. Uçub buludlara qona bilərəm bu dərdin əlindən sola bilərəm Ömürlük ac susuz qala bilərəm Neyləyim küsülü qala bilmirəm. (N.KƏSƏMƏNLİ) Küsmək asan olsa da, "küsdüm" demək asan olsa da ondan sonra gələn yalnızlığa dözmək asan deyil məncə.. əgər anlaşma varsa küsmək nə üçün!? küsmək varsa barişmaq da var... mən barışığı seçdim :) foto: Ehtiram Jabi https://www.facebook.com/ehtiramjabis/timeline

GÖRƏSƏN NİYƏ!?...

Image
Niyə sualı.. (?) Dəfələrlə çalışmışam bu sualdan qaçım ama mümkün olmadığını açıq aydın qavrayandan sonra bir ara bu işidən əl çəkdim.. əl çəksəm də daim fikrimin bir küncünü narahat edən bu suala dəfələrlə cavab tapdığımı düşündüm. Amma əslində yenidən başa qayıtdığıma əmin oldum.. çox zaman cavabsiz qalan sual.. əsas hədəf isə səbəbi tapmaqdır.. fikirləşirəm ki səbəb dediyimiz nədi ki!? bəlkə elə səbəb insanın özü, öz içindəkiləri və fikirləşdikləridir.. axı insanını fikiləridir onu olacaqlara vadar edən, ya da hər hansı bir hadisənin olamamağı üçün şərait yaradan... İnsanın özndən asılı olan və və asılı olmayan səbəbləri də nəzərdən qaçırtmaq olmaz həm də.. İxtiyarını başqasının əlinə vermisənsə bəlkə heç bir səbəb axtarmamaq olanlara.. Nələrisə kimlərə görəsə qurban vermək lazımdır!? Nəyə görə!? Kimə görə!? Əslində əsil səbəb axtarışı da məhz burdan başlayır .. insan yalnız sevdiklərindən asılı olur.. və Sevdiklərindən asılı olduğu müddətcə də Axı nə üçün!? Nə səbəbə!? sualina anca

SƏNİ YAĞIŞLARLA İSTƏMİŞDİM...

Image
..Səni yağışlarla istəmişdim. yağışlarla sevmişdim səni, sevgimi anladiğım gün də gözlərimin yağışı heç durmadı ayrılığın qorxusundan.. Vurulmuşdum sənə, yağış damlalarını nəzərlərinlə oxşayan mehriban, qəliz baxışlarına.. Səni yağışlarla bəzəmişdim xəyalımda.. Yağışlarda öpmüşdün məni, mən yağışı sənsə məni.. birləşmişdi duyğlar, ümidlər.. yumuşduq yağışlarla ayrılığın tozlarını. ..Səni yağışlarla istəmişdim.. Elə belə.. özüm üçün.. yağışdan islanan cismim kimi hisslərimdə islanmışdı bu sevgidən.. Gözləməkdən heç bezmədim.. yağışlarla istədim səni sadəcə.. ..Qizmar yay gecələrinin ən nəfəs kəsən istisində gözlədim hər ikinizi.. əslində bilirdim həmin anda nə sən, nə də yağışın gəlməyəcəyini.. mənimkisi nə idi!? yağışı istiyərkən Sənmisən , ya yağışmı oldu səni istəməyimə bəhanə!?.. bilmirəm.. amma hər ikiniz var idiniz sevgilərimdə... ..Gəlişinlə gətirdin yağışımı da. Səni yağışlarla qarşılamaq, həsrətinin qurutduğu duyğuları yağışların sularında islatmaq istəmişdim.. Bilmirəm təsadüf

GƏLƏCƏKSƏN...

Image
..getdiyin o gecə tək qaldığım ilk gəcə idi. sənsiz qaldığım həmin gecədə havanın ilıq yaz nəfəsi əslində qızmar yay kimi yandıracaq novbəti günlərin ən başlanğıcı idi. son dəfə "təyyarədəyəm" kəlməsini yazdığın gündən etibarən yalnız idim şəhərimdə, çünki eyni şəhərdə nəfəs almırdıq.. Bizi sadəcə metro stansiyaları, ya da soyuq pəncərə şüşəsi də ayırmırdı.. gözlədiyimsə tələsərək görüşə gecikdiyin 5-10 dəqiqə deyil, çox darixdirici, uzun yay gecələri oldu. sakit qalarkən gözümü divarın bir noqtəsinə zilləyib ilişib qalan nəzərlərimin altında heç kəsin sezə bilmədiyi fikirləri dolaşdırıram.. elə onda da hər xırda nüansı xatırlayacaq qədər diqqətli, ətrafımdakıları unudacaq qədər səhlənkaram.. ..hər gün təqvimnəm bir gün daha azalır. bir gün ömrümnən oğurlanır və elə o gün də həyatım bir addım yaxınlaşır.. heç kimə danışmadım, heç nəyi müzakirə eləmədim uzun uzadi fikirlərimnən başqa. Hislərimin hər dəqiqəsinə şahid oldu zaman. Sənzilikdən şikayət etdim çox və məni əmin edərə

MƏN BURDAYAM...

