Posts

Showing posts from January, 2015

DÜNYANIN MƏRKƏZİ...

Image
Parkın yerdəki dairəvi naxışının düz mərkəzində dayanıb ayaqlarına baxdı və əlini tutan əli bərk-bərk sıxaraq başını qaldırıb soruşdu: - Sənin üçün dünyanın mərkəzi haradır? Nəsə düşünüb əyildi və dodaqlarından öpüb ehmalca qucaqladı və sakit səslə pıçıldadı: - Səni öpə bildiyim, səni qucaqlaya bildiyim hər yer mənim üçün dünyanın mərkəzidir. Xoşuna gəldi. Üç addımdan sonra özü dartınıb öpdü. - İndi bura mərkəzdi? Güldü. Başıyla təsdiq elədi. - Hə əlbəttə. Bəs necə!? Onun da xoşu gəlmişdi. Beş addımdan sonra yenə dartınıb öpdü? - Bəs bura? Bura da? - Bura da. Mən dünyamın mərkəzini özümlə apara bilirəm. Sən olan hər yerdi, hər yer.. Artıq dartınıb öpmədi. Bildi çünki addımlarının sayından asılı olmayaraq əl-ələ tutub gəzdikləri, dayandıqları, oturduqları hər yer dünyalarının mərkəzi olacaq. Başını yuxarı qaldırıb qırmızımtıl səmaya baxdı. Yer kürəsini düşündü. Dünyanın mərkəzində idi. Dünya mərk

SİZ DƏ SAKİTLİK AXTARIRSIZ? :)

Image
Keçən 2014-cü ildə həm yeni il, həm də doğum günü hədiyyəsi olaraq nə qədər kitab əldə edən mən, təsəvvür edirsiz bu il bircə kitab olsa belə hədiyyə almadım. Belə də iş olar? :D Bunu nəzərə alaraq, keçən həftənin işdən sonrakı işimin az olduğu bir günündə kitab mağazasına üz tutdum. İçim sakitlik istəyəndə gördüyüm ilk işlədən biri də Nizami muzeyindəki Akademkitabxanada kitabların içində eşələnməkdir. Ona görə də fikrimdə xüsusi bir kitabın olmamasına baxmayaraq, kitabların içində gəzişərək özüm üçün 2 kitab seçdim. Və beləliklə: Ceyn Ostin - Qurur və qərəz Makim Qorki - Uşaqlıq  - 2015-ci ilimin ilk kitabları oldu. Görünən açıq kitab isə Remarkın türkcə oxuduğum "İnsanları sevmelisin" əsəridir və sən demə nə vaxtsa rus versiyasını da alıb kitabxanama qoymuşammış. Ümumiyyətlə Remarkın hansı kitabını görsəm alıram dil fərqi yoxdu. Sevirəm onu, nə edim axı? :) İçimi sakitləşdirmək, yorğunluğu çıxarmaq üçün digər metod, düzəltməyi yeni öyrəndiyim zəncəfil çayıdır

ÜZÜYÜMÜN 27-Cİ QAŞI...

Image
Otağın işıqlarını söndürdülər və üstündə 2-si böyük 7-si balaca, yanyana düzülüb qaranlıq otağı bir azca aydınladan şamlar sancılan tort, şablonların sevilmədiyi bir dövrdə ən sevdiyimiz şablon - "happy birthday" mahnısı sədaları altında qarşıma gəldi.. Mahnını oxuyub qurtardılar və möhkəm əl çaldılar. Mənimsə qabağımda ahəstə titrəyən 27 yazılı şamım. "Ürəyində arzu tut" dedilər, gözümü yumdum, tutdum, günümün 6saat əvvəlini xatırladım. Gözümü açdım və ailəmə, ən sevdiyim yaxınlarıma baxdım və içimdən ancaq bircə arzu keçdi - deməyəcəyəm :D Şamları hüffff eliyib üflədim. Böyüdüm, Sadəcə bir yaş daha. ..və sadəcə məni bu dünyaya gətirən əvəzedilməzimə bir addım daha yaxınlaşdım. Sevinirəm, bu gün başıma gələn hər şey üçün! :) ..və təşəkkür və şükr eləyirəm bu günümə.

XOŞBƏXT OLMAQ ÜÇÜN 20 ADDIM..

Image
Həyatının ən pis anlarında kimsə gəlib sənə xoşbxətlikdən, ona çatmaq üçün 20, 50, lap 100 addımdan danışsa dişinin dibindən çıxan sözləri ona deyib "axı sən nə biləsən!?" kimi kinayəli sualı da üzünə yapışdırıb yola salarsan. İnanmırsız? Az eləməmişəm, bunu.. Amma "zaman hər şeyin dərmanıdır" şablon cümləsini işə salaraq, bu dərmanı təsdiq etmək məcburiyyətindəyəm. Nə edəsən ki, bu doğrudur. Əgər spazmalqon fiziki ağrının dərmanıdırsa, zaman da ağrayan ruhun dərmanıdır. İstifadəsi isə reseptsiz və həkimin məsləhəti olmadandı həm də. Əlimizdən heç nə gəlmir.. Əgər özünü incitmək istəmirsənsə nələrdən hardansa başlamalısan. Biri mənə bir gün bu mövzuda bir şeylər yazacağımı desə sol qaşımı alnımın ortasına qədər qaldırıb tərs tərs baxardım ona. Amma görürsüz, bu gün heç kəsin deməsini belə gözləmədən özüm xoşbəxtlik üçün çalışıram. Axırıncı oxuduğum Anna Qavaldanın "35 kiloqram ümid" kitabında belə bir cümlə elə hey fikrimdə dolaşır artıq neçə gündür: