HƏYATIN 31 ANI...

Yaşımın üstünə yaş gəldikcə düşündüklərimizi, hiss etdiklərimizi yaşadığımıza daha çox inanmağa başlayıram. Bura kvant fizikası, atom enerji məsələləri də daxildir amma mən o tərəflərini bilmirəm, o qədər dərinlikləri ilə maraqlanmamışam. Sadəcə, ürəyimizdəkindən, beynimizdəkindən, şüuraltımızdan, ümumiyyətlə bütün var qüvvə ilə, ən xırda hisslərimizlə hiss etdiklərimizdən gedir söhbət.. Elə bu zaman da düşünürəm bu təsadüf olur, yoxsa onu öz düşüncəmizlə həyatımıza çağırmış oluruq?
Bəli, rəsmi surətdə bu gün 30lara vəsiqə qazandım mən. Qadının ən gözəl ili hesab olunurmuş 30lar. Keçən ilim daxili aləmimlə çətin idi, bu ilim keçən ilki bütün çətinliklərimi vurub yıxacaq, əminəm buna. İndi isə günümdən 31 anı paylaşmaq istəyirəm :) o anlar ki, illər sonra mənə xatırladacaq bu günümü..

1. hər zaman saat 9da yatan, bu gün isə sanki doğum günüm olduğunu hiss etdiyi üçün 12dən sonra yatan oğlum
2. məni düz 00:00 da birinci təbrik edən əzizciyəzim Mələk
3. səhər öz əlləri ilə elə öz dili ilə desək mənə "korolevski zavtrak" hazırlayan həyat yoldaşım
4. mətbəx stolundan yıxılan və məni çox qorxuzan oğlum
5. uzun zaman sonra ilk dəfədən uğurlu alınan gözümə çəkdiyim karandaş :D
6. əvvəlcə qırmızı kofta geyinməyi qərara aldığım və son anda fikrimi dəyişib don geyindiyim üçüb heç nə ilə  uyğun gəlməyən qırmızı dırnaq boyalarım
7. yolda gedərkən 3-4 il əvvəl doğum günümün soundtracki olan Avicinin "wake me up" mahnısı. Bu bir işarə idi ;)
8. gecikdiyimiz üçün qısa yoldan getmək istəyərkən yolu uzadıb yenidən bizi gəldiyimiz yerə qaytaran yol
9. tələbəlik illərimdən çox çox sevdiyim Pinhani konsertinə tələsən mən
10. tələsməyimin əvəzində düz 20 dəqiqə yolunu gözlədiyim bacım
11. günün ilk hədiyyəsini verən bacım
12. bacımın iş yoldaşlarından birinin də ad günü olan o eynəkli qız
13. yenidən əkiz deyiləcək qədər bir birimizə bənzədilən biz
14. geyimimdən, görünüşümdən, ətrafımdakılardan, olduğum yerdən həzz aldığım rahatlıq
15. 5 manata yediyim deyəsən ən bahalı hotdog :D 
16. əllərimiz havada, sərbəstcəsinə oynayan mən, sanki pas atmış, kiflənmiş ruhumu təmizləyirəm, belə hiss edirəm. və səhnədə Pinhani
17. sevdiyimiz və hər kəlməsini, hər notunu əzbər bildiyimiz səbirsizliklə gözlədiyimiz mahnılar
18. konsertdə gördüyüm illər əvvəl danbonu mənə sevdirən, blogundakı yazıları maraqla oxuduğum indi isə fəaliyyət göstərməyən cartoon'dan evlər blogunun yazarı
19. səbəbsiz içkidən imtina edən mən :D
20. Pinahi oxudu "..içinden geleni söyle, kalırsaaa yazık oluuurrr..." və zaldakı o qışqırıq
21. çığıra çığıra oxuyub, oynadığımız hele bi gel, bir anda, ne güzel güldün, beni al, yalnız kaldıysan - mahnıları
22. yorulmadan ayaqüstə oynayaraq keçirdiyim 2 saat
23. konsert bitdi son 15 dəq saat 09:45 dj, sönüb yanan işıqlar 
24. konsert zamanı müşahidə etdiyim və məni çox sevindirən hal - oğlanların olduqca mədəni olması və artıq keçmiş illərə baxanda nisbətən sivil bir ölkədə yaşadığımızı hiss etməyim 
25. saat 11:00 sifariş verdiyimiz suşilər
26. miso sup və Bakıda yediyim ən dadlı suşi rollar - Yuka
27. həyat yoldaşımla rahat baş başa qala bildiyimiz saatlar və söhbətimiz, gələcəyə dair planlarımızın müzakirəsi, keçən günlərimizin xatirələri 
28. saat 12ə işləmiş suşi yeməyə gələn cütlük :D
29. restoran çıxışı donduğum o dəqiqələr
30. saat 11:58 balam qucumdadır və günüm bitdi. ❤
31. ...və nə qədər gözləsəm də atam zəng edib doğum günümü təbrik etmədi, heç bilmirəm niyə. :) 

Bu ilki devizim:
"HƏYATINI, YAŞAM TƏRZİNİ, ƏTRAFINI DƏYİŞMƏK İSTƏYİRSƏNSƏ BİRİNCİ ÖZÜNDƏN, DAXİLİNDƏN BAŞLAMALISAN"

Bu ilimin soundtracki də elə Pinhanidən gəlsin :)



Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)