Image
Burdayam.. lap yaxınlığında.. hiss edirsən!? ürək döyüntülərimiz belə bir döyünür. həmişə ətrafındayam qorxma.. heç vaxt da tək buraxan deyiləm Səni, bilirəm axı Sən xəyanətləri bağışlayan deyilsən, mənsə təkilikdən çox qorxanam.. Lap yanindayam.. bir nəfəs qədər.. duyursan məni!? mən boylandıqca Sənin qəlbinə sanki özümü görürəm.. Seçmisən özünə yalnızlıqlara bəzədiyin otağını, halbuki sakinləri nə çoxdu otağının, ərafın nə genişdi.. Bilirsən əslində Sən gözlərini belə yumanda mən yanında oluram, bir dəfə çağırsan laaap tez gəlirəm yanına.. bəzən qovursan məni, bezirsən məndən incinsəm də səni tək buraxmıram, buraxan da deyiləm.. bilirəm ki mənə yenə də ehtiyacın olacaq.. bir də sən yalnız olanda ancaq mənimlə danişirsan axı.. mənə Sənsizlik yaraşmır. eqoistəm, ancaq sənə aidəm individual və təkrarsız olduğumu da bilirəm.. Mən burdayam.. Başqasını axtarma bu mənəm - Sənin DÜŞÜNCƏLƏRİN!

İSTƏDİM...

Image
...bu gün yenə nələrdənsə yazmaq istədim. uzun zaman oldu duzu fikirləri bir araya toplamadığım. əslində hər şey o qeder qarışdı ki birdən, ətrafıma səpələnən həriflər, sözlər bir bir silinib süpürüldü... bilmirəm yazmağdanmı bezdim, yoxsa fikirlərimin çoxluğunnan artıq yaza bilmirəm.. əslində bəzən gecə, ya səhər avtobusda oturarkən, ya televizora, dəxlisiz verlişə baxarkən, kimləsə danışarkən içimnən "yaz! heç olmasa qeyd et ki unutmayasan!" deyir ürəyim ..amma o qədər yoruldum ki mən..... gözləntilərin, ayrılıqların, həsrətin əslində bəlkə də xeyir gətirəcəyini desələr də mən artıq buna inanmaram... NİYƏ!? ..çünki qələmimi aldı məndən, mürəkkəbimi qurudub cümlələrimi yarımçıq qoydu.. ifadəmi qopardı.. bir zamanlar fikirlərimə ağırlıq verən düşüncələrimi paylaşaraq qaraladığım vərəqlərimi bəmbəyaz saxladı.. ama bilirəm ki müvəqqətidi..

GÖZLƏMİRDİM...

Image
Əlbəttə mən bilirdim sonun belə olacağını.. yəni belə deyərkən.. Belədən belə.. yenə fikrim qarışdı.. .....İnsanların əksəriyyəti mənim fikrimcə hər hadisəni, yaşadıqları hər hansı bir situasiyanı dərinləşdirməyi, qlobal hala salmağı sevirlər. Bunu inkar edə bilmərəm.. və problem halına saldıqları bəsit situasiyaları da digərlərinə təsir edərək öz daxili aləmlərini qarışıq hala salıb ətrafdakıları da incidirər. və qeyri şüuri olaraq anormal qərarlar verirlər. elə zamanda onlar düşünuürlər ki doğrudurlar!! Və məhs həmin andan da insanlardan gözləmədiyimiz hərəkətləri və yaratdıqları anlamsız situasiyaları görürük! Sözümün əvvəlində sonun belə olacağını bilirdim yazdım... əslində bilmirdim. axı necə biləydim!? bəzilərinə göstərdiyim dəyərə (dəyər sözünə nifrət edirəm), verdiyim qiymətə görə sevdiklərimin arasında özümü çox günahkar bilirəm.. hisslərin cinyətkarı bilirəm özümü.. kaş deməyə nə haqqım var nə cürətim amma kaş......

YENI AY

Image
budur... yola saldim novbeti ilimin son 6 ayini.. yarim ilini... ve budur.. yeni ay.. Telebeyken her ne problemlerim sixintilarim var idise yeni aydan hamisini kenara qoyar ve her yeni aya yeni hisslerle gireceyime umidli olardim.. artiq o hissler de olub.. Bezen hiss etdiyim guclu bir hiss diger hisslerimi, kicik-kicik oyunlarimi nece de dagidib ustunu ortermiw.. bunu anladim.. belke de indi duwundum !? bilmirem.. yaziram herden.. duwunurem herden.. mene ne qaldi, ne qlacaq deye.. heleki rcamda boyuk bir HECin durdugunu eminlikle deirem.. adeten cirpinniram bezen duygularimin icinde.. neyin nece olacagina imkan vermeyen butun duwuncelerim alt-ust edir ureyimi..qelbimi.. heyatimi.. ne elemeli.. bu da menim heyatimdi.. kim isteyer ki heyati pis olsun!? eqoist hisse malik olaqn insan xisleti bunu hec bir zaman arzulmamz!! her bir alda yeni aya yeni umidlerler :))

SEVGİMDƏ ŞÜBHƏ....!!

Image
Sevgi və şübhə... bəlkə də bir-birinə zidd olan iki hiss ama neyçünsə birlikdəliklərindən zövq alacaq qədər yaxındırlar! bəli... bəli hər bir sevgidə şübhə olur... bu qaçılmazdı.. nə qədər sev, nə qədər inan, hardasa hansısa boşluğ anında, ya fikirlər axınında gələcək mütləq gələcək və içini qurd kimi gəmirə gəmirə iz qoyacaq.. aha.. iz!! mən bunu daha əvvəl nə üçün düşünmədim ki!? Gəldiyi yoldan getsə də izi və iyrənc ləpirlərini qoyub... artıq onda bacarmamaq hissi nə qədər də yaxınlaşır içimə.. Bəlkə də heç biri yoxdu, bəlkə də özüm özümnən şübhələnməliykən bəyazlardan şübhələnirəm.. Bəyazlardan... Sevgimdə nə şübhə!? Qovmaq istərəm... izlərini silmək istərəm... !!! Mene inanmırsan bir yuxu kimi , Qelbinde şübheler , eyhamlar oyaq . Yox , men istemirem bir çoxu kimi Yaşayaq bu sayaq , Ölek bu sayaq ..... Niye baxışların üşüdür meni ; Qelbin ki qelbimde qızınmaq ister. Ne sevgi yenidir , Ne nifret yeni ; Ele tereddüd de köhnedir , yeter !... Belke

NƏ DEMƏKDİR!?

Image
... deyirler herden... sual verirler ki dost ne demekdir!? wukur ki bu sualin cavabini verecek yawdayam.. ve buna ancaq ferziyyeler ve oxudugum kitablardan cavab vermerem.. tecrube de yigmiwam ve wukur olsun ki ALLAHIM qarwima daim yaxwi dostlar cixarib.. men hec vaxt mehvumlara terif vermeyi beyenmemiw, bawa duwmemiwem.. axi menimcun bele olan dostlug fikri digeri ucun tamam ferqli bir mehvum ola biler.. ne ucun men dost haqqinda fikirlerimi bawqasina da qebul eletdirmek niyyetinde olum, ya da imkan verim ki kimse menim bu duwuncelerime oz ironik fikirlerini bildirsinler... heyatimin her bir aninda DOSTlarimin yaninda olmuw.. en xow andan en pis ana qeder. hetta Allahu-Teala ele werait yaradib ki o anda ozleri de bilmeden menimle olublar ve netce goz qabaginda olub.. Dostum menim icimdi yeni menim hisslerimdi, hiss etdikelrimin ozudu.. bowuna demiyibler ikinci men olur dost.. duzdu arada inciklik ve sairler de olur.. ama bu normal deyilmi!?... esil normal olmayan gizlenen duyugularda

DÜNƏNİM...

Hmm.. belə.. dünənim də o biri günlərim kimi idi.. adi! qeyri adilik axtarişi neye lazimdi axi!? onsuzda bəzi insanlar kimi mənim də heç kimin başa düşməyəcəyi daxili aləmimin olmasi özü bir qeyri adilik deyilmi... !? yavaş yavaş məni başa düşdüklərini məndəki gizli içimi açdiğlarını fikirləşsələr də günü günnən özümə daha çox qapanir və gizliləşirəm.. bu məni sevindirir ya yox.... cavabini heç özum də bilmirem! he bir də keçmişimnən bir parça gördüm bu gün... sadə, adi.. ama apardi meni ötən günlərə bir anlığ..

İLK OLMAYAN İLKLƏR

Image
Həyatda hər şey olur deyirlər... və həyatın deyilən bu "hər şeyini" hər kəs bir cür başa düşür... bəlkə də mənim bu dəqiqə fikirləşdiyim və hiss etdiklərim, yaşam şəraitim və adi həyat tərzimdə yaxınlarıma belə göstərə bilmədiklərimdi.. və o nələrinsə beynimdə səhər-axşam var-gəl etdiyi ezabverici fikirlərdən yaxa qurtarmaq yoludur... heyatda hami bir birini istismar edir.. HAMİ! yaxınlarım məni mən onları.. bir birimizin sevgisini, tükədə biləcək dərərədə həm də... axı nə üçün!? nəyə və kimə lazim bu cür sevgilər!? bəlkə də gülünc çıxır ya da çox adi ama axır zamanlar hamıya nifrət eləməyə bawlayıram.. bəlkə də bu da çox gülünc gələcək (çünki birinci dəfə özüm bu fikirə düwəndə dodağım qaçmıwdı :) ) avtobusda insanların boş yerde oturmağçun bir-birini itələdiklərini görəndə həqəiqi mənada nifret etməyə başladığımı hiss etdim - məndən soruşan tapılardı... "BU SƏNƏ LAZIMDI!?" doğurdan da lazım deyil.... ama insanlara qarşı aqressiv münasibər də məhz bu cür xırdalıqla