J.M.VASCONCELOS "ŞEKER PORTAKALI" VƏ İKİ DƏNƏ QIZIL GÜL

Bu gün Onun doğum günüdür...

Yanımızda olsa idi 64cü ilini qeyd edəcəkdik. Yanımda olsa idi onun yaşa dolmağını izləyəcəkdim. Və əminəm ki yanımızda olsa idi çox şey indiki kimi olmayacaqdı... Onu itirdikdən sonra hər il amma hər il düşünürəm görəsən bu il ona nə alardım və artıq 6ci ildir ki ona xəyali hədiyyəmi verirəm. Əlimdə isə iki dənə qızıl güldən başqa heç nə yoxdu. Gül dükanına girib iki dənə gül dedikdə, satıcının cüt alırsız? deyib başa düşərcəsinə gülləri seçməyi qədər aydındır hər şey..

Sən yoxsan mama.. Ürəyimdə qaysaq bağlamayan və həmişə özümü axtarmağımın yeganə və tək səbəbkarı sənsən. Yox sənə səndən şikayət eləmək ya da nə bilim təqsirləndirmək fikrim yoxdur.. sadəcə fiziki olaraq sənə toxuna bilməməyimin acısını daşıyıram içimdə. hər zaman..

Hər il mamanın doğum gününə bir musiqi həsr edirəm, bu il isə bir kitab olsun xatirə. Şeker portakalı olsun.. ordakı Zeze mən olum və mama, səni itirməklə böyüyüm..

Comments

  1. Atam getdiyi gün böyümüşdüm mən də... Bir gecədə bütün uşaqlığım, şıltaqlığım da kəfənə bürünüb atam ilə endi məzara... Bunu sadəcə yaşayan anlayır. 58 yaşında itirdik biz də. Və dünən yaşasaydı 60 illik yubileyini qeyd edəcəkdik, təmtəraqlı bir gün olacaqdı. İndi isə sadəcə onsuz, həsrət dolu keçən ömrə əlavə olunan adi bir gün oldu... Həyatın dəyişməyən qanunu... Bizə sadəcə səbir etmək düşür... Allah səbir versin...

    ReplyDelete
    Replies
    1. İnsanın yaşının üstünə yaş gəldikcə böyümür ki. Yaşadıqları, hiss etdikləri ilə, itkiləri, qazandıqları ilə böyüyür və dəyişir.
      Unutmayacağımız əsas məsələ odur ki, onlar hər zaman bizimlədirlər, ürəyimizdə. Bizə bizim qədər yaxın. İnanın ki zaman keçdikcə, səbr insana lazım olmur. Səbr başqa bir hisslə əvəz olur.

      Delete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)