#32

Bəzi günlər var ki onlar haqqında uzun uzadı yazmaq istəsəm də yaza bilmirəm.
İçimdə saxlamaq istəyirəm o günümün bütün detallarını.

Bu ilki doğum günüm qarşıladığım yeni il qədər qəribə, maraqlı, hər iki hissin qarışığı ilə birlikdə gəldi keçdi :) Düşünəndə həm üzüm gülür, həm də içimdə incikliklər baş qaldırır. Amma maraqlısı budur ki, artıq hər ad günümün verdiyi mesajları oxumağı bacarıram. Və bu ilin verdiyi mesaj məni o qədər rahatlatdı ki. Qəribə və anlaşılmaz sakitçilik.. Nə üçün olduğunu isə çox gözəl bilirəm. Fərqində olmaq, hisslərin ən gözəlidir :)

Bu ilki devizim:

"ÖZÜNÜ HEÇ NƏYƏ MƏCBUR ETMƏ, İÇİNDƏN NECƏ GƏLİRSƏ İNSANLARA ELƏ DƏ DAVRAN."

* ilk doğum günüm oldu ki şam üfürmədim
* bu il də papa məni təbrik etmədi
* 3 il sonra qar gördüm, oğlum isə ömrü həyatında ilk dəfə qara toxundu )
* bu il doğum günümün soundtracki yoxdur.


Comments

  1. Bloqunuzu ziyarət edincə, mən bu bloqda olmuşam dedim. Bəlkə də mütləq yorum da yazmışam.😊 Yorumunuzu görmək məni o qədər həyəcanlandırdı ki... Bir bilsəniz necə uzun zamandır gözləyirəm azərbaycanlı bir bloqqer yorumu... Həm öz dilimizdə bloq oxumaq necə zövq verir... Ad gününüz gec də olsa mübarək olsun. Məncə hər yeni yaş insana mütləq bir şeylər pıçıldayır, amma çox az adam bunu eşidib, duya bilir. Daha neçə gözəl yaşlarınız olsun inşəAllah.❤

    ReplyDelete
    Replies
    1. Bəli blogumda sizin bir şərhinizi görmüşdüm, elə o şərhlə də blogunuzu ziyarət etmişdim. sonra unutmuşdum necəsə. keçənlərdə həmin postum və sizin şərhiniz yenidən qarşıma çıxdı. Blogunuzu bir daha ziyarət etdim:)
      Təşəkkür edirəm təbrikiniz üçün ^^)

      Delete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

XATİRƏLƏR... XATİRƏLƏR... :)

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami