Posts

Showing posts with the label motivasiya

HƏR AY BİR AZ..

Image
Bəzən insan bir ay ərzində nə elədiyini düşünür. Nəinki bir ay, başımızı balışa qoyanda gecələr belə bu hesabatı öz özümüzə veririk. Mən isə son illərimə baxsam elə də vau deyə biləcəyim şeylər etməmişəm, bu bir kənara hətta əvvəllər özüm üçün rutin halına saldığım vərdişləri belə yadırğamışam. Hər gün eyni şablon şeyləri yaşamış, öz həyatıma xüsusi diqqət ayırmamışam. Səbəbini desəm əslində günahkar özüm, özümün təmbəlliyim və ya dəyişimi doğru qəbul edə bilməməyim olub ona görə də susmağı üstün tuturam niyəsini düşünəndə. Susuram deyəndə iç səsim bilir sadəcə yazmaq istəmirəm.. Amma istədiyim başqa şeydir, məsələn istəyirəm yanvarın bu sonuncu gecəsi 31 günə sığışdıra bildiklərimdən danışım bir az. Bu ay mənim üçün o qədər sakit və harmoniya içində keçib ki, hər şeydən əvvəl bunun üçün şükr edir və minnətdarlıq duyuram. Yeni il və ad günüm haqqında uzun uzadı yazmışam :) ondan sonra isə yeni başlanğıclar etmişəm. İndi isə günlərimi vərəqləyərək yenidən yanvarın əvvəlinə qayıdır

YENƏ YENİDƏN..

Image
Yenidən blogumda yaza biləcəyim mövzular tapmağıma çox sevinirəm. Deməli, bunun üçün nələrdənsə başlamaq, nəyinsə ucundan tutmaq lazım imiş. Yazılarıma qayıtmazdan əvvəl yarım qoyduğum kitablarımı bitirməyi özümə söz vermişdim əslində. Və ona görə də başladım oktyabrda yarım qoyduğum Hakan Mengüçün "Ben ney'im" kitabından, keçdim yayda yarımladığım Maksim Qorkinin "Uşaqlıq" romanına. Sonra da əlimə İvan Turgenevin "Atalar və oğullar" kitabını götürdüm və yeni ilimə o kitabla daxil oldum. Bundan əlavə, 2018də uşaq pedaqogikası ilə bağlı Adem Güneşin də iki ayrı kitabını oxumuşam. • Hakan Mengüçün kitabı sırf özünü inkişaf, motivasiyaya sufi tərəfdən yanaşmadan bəhs edən özünüdərk kitabı idi və nə yalan deyim ki müsbət təsirlərini hiss etdim. Bu o deməkdir ki, insan istər istəməz zaman zaman bu tip kitablara müraciət etməyə ehtiyac duyur, yaşı nə olur olsun. • Maksim Qorkini qeyd etdiyim kimi, yayda əlimə almışdım. Amma yarım qalmışdı nəs

UĞUR ƏLDƏ ETMƏYİN SADƏ ÜSULLARI

Hər bir insanın özünə xas vərdişləri var və bu olduqca təbii haldır. Sadəcə olaraq, insanların seçimlərindən asılı olaraq bu vərdişlər onları uğurun zirvələrinə və yaxud da əksinə, olduğu vəziyyətdən daha aşağılara apara bilər. Bəzi uğur qazananlar isə, uğurun xırda nüanslarını vərdiş etmədikləri üçün, qısa zaman ərzində əldə etdikləri bütün nailiyyətlər əllərindən uçub gedir. Bəs uğur nədir? Uğurlu insanlar özlərində nələri vərdiş edirlər? Ümumiyyətlə daimi uğurun sirri nədədir? Bəlkə bu heç elə də çətin bir şey deyil. Sadəcə bir neçə vərdişləri qazanmaqla biz uğur yoluna ilk addımımızı ata bilərik. Gəlin bir neçə vərdişlərə göz ataq, onlardan hansıları özümüzdə formalaşdıra biləcəyimizi götür-qoy edək. 1. Uğurlu insanlar heç zaman geri çəkilmirlər. Onlar yıxıla bilərlər, ancaq həmişə ayağa qalxıb öz arzularının arxasınca gedəcəklər. Transandantalizmin ən önəmli təmsilçilərindən biri olan amerikan yazıçısı və mütəfəkkiri Ralf Valdo Emerson bu barədə belə deyir: &

AZ ZAMAN ÇOX İŞ...

Demək olar ki, hər birimiz zamanın azlığından şikayət edirik. "Vaxt çatdırmıram", "vaxtım yoxdur", "vaxt uçur" kimi frazalar da bizə çox tanışdır. Şagirdlərdən tutmuş iş adamlarına kimi hamı bir ağızdan bu cümlələri ən azı gündə 2-3 dəfə işlədir. 24 saatın 8-10 saatını yuxuya sərf etsək, vaxt çatdırmadığımızı dediyimiz amma görülməsi vacib olan işlərə vaxt çatdırmamağımız, həqiqətənmi zamanın azlığıdır, yoxsa bizim onu düzgün bölüşdürə bilməməyimizdir? Bu mövzuya müraciət etməyimin əsas səbəbi, özümün də zaman-zaman vaxt qıtlığından şikayət etməyimdir. Düşünürəm ki, hər şeyə vaxt çatdırmaq üçün vaxtın düzgün bölüşdürülməsi əsas məsələlərdən biridir. Amma bunu hamı bacarmır. Bəs nə etməli?  Nədir bizim vaxtımızı alan? Bəlkə faydasız işlər, normaya düşməyən fəaliyyət, ya astagəllik? Gəlin kiçik hesablama edək :) Hər şeydən əvvəl sizin vaxtınızı "yeyən" fəaliyyətlətlərinizi bir yerə qeyd edin. O fəaliyyətlər ki, həyatınıza fay