ÜZÜYÜMÜN 27-Cİ QAŞI...

Otağın işıqlarını söndürdülər və üstündə 2-si böyük 7-si balaca, yanyana düzülüb qaranlıq otağı bir azca aydınladan şamlar sancılan tort, şablonların sevilmədiyi bir dövrdə ən sevdiyimiz şablon - "happy birthday" mahnısı sədaları altında qarşıma gəldi..
Mahnını oxuyub qurtardılar və möhkəm əl çaldılar. Mənimsə qabağımda ahəstə titrəyən 27 yazılı şamım. "Ürəyində arzu tut" dedilər, gözümü yumdum, tutdum, günümün 6saat əvvəlini xatırladım. Gözümü açdım və ailəmə, ən sevdiyim yaxınlarıma baxdım və içimdən ancaq bircə arzu keçdi - deməyəcəyəm :D
Şamları hüffff eliyib üflədim.
Böyüdüm,
Sadəcə bir yaş daha.
..və sadəcə məni bu dünyaya gətirən əvəzedilməzimə bir addım daha yaxınlaşdım.
Sevinirəm, bu gün başıma gələn hər şey üçün! :)
..və təşəkkür və şükr eləyirəm bu günümə.


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)