Posts

Showing posts from August, 2010

GÖRƏSƏN NİYƏ!?...

Image
Niyə sualı.. (?) Dəfələrlə çalışmışam bu sualdan qaçım ama mümkün olmadığını açıq aydın qavrayandan sonra bir ara bu işidən əl çəkdim.. əl çəksəm də daim fikrimin bir küncünü narahat edən bu suala dəfələrlə cavab tapdığımı düşündüm. Amma əslində yenidən başa qayıtdığıma əmin oldum.. çox zaman cavabsiz qalan sual.. əsas hədəf isə səbəbi tapmaqdır.. fikirləşirəm ki səbəb dediyimiz nədi ki!? bəlkə elə səbəb insanın özü, öz içindəkiləri və fikirləşdikləridir.. axı insanını fikiləridir onu olacaqlara vadar edən, ya da hər hansı bir hadisənin olamamağı üçün şərait yaradan... İnsanın özndən asılı olan və və asılı olmayan səbəbləri də nəzərdən qaçırtmaq olmaz həm də.. İxtiyarını başqasının əlinə vermisənsə bəlkə heç bir səbəb axtarmamaq olanlara.. Nələrisə kimlərə görəsə qurban vermək lazımdır!? Nəyə görə!? Kimə görə!? Əslində əsil səbəb axtarışı da məhz burdan başlayır .. insan yalnız sevdiklərindən asılı olur.. və Sevdiklərindən asılı olduğu müddətcə də Axı nə üçün!? Nə səbəbə!? sualina anca

SƏNİ YAĞIŞLARLA İSTƏMİŞDİM...

Image
..Səni yağışlarla istəmişdim. yağışlarla sevmişdim səni, sevgimi anladiğım gün də gözlərimin yağışı heç durmadı ayrılığın qorxusundan.. Vurulmuşdum sənə, yağış damlalarını nəzərlərinlə oxşayan mehriban, qəliz baxışlarına.. Səni yağışlarla bəzəmişdim xəyalımda.. Yağışlarda öpmüşdün məni, mən yağışı sənsə məni.. birləşmişdi duyğlar, ümidlər.. yumuşduq yağışlarla ayrılığın tozlarını. ..Səni yağışlarla istəmişdim.. Elə belə.. özüm üçün.. yağışdan islanan cismim kimi hisslərimdə islanmışdı bu sevgidən.. Gözləməkdən heç bezmədim.. yağışlarla istədim səni sadəcə.. ..Qizmar yay gecələrinin ən nəfəs kəsən istisində gözlədim hər ikinizi.. əslində bilirdim həmin anda nə sən, nə də yağışın gəlməyəcəyini.. mənimkisi nə idi!? yağışı istiyərkən Sənmisən , ya yağışmı oldu səni istəməyimə bəhanə!?.. bilmirəm.. amma hər ikiniz var idiniz sevgilərimdə... ..Gəlişinlə gətirdin yağışımı da. Səni yağışlarla qarşılamaq, həsrətinin qurutduğu duyğuları yağışların sularında islatmaq istəmişdim.. Bilmirəm təsadüf

GƏLƏCƏKSƏN...

Image
..getdiyin o gecə tək qaldığım ilk gəcə idi. sənsiz qaldığım həmin gecədə havanın ilıq yaz nəfəsi əslində qızmar yay kimi yandıracaq novbəti günlərin ən başlanğıcı idi. son dəfə "təyyarədəyəm" kəlməsini yazdığın gündən etibarən yalnız idim şəhərimdə, çünki eyni şəhərdə nəfəs almırdıq.. Bizi sadəcə metro stansiyaları, ya da soyuq pəncərə şüşəsi də ayırmırdı.. gözlədiyimsə tələsərək görüşə gecikdiyin 5-10 dəqiqə deyil, çox darixdirici, uzun yay gecələri oldu. sakit qalarkən gözümü divarın bir noqtəsinə zilləyib ilişib qalan nəzərlərimin altında heç kəsin sezə bilmədiyi fikirləri dolaşdırıram.. elə onda da hər xırda nüansı xatırlayacaq qədər diqqətli, ətrafımdakıları unudacaq qədər səhlənkaram.. ..hər gün təqvimnəm bir gün daha azalır. bir gün ömrümnən oğurlanır və elə o gün də həyatım bir addım yaxınlaşır.. heç kimə danışmadım, heç nəyi müzakirə eləmədim uzun uzadi fikirlərimnən başqa. Hislərimin hər dəqiqəsinə şahid oldu zaman. Sənzilikdən şikayət etdim çox və məni əmin edərə

MƏN BURDAYAM...

Image
Burdayam.. lap yaxınlığında.. hiss edirsən!? ürək döyüntülərimiz belə bir döyünür. həmişə ətrafındayam qorxma.. heç vaxt da tək buraxan deyiləm Səni, bilirəm axı Sən xəyanətləri bağışlayan deyilsən, mənsə təkilikdən çox qorxanam.. Lap yanindayam.. bir nəfəs qədər.. duyursan məni!? mən boylandıqca Sənin qəlbinə sanki özümü görürəm.. Seçmisən özünə yalnızlıqlara bəzədiyin otağını, halbuki sakinləri nə çoxdu otağının, ərafın nə genişdi.. Bilirsən əslində Sən gözlərini belə yumanda mən yanında oluram, bir dəfə çağırsan laaap tez gəlirəm yanına.. bəzən qovursan məni, bezirsən məndən incinsəm də səni tək buraxmıram, buraxan da deyiləm.. bilirəm ki mənə yenə də ehtiyacın olacaq.. bir də sən yalnız olanda ancaq mənimlə danişirsan axı.. mənə Sənsizlik yaraşmır. eqoistəm, ancaq sənə aidəm individual və təkrarsız olduğumu da bilirəm.. Mən burdayam.. Başqasını axtarma bu mənəm - Sənin DÜŞÜNCƏLƏRİN!

İSTƏDİM...

Image
...bu gün yenə nələrdənsə yazmaq istədim. uzun zaman oldu duzu fikirləri bir araya toplamadığım. əslində hər şey o qeder qarışdı ki birdən, ətrafıma səpələnən həriflər, sözlər bir bir silinib süpürüldü... bilmirəm yazmağdanmı bezdim, yoxsa fikirlərimin çoxluğunnan artıq yaza bilmirəm.. əslində bəzən gecə, ya səhər avtobusda oturarkən, ya televizora, dəxlisiz verlişə baxarkən, kimləsə danışarkən içimnən "yaz! heç olmasa qeyd et ki unutmayasan!" deyir ürəyim ..amma o qədər yoruldum ki mən..... gözləntilərin, ayrılıqların, həsrətin əslində bəlkə də xeyir gətirəcəyini desələr də mən artıq buna inanmaram... NİYƏ!? ..çünki qələmimi aldı məndən, mürəkkəbimi qurudub cümlələrimi yarımçıq qoydu.. ifadəmi qopardı.. bir zamanlar fikirlərimə ağırlıq verən düşüncələrimi paylaşaraq qaraladığım vərəqlərimi bəmbəyaz saxladı.. ama bilirəm ki müvəqqətidi..