Posts

Showing posts from 2020

KARANTİN GÜNLƏRİNDƏ EŞQ

Image
5 aylıq fasilədən sonra nəhayət ki, yeni yazımı yazmaq gəldi ürəyimdən... İnsanın həyatında bir məqam olur ki bu sadəcə durğunluq, depresiya, dərinə enmə, özü ilə, daxili ilə başbaşa qalmaqla keçir.. Məncə məhz bu məqam insanı bir az daha kamilliyə və özünü tanımaya gətirib çıxarır. Bu həmin məqamdır ki, insan həyatındakı səhvlərdən və başına gələnlərdən nəticə çıxarır. Lakin bunu hər insan görə bilirmi?  2020-ci ili qarşılayanda nələrsə həmişəki kimi getmirdi, xatirlayıram. Əslində ətrafımda hər şey var idi, istədiyim və başqasının belə arzulardığı hər şey, amma hiss edirdim, bu o deyildi, bu olmaq istədiyim və daxilimin rahatlıq verdiyi məqam, an deyildi, bu bayram bayram deyildi.. Mənsə həmin gün saat 00:00-da başıma gələcək hər şey üçün badə belə qaldırmışdım :)  sanki hər şeydən qabaqcadan xəbərdar idim. Sanki yeni pandemiyanın sağlığına içirdim :D  Bəli, artıq yarım il keçib ki, 2020-ci ili necə keçirdiyimizi ümumdünya olaraq dərk edə bilmirik. Yaxınını itirənlər, xəstəlikdən qo

29-CU GÜN

Bu il fevral ayı bizə hər dörd ildən bir özünü göstərən 29cu günü ilə gəlimşdi və gəldiyi kimi də getdi.. 2020-ci ilin cəmi iki ayını geridə qoymuşuq, amma bu ikicə ayda o qədər hadisələr baş verib ki, bu balaca dünyamızda. Müharbələr, xəstəliklər, viruslar, münaqişələr, qəzalar, anomaliyalar... hamısı da ayrı-ayrılıqda geniş mövzulardı halbuki. Nə qədər bu gündəmdən uzaq düşmək istəsə də insan, özünü istər istəməz bu qlobal müzakirələrin içində tapır və əriyib itir. Mart ayı isə müjdə ayıdır mənim üçün. Yuxarıda sadaladıqlarımın əksini isbat edən bir şey.. Xoş xəbərlərim və həyəcanlı gözləntilərim var.. Daşın içindən gül çıxa bilirsə, bu iyrəncliklərin də içindən xoş nəsə çıxmalı idi. O isə artıq məndədi, mənimlədi.. Qeyd etdiyim kimi fevral dünyəvi problemlər, siyasi məsələlərlə fikrimizi dağıtdı. Mənsə vaxt tapdıqca kitablarımın içində axtardım cavablarımı. Fevral ayı boyunca iki kitab bitirə bildim və bircə kitab aldım: Nejat İşlər - "Ben hep senin yanındayım"

2020 və İLK KİTAB SİYAHIM

Yeni ilin ilk ayını geridə qoyub köhnəltdik ili :) 2020 necə gəldi, yanvar ayı necə keçdi heç özüm də bilmirəm. Tək bildiyim tarixlərin sürətlə yer dəyişdiyidir. Kenan Doğulu demiş "Tutamıyorum zamanı.." Həyatıma müxtəlif maraqlar daxil olur və müəyyən müddətdən sonra onlardan yorulur və uzaqlaşıram. Tək bircə həvəsdən başqa, kitab həvəsim. Bu həvəsin mənə kimdən, hardan necə gəlib keçdiyini bilmirəm, amma oxumaqla sakitləşdiyimə, özümü tapdığıma, öz dünyamda olduğuma, özümə aid olduğuma əmin oluram. Əslində təkcə oxumaqla deyil, eyni zamanda kitab almaqla da xoşbəxt olan insanlar kateqoriyasındanam. Bu çox gözəl bir hissdir mənim üçün, və heç bir hisslə əvəz edə bilməmişəm bu günə kimi. Keçən il özümə söz verdiyim hər ay ən azı bir kitab alıb, ən azı bir kitab oxumaq prinsipimi bu il də tuturam. Və tutumağa davam edəcəyəm. İndi isə keçim kitablarıma. :) 2020-ci ildə ilk bitirdiyim kitab Harper Linin "Bülbülü öldürmək" əsəri oldu. Maraqlı tərzdə yazılan,

#32

Image
Bəzi günlər var ki onlar haqqında uzun uzadı yazmaq istəsəm də yaza bilmirəm. İçimdə saxlamaq istəyirəm o günümün bütün detallarını. Bu ilki doğum günüm qarşıladığım yeni il qədər qəribə, maraqlı, hər iki hissin qarışığı ilə birlikdə gəldi keçdi :) Düşünəndə həm üzüm gülür, həm də içimdə incikliklər baş qaldırır. Amma maraqlısı budur ki, artıq hər ad günümün verdiyi mesajları oxumağı bacarıram. Və bu ilin verdiyi mesaj məni o qədər rahatlatdı ki. Qəribə və anlaşılmaz sakitçilik.. Nə üçün olduğunu isə çox gözəl bilirəm. Fərqində olmaq, hisslərin ən gözəlidir :) Bu ilki devizim: "ÖZÜNÜ HEÇ NƏYƏ MƏCBUR ETMƏ, İÇİNDƏN NECƏ GƏLİRSƏ İNSANLARA ELƏ DƏ DAVRAN." * ilk doğum günüm oldu ki şam üfürmədim * bu il də papa məni təbrik etmədi * 3 il sonra qar gördüm, oğlum isə ömrü həyatında ilk dəfə qara toxundu ) * bu il doğum günümün soundtracki yoxdur.

ÖTƏN 2019-CU İLİN KİTABLARI

Image
Bu yazımda 2019-cu ildə oxuduğum və aldığım, eyni zamanda mənə hədiyyə olunan kitablardan danışmaq istəyirəm. Deyə bilərəm ki, ötən 3 ilimə baxanda 2019-cu ildə kitab oxuma və alma vərdişimi yenidən bərpa etməyim göz qabağındadır. Düzü, bu məni xeyli sevindirdi. Belə ki, oxuduğum kitabların sayını 19 kitabla daha da artırdım və kitabxanama 19 yeni kitab əlavə etdim. yeni kitablardan üçü isə hədiyyədir. Hədiyyəlik olan iki kitabı kitabxanamda olan Sartırın "Ürəkbulanma" əsəri ilə barter etdim, digər bir kitabı isə bizim məhşur dj Fateh öz instagram hesabında keçirdiyi kiçik bir yarışma ilə məni qaliblərdən biri elan etdi və kitabı mənə hədiyyə etdi. :)  İndi isə oxuduğum kitabların siyahısına keçmək istəyirəm: İvan Turgenyev "Atalar və oğullar"- bu 2018-ci ildə yarım saxladığım kitab idi, oxuyub bitirdikdən sonra çox bəyənmişdim. İki fərqli oğul və iki fərqli ata. Etel Lilian Voyniç "Ovod" - Bu əsəri hələ o zamanlar anam çox tə

İlin son və ilk yazısı ~10~

Image
Bu il 10cü ildir ki ilimin necə keçdiyi barədə yazı yazıram. 10il... bu əslində heç də az zaman deyil. Və hər ili çox fərqli keçirmişəm, adətən necə başlayıbsa ilim deyəsən o cür də davam edib. Ya da mən elə hisslər yükləmişəm..  Nə üçünsə dekabrın son günləri əslində təqvim dəyişməyin nə qədər sehirli olub olmadığını düşünür, zamanın əslində saatın əqrəblərinə görə hərəkət etmədiyini, bizim hisslərimizə görə dəyişdiyi qənaətinə gəlmişdim. Sanki bu düşüncələr ilə yeni ili çox "eqzotik", balaca balamın səhhət problemləri ilə qarşılmağım, 1 yanvar tarixini isə xəstəxana koridorunda keçirməyim üst üstə düşdü :) Ruslar demiş "и смех и грех"... Amma onu bilirəm ki, 2019-cu ilim mənim üçün, şəxsən özümü tapmağım, həyatda çox şeyləri anlamağım, və bu yolda cığır çəkməyim üçün mükəmməl il oldu. Mən Leylanı tanıdım, onun sayəsində şüurlatının bizim qərarlarımızda, bu günkü həyatımızda nə qədər böyük rol oynadığını anladım, mən kvant fizikası ilə tanış oldum, ma