AMIN MAALOUF - "AFRİKALI LEO"

Bu kitabı düz 3 ilə bitirdim desəm heç də yanılmaram :) Məsələ onun maraqsız olmağında və ya qəliz yazılmasında deyil. Çox maraqlı və olduqca oxunaqlı kitabdır. Sadəcə bəxtinə 3 il oxumaq yazılıbmış yəqin. Əsərin qəhrəmanı gəzgin olub Granadada doğulub Romada yaşlanıb Tunisə qaıydan Həsən kimi o da Türkiyədən sifariş olunub Amerikada oxunub amma Bakıda bitib.

Əsər 14cü əsrdə yaşamış Həsənin uşaqlığından yaşaya yaşaya gördüklərindən, yaşadıqlarından bəhs edir. Maraqlı yazılış dili, məlumatlarla dolu səhifələri, insanı o dövrə, keçmiş əsrlərə aparan hadisələri Maaloufun yazı üslubudur. Çünki onun "Səmərqənd" əsəri də Afrikalı Leo kimi eyni  təəssürat oyatmışdı məndə.

 Bir məsələ də var ki, son zamanlar əsərlərin sonluqlarına birmənalı yanaşa bilmirəm. Sanki nələrisə yarımçıq hiss edirəm, sanki əsərin sonluğu gözlədiyim kimi tamamlanmır. Yəni şərt deyil məzmun baxımından mən düşündüyüm kimi bitsin, amma maraqlı əsərlər sadə və ürəksıxıcı sonluqla bitəndə mən birtəhər oluram. Sonuncu dəfə Elif Şafakın Havvanın üç kızı əsəri sanki çox bəsit bitmişdi. Bəsit dedikdə tez bitsin xatirinə sanki bitirmişdi yazıçı. Leoda da gözlədiyimdən ürəksıxıcı gəldi sonluğu. Axır 20 səhifə ümumiyyətlə darıxdırıcı idi bir az.  Amma şərq tarixi və şərq fəlsəsini, islamın keçmiş dövrlərdə insan həyatına təsirinibaşa düşmək üçün mükəmməl əsərdir "Afrikalı Leo".

Növbəti kitabım isə yeni aldığım kitablardan biridir. :)

Xoş qiraətlər!

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

XATİRƏLƏR... XATİRƏLƏR... :)

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami