HƏR AY BİR AZ..

Bəzən insan bir ay ərzində nə elədiyini düşünür. Nəinki bir ay, başımızı balışa qoyanda gecələr belə bu hesabatı öz özümüzə veririk. Mən isə son illərimə baxsam elə də vau deyə biləcəyim şeylər etməmişəm, bu bir kənara hətta əvvəllər özüm üçün rutin halına saldığım vərdişləri belə yadırğamışam. Hər gün eyni şablon şeyləri yaşamış, öz həyatıma xüsusi diqqət ayırmamışam. Səbəbini desəm əslində günahkar özüm, özümün təmbəlliyim və ya dəyişimi doğru qəbul edə bilməməyim olub ona görə də susmağı üstün tuturam niyəsini düşünəndə. Susuram deyəndə iç səsim bilir sadəcə yazmaq istəmirəm.. Amma istədiyim başqa şeydir, məsələn istəyirəm yanvarın bu sonuncu gecəsi 31 günə sığışdıra bildiklərimdən danışım bir az.

Bu ay mənim üçün o qədər sakit və harmoniya içində keçib ki, hər şeydən əvvəl bunun üçün şükr edir və minnətdarlıq duyuram. Yeni il və ad günüm haqqında uzun uzadı yazmışam :) ondan sonra isə yeni başlanğıclar etmişəm. İndi isə günlərimi vərəqləyərək yenidən yanvarın əvvəlinə qayıdır və bu ay əldə etdiklərimi bir də xatırlayıram:

  • 31 yaşıma tam istədiyim kimi daxil oldum

  • Oğlumu bağçaya qoydum


  • Üç kitab bitirdim
  • Bir kitab aldım
  • Meditasiyaya başladım
  • Evləri ürəyim istəyən kimi yığışdırdım :D
  • Uşaq jileti toxumağı öyrəndim

  • Həyatıma dair yeni qərarlar aldım
  • Neçə vaxt idi istədiyim toyuq katletini bişirib yedim

  • Ailə problemlərindən, məsələlərdən, başıma gəlməyən amma müşahidəçisi olduğum hadisələrdən dərs çıxardım
  • 2-4 yaşlı uşaqların inkişafına dair master klassa qoşuldum

  • Həyata minnətdar olmağı bacardım
  • Bu günümə şükr etməyin vacibliyini dərk etdim
  • Keçən günlərimlə barışdım
  • Antidepressantı qəbul etməkdən imtina etdim
  • Daha mehriban oldum
  • Qınımdan çıxmağı bacardım
  • ...və əvvəlki mənə çatmaq üçün var gücümlə çalışıram :)

..fevrala sevgilərlə❤

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)