Posts

Showing posts from August, 2019

J.M.VASCONCELOS "ŞEKER PORTAKALI" VƏ İKİ DƏNƏ QIZIL GÜL

Bu gün Onun doğum günüdür... Yanımızda olsa idi 64cü ilini qeyd edəcəkdik. Yanımda olsa idi onun yaşa dolmağını izləyəcəkdim. Və əminəm ki yanımızda olsa idi çox şey indiki kimi olmayacaqdı... Onu itirdikdən sonra hər il amma hər il düşünürəm görəsən bu il ona nə alardım və artıq 6ci ildir ki ona xəyali hədiyyəmi verirəm. Əlimdə isə iki dənə qızıl güldən başqa heç nə yoxdu. Gül dükanına girib iki dənə gül dedikdə, satıcının cüt alırsız? deyib başa düşərcəsinə gülləri seçməyi qədər aydındır hər şey.. Sən yoxsan mama.. Ürəyimdə qaysaq bağlamayan və həmişə özümü axtarmağımın yeganə və tək səbəbkarı sənsən. Yox sənə səndən şikayət eləmək ya da nə bilim təqsirləndirmək fikrim yoxdur.. sadəcə fiziki olaraq sənə toxuna bilməməyimin acısını daşıyıram içimdə. hər zaman.. Hər il mamanın doğum gününə bir musiqi həsr edirəm, bu il isə bir kitab olsun xatirə. Şeker portakalı olsun.. ordakı Zeze mən olum və mama, səni itirməklə böyüyüm..

AMIN MAALOUF - "AFRİKALI LEO"

Bu kitabı düz 3 ilə bitirdim desəm heç də yanılmaram :) Məsələ onun maraqsız olmağında və ya qəliz yazılmasında deyil. Çox maraqlı və olduqca oxunaqlı kitabdır. Sadəcə bəxtinə 3 il oxumaq yazılıbmış yəqin. Əsərin qəhrəmanı gəzgin olub Granadada doğulub Romada yaşlanıb Tunisə qaıydan Həsən kimi o da Türkiyədən sifariş olunub Amerikada oxunub amma Bakıda bitib. Əsər 14cü əsrdə yaşamış Həsənin uşaqlığından yaşaya yaşaya gördüklərindən, yaşadıqlarından bəhs edir. Maraqlı yazılış dili, məlumatlarla dolu səhifələri, insanı o dövrə, keçmiş əsrlərə aparan hadisələri Maaloufun yazı üslubudur. Çünki onun "Səmərqənd" əsəri də Afrikalı Leo kimi eyni  təəssürat oyatmışdı məndə.  Bir məsələ də var ki, son zamanlar əsərlərin sonluqlarına birmənalı yanaşa bilmirəm. Sanki nələrisə yarımçıq hiss edirəm, sanki əsərin sonluğu gözlədiyim kimi tamamlanmır. Yəni şərt deyil məzmun baxımından mən düşündüyüm kimi bitsin, amma maraqlı əsərlər sadə və ürəksıxıcı sonluqla bitəndə mən birtəhər oluram

FİZİKA VƏ MƏN...

Image
İyul ayımı başqa cür xatırlamıram.. məktəb vaxtı fizikanı yalnız qiymət üçün oxuyan, Şəmiyyə müəlimənin başa saldığı dərsləri başa düşməyib, sadəcə əzbərləyən mən, bu ay fizika oxudum, özdə başa düşərək və istəyərək.. hələ də mütaliələrimə və axtarışlarıma davam edirəm düzü.. Kvant fizikası, hardan necə qarşıma çıxdı bilmirəm. O qədər şeyləri açır ki insanın qarşısında onun ola da bilər və olmaya da bilərləri məni özünə maqnit kimi çəkir. Frekansım onda cəmlənir. Alfa dalğama keçirəm və bu qəbildən daha neçə sözlər.  İyul ayında yenə özümü axtarışla məşğul oldum, amma digər aylara baxanda əldə etdiyim bir şey var. Axtarışın xəritəsini çəkdim.. bəli, artıq bilirəm səbəbim nədir, fərqindəyəm və bu məni qismən rahatladır. İyul ayımı necə keçirtdim sualını qısaca aşağıdakı kimi cavablandıracağam: ..tamamilə zamanımı işə bir də evə sərf etmişəm. ..ondan sonra isə kvant məlumatlarına :) ..ailəmlə maraqlı zaman keçirmişəm, Lahıca getmişəm və Amerikadan qayıdandan