Posts

Showing posts from May, 2014

ELİF ŞAFAK - "USTAM VE BEN"

Image
Bir balın qəddarlığına tuş gəldikdən sonra özümü kitablarımla sakitləşdirməyə və fikrimi toplamağa çalışdım. Əslində kitabları yarım qoymağı sevmirəm amma baxıram ki artıq bəlkə də beşdən çox yarım qoyduğum kitab var. Əlimdə son yarım qalan kitabdan başladım davam etməyə.. "Ustam ve ben"ə ön söz: Elif Şafakın məndə 4 kitabı var - ikisi hədiyyə, ikisi özüm aldığım. Dörd kitabdan üçünü oxumuşam. Oxumuşam dedim, birini elə bu gün qurtardım. İstanbula səfərim zamanı rəfdən seçdiyim "Ustam ve ben" kitabı olmuşdu və ötən yazımda da qeyd eləmişdim ki, əsərlə olduğum məkan ancaq bu qədər üst-üstə düşə bilərdi. Qatı Elif Şafak pərəstişkarı olmasam da yazdığı əsərləri bəyənirəm. Özünə məxsus tərzi, hadisələrə incə keçidi var sanki yazıçının. Bu da oxucunu maraqda saxlayır.  Əsəri isə belə şərh etdim.. "Ustam ve ben" Osmanlının ən qüdrətli hökmdarlarından olan Sultan Süleymanın dövründən başlayır və varisləri olan Sultan Səlim, Sultan Murada qədər

QARMON İFAÇISI QONŞUMUZ VƏ YA YAĞIŞLA QARMONUN HARMONİYASI

Yaz yay gecələrində məhəllərdə, həyətlərdə, bağlarda nə macəra, nə hadisə desən taparsan, nə əhvalat desən eşidərsən. Bir dəfə ki evin, otaqların pəncərəsi qışın şaxtasını yola salan kimi açır üzünü sərin mehə, isti bürküyə heç yağan leysanlarda belə bağlanmır daha.. və bağlanmayan o pəncərələrdən süzülür evin içinə.. uşaq gülüşləri, yaşlıların domino, nərd tappıltıları, xalaların xısın xısın qibətlərinin pıçıltısı, cavanların gizlin telefon söhbətləri. Bir də bu günkü yağışlı gecədə qarmon ifası.. :) qonşuluqdakı çoxmərtəbəli binanın evlərinin birində bayaqdandır yığıncaq səs küyü, gülüş səsləri, söhbətlər, qarmonun səsi, dəm olan daydayın qarmonun müşayəti ilə ifası qarışıb arxa fonda yağan "şıdırğı" yağışın  və sulu asfaltda o baş bu başa şütüyən maşınların səsinə. Mən də "lyubapıtnı" qonşular kimi qulaqlarımı çəkmirəm ifadan :) həm ləzət eliyir bütün bu eşitdiklərim, həm də məni uzaqlara, xatirələrə aparır.. təkcə baxmaqla, müşahidə ilə deyil, bəzən dinləməklə,

İSTANBUL, NAĞILLAR ŞƏHƏRİ YOXSA BÖYÜK MEQAPOLİS - 04-11/V/2014 -

Image
İstanbul.. arzular şəhəri İstanbul.. haqqında hüzünlü şeirlər yazılan şəhər İstabul.. mədəniyyətlərin, dinlərin kəsişdiyi əsrlərin şəhəri... Uzun müddət gərgin iş periodundan, xəstəlikdən (üstünüzə sağlıq), mənəvi və fiziki çətinliklərdən sonra bir həftəlik başımı da, çamadanımı da götürüb ürəyimin istədiyi, gözlərimin görmək üçün tələsdiyi o şəhərə, İstanbula getdim. Düşündüyümdən bir balaca məhdud keçirtsəm də günlərimi, heç nəyə fikir vermədən İstanbulun o tarixinin, böyüklüyünün, qəribə sirrinin, baş açmadığım, əslində düşündüyümdən və bildiyimdən bir qədər fərqli olan gördüklərimin, dünyanın hər bir bucağından gələn insanların içinə qarışdım. Əslində orda qaldığım müddət ərzində o qədər çox gördüm, müşahidə elədim, öyrəndim ki, amma təbii ki hamısını bura yazıb doldura bimərəm :) həm də İstanbul elə bir yerdi ki, ora çox insanın getməyə əli çatır. Tək fərq ondadı ki, mənim görmək arzusunda olduğum 3 şəhərdən biri idi. Həm də ilk dəfə gedəndə həmişə təəssüratlar d