Posts

Showing posts from September, 2016

UZAQLARDA...

..burada ulduzlar daha uzaqdır, az parlaqdır, xıpxırdadır ..burada yağışlar daha narındır, duyğusuzdur, sadəcə yağışdır ..burada dəniz daha təmizdir, sahili daşlıqdır, suyu dumdurudur, masmavidir ..burada payız daha şəndir, ağaclar hər dondadır, yarparqlar rəngarəngdir ..burada gecələr daha səssizdir, insansızdır, kimsəsizdir, küçələr qorxuludur ..burada evsizlər daha evsizdir, bütün evləri bir çamadandır, yataqları daş yerlərdir ..burada körpələr daha xoşbəxtdir, insanlar kədərsizdir, simalar qayğısızdır ..burada həyat daha asandır, çarələr tükənməzdir, imkan qapıları apaçıqdır ..burada evlər daha sadədir, hasarsızdır, mərmərsiz, aqlaysızdır ..burada çörək daha dadsızdır, doyumsuzdur, ətirsizdir, "nənəsizdir" ..burada həsrətim daha çoxdur .burada uzaqlarda...

KİTABSIZ AYLAR...

Salam Qədirzadə Asifin Sevdasız qaldığı aylardan bəhs etdiyi kimi, mən də kitabsız keçirdiyim aylardan danışmağa başlayımmı, başlamayımmı heç bilmirəm.. demək olar ki artıq bir aya yaxındır ki, ölkədən kənardayam və bunun nə qədər davam edəcəyi haqqında heç bir fikrim yoxdur. Türküdə deyildiyi kimi uzun ince bir yoldayız.. Bir gün mütləq Amerikaya səfərim barədə ətraflı yazı yazacağam, çətinliklər, keçirdiyim həyəcan, prosedurlar və s. hamısı ayrıca bir mövzudur və inanıram ki,gələcəkdə kimlərəsə mütləq lazım olacaq. Çünki,mən özüm də gəlməmişdən əvvəl onlarla blog və məqalələr oxuyub, insanlarla əlaqə saxlamışdım. Amma bu gün, sevdiyim və təəssüf ki uzaq düşdüyüm kitabları yada salmaq istəyirəm. Bakıda olduğum müddət ərzində Yasunari Kavabatanın "Min durna" əsərini oxuyurdum. Yarımçıq qoymamaq üçün onu əl çantama atdım. Və yolum Bakumoz tərəfdən düşəndə qalxıb bir iki kitab almaq istədim yol üçün. Gözümə ilk dəyən Nik Vuyçiçin "Hüdudsuz" kitabı oldu. Nazik ol