GƏLƏCƏKSƏN...


..getdiyin o gecə tək qaldığım ilk gəcə idi. sənsiz qaldığım həmin gecədə havanın ilıq yaz nəfəsi əslində qızmar yay kimi yandıracaq novbəti günlərin ən başlanğıcı idi. son dəfə "təyyarədəyəm" kəlməsini yazdığın gündən etibarən yalnız idim şəhərimdə, çünki eyni şəhərdə nəfəs almırdıq.. Bizi sadəcə metro stansiyaları, ya da soyuq pəncərə şüşəsi də ayırmırdı.. gözlədiyimsə tələsərək görüşə gecikdiyin 5-10 dəqiqə deyil, çox darixdirici, uzun yay gecələri oldu. sakit qalarkən gözümü divarın bir noqtəsinə zilləyib ilişib qalan nəzərlərimin altında heç kəsin sezə bilmədiyi fikirləri dolaşdırıram.. elə onda da hər xırda nüansı xatırlayacaq qədər diqqətli, ətrafımdakıları unudacaq qədər səhlənkaram..
..hər gün təqvimnəm bir gün daha azalır. bir gün ömrümnən oğurlanır və elə o gün də həyatım bir addım yaxınlaşır.. heç kimə danışmadım, heç nəyi müzakirə eləmədim uzun uzadi fikirlərimnən başqa. Hislərimin hər dəqiqəsinə şahid oldu zaman. Sənzilikdən şikayət etdim çox və məni əmin edərək fikirlərim GƏLƏCƏKSƏN dedi... :)


Birgün mən darıxsam,
Ya sənsiz olsam,
Qaranlıq bir gecə göylərə baxsam,
Mən səni uzaqdan duymaq istəsəm,
Bilirəm yenədə sən gələcəksən.

Xəyalım hər zaman səninlə olsa,
Ürəyim durmadan səninlə vursa,
Keçən baharımda çiçəklər açsa
Mənim baharıma sən gələcəksən.
Sən gələcəksən...

Səninlə bağlıdır arzum, istəyim
Sənsən bu qəlbimdə təkcə diləyim.
Sənə bağlanıbdır sevən ürəyim
Mən nə vaxt çağırsam
Sən gələcəksən.

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)