Posts

Showing posts from May, 2011

KITAB BAYRAMI...

Bu gün Flarmoniyanın bağında kitab bayramı olacaq... İşdə pəncərədən baxıram xeyli adam axışır ora, bu sevindirici haldi. :) Hələki özüm getməmişəm. Fikrim var "obedde" gedib baxım. Maraqlı olacağ yəqin ki.. Kitaba marağın artması bir kitabsevər kimi məni də sevindirir.. Bu günün davamı olacaq... saat 11:34 Kitab bayramına yorğun olmağıma baxmayaraq getdim. Həm də böyük məmnuniyyətlə.. Sözsüz ki, həmişə narazı olan azərbaycan xalıq burda da bəzi narazıçılıq tapmağa səbəb tapmışdı, amma onsuzda həyatda heç nə həmişə mükəmməl olmur və o cümlədən buna uyğun olaraq, zövqlər müztəlifdi prinsipini irəli sürürəm. Şəxsən mən bəyənənlər sırasındayam.. Həmin gün özümə iki kitab aldım P. Koelio "On bir dəqiqə", Xalid Huseyni "Çərpələng uçuran".. Və bu məni çox xoşbəxt elədi. Bilmirəm.. Ümumiyyətlə kitab almaq məni həmişə çox xoşbəxt eliyir. Yaxşı ki, həmin günün davamında mən şəxsi kitabxanamı daha 2 kitabla artırmağı bacardım :) 29.05.11, saat 23:22

OK...

Image
İşlətdiyimiz OK sözü nə deməkdir? OK — amerika ifadəsidir, “hər şey yaxşıdır, hər şey qaydasındadır” mənasını bildirir. Artıq internasional söz hesab olunur və demək olar ki, bütün dövlətlərdə bu kəlmə hədsiz dərəcədə çox işlənilir. Global Language Monitor (GLM) Assosiyasının müşahidələrinə görə OK planetdə ən çox yayılmış və hamının qəbul etdiyi sözdür. Hər gün işlətdiyimiz bu söz hardan meydana gəlib? Mənası nədir? O.K. ― Amerika Birləşmiş Ştatlarının 8-ci prezidenti olmuş Martin Van Byurenin ləqəbi olub. Old Kinderhook — onun doğulduğu holland qəsəbəsi bu cür adlanırdı. Prezident bu bənzəri olmayan adı özünə təxəllüs seçdi. Seçki öncəsi nyu-yorklu demokratlar belə bir reklam sloqanı hazırladılar: “Old Kinderhook is O.K”. Seçkilərdə dəstək məqsədiylə Martin “The OK Club” adlı siyası qrup yaradır. “OK” daim dildə fırlanmağa başladı. Bu sözün anadan olma tarixi 1839-cu il 22 mart hesab olunur. Amma ilk dəfə 1938-ci ildə boston qəzetlərinin birində işlədilib. Hazırda O.K kəlməsini

PROBELSİZ YAZI...

Image
Bugünyenibirşeykəşfeləməkistədimözlüyümdə... Probelsizyazılar.. Maraqlıdıdeyilmi? Görəsənnəqədərinsanınhövsələsiçatarbuyazınıoxumağa!? Əslindəbunueləməkdəməqsədiminnəolduğunudatamdərkeləmirəm.. Fasiləsizhəyataxtarışımı!? Xoşbəxliyəyabədbəxliyəmiaravermədənyaşamağaişarəmi!? Bilmirəm.. Ammabunueləməkistədim.. Yazmaqüçünmənəruhverənyenimusiqitapmışamhansikidinlədikcəsözlərözlüyündəndüzülürardarda ..vəmusiqidəkinotlarvəsözlərdəbuyazıkimiaramsızdüzülürbirbirninardınca.. Oyadırsankiyatmışruhumuruhumdakıfikirləriməndəkimənisevgimisevgimindərinliyindəyatanammaoyaqolanhissləri.. Maraqlıyazıalınırmıyoxsaeləənadidənadidi!? Birbirinəheçvaxtbirləşməyəcəkyazılarısözbirləşmələrinivəsözləribirbirinəqovuşdurmaqladüşünürəm.Düşünürəmkiəslindəheçsözlərindəbirləşibbirləşməməkistəklərininolubolmadığınıda bilmirəm.. Mənçoxşeyibilmirəmonsuzda.. Bilmədikcəbatiramcüzibildikləriminiçində.. Bumənəhərdənