2020 və İLK KİTAB SİYAHIM

Yeni ilin ilk ayını geridə qoyub köhnəltdik ili :)

2020 necə gəldi, yanvar ayı necə keçdi heç özüm də bilmirəm. Tək bildiyim tarixlərin sürətlə yer dəyişdiyidir. Kenan Doğulu demiş "Tutamıyorum zamanı.."

Həyatıma müxtəlif maraqlar daxil olur və müəyyən müddətdən sonra onlardan yorulur və uzaqlaşıram. Tək bircə həvəsdən başqa, kitab həvəsim. Bu həvəsin mənə kimdən, hardan necə gəlib keçdiyini bilmirəm, amma oxumaqla sakitləşdiyimə, özümü tapdığıma, öz dünyamda olduğuma, özümə aid olduğuma əmin oluram. Əslində təkcə oxumaqla deyil, eyni zamanda kitab almaqla da xoşbəxt olan insanlar kateqoriyasındanam. Bu çox gözəl bir hissdir mənim üçün, və heç bir hisslə əvəz edə bilməmişəm bu günə kimi.

Keçən il özümə söz verdiyim hər ay ən azı bir kitab alıb, ən azı bir kitab oxumaq prinsipimi bu il də tuturam. Və tutumağa davam edəcəyəm.

İndi isə keçim kitablarıma. :)

2020-ci ildə ilk bitirdiyim kitab Harper Linin "Bülbülü öldürmək" əsəri oldu. Maraqlı tərzdə yazılan, ağ və qara dərili insanlar arasında olan münasibətləri qabardan, o cümlədən xırda olsa da əslində çox gözəl mesajlar verən əsərdir. Məsləhət görə biləcəyim kitablardandır.

İkici bitirdiyim kitab ad günümdə hədiyyə verilən Sarah Jiodan "Sonuncu kameliya" əsəri oldu. Əsər mənə Jojo Moyes tərzini xatirlatdı. Əvvəli və ortası maraqlı davam etsə də sonuna yaxın elə bil ki, tez qurtarması üçün hər şey yazıçı tərəfindən ard-arda və primitiv şəkildə sonlandırıldı. Bu da mənə Elif Şafakın "Havvanın üç kızı" əsərini oxuyub bitirərkən keçirdiyim təəssüf hissini xatırlatdı. Əsəri tez tələsik bitirəndə əvvəldəki marağın dadı qaçır sanki. Ümumi götürəndə isə, kino dadına kitab təsiri bağışladı mənə, 2 günə bitirdim. Axıcı idi.

Bu ay isə iki kitab aldım:

1. John Green - "Kağız Şəhərlər"
2. Nejat İşler - "Ben hep senin yanındayım"

..və qeyd etdiyim ikinci kitabla fevral ayımı salamladım - "ben hep senin yanındayım". Kitabın adı sanki mənə bir mesaj verir...

Comments

  1. "Bülbülü öldürmək" mənim də oxumaq istədiyim kitablardandır.
    Jojo Moyes və Sarah Jionun əsərləri açığı mənə maraqlı, amma sanki hadisələr yığını kimi gəlir. Duyğu azdır, bir az əqidəmə tərsdir ya nədir bilmirəm amma süjet xətti maraqlı gəlsə də yapışmır onların əsəsrləri mənə.
    Bu il bir az cəsarət göstərib aya 3 kitab bitirmək hədəfi qoymuşam özümə. İlk ay uğurlu oldu. İnşəAllah arxası da gələr.🙏
    Sizə də uğurlar 😊❤

    ReplyDelete
    Replies
    1. Bülbülü öldürmək maraqlı əsərdir doğurdanda. Yazılışı axıcıdır, eyni zamanda düşdünürücü məqamları da çoxdur. Jojo ilə Saraha gələndə, onlar ikisi də kommersiya xarakterli kitablardır sanki, düşünmək üçün yox sadəcə beynini boşaltmaq üçün oxuyacağın kitablardan. Kitabın əvvəlini oxuyub ortasına çatanda sonunun necə olacağını çox zaman bilirsən :)
      Nə gözəl hədəfdir. Mən eyni anda 2-3 kitabı oxumasam, yəqin mən də çatdıraram amma bu vərdişimdən də əl çəkə bilmirəm.
      Xoş qiraətlər :)

      Delete
  2. Mənə daima sehirli görünüb, çox kitab oxuyan bir xanımla evli olmaq. Bu haqda vaxt edib həm özünün, həm yoldaşının təəssüratlarını bölüşə bilsən, maraqla oxuyacam. Təşəkkür.

    ReplyDelete
    Replies
    1. Deyəsən mənə də maraqlı olacaq bu haqda yazmaq :) təşəkkür edirəm.

      Delete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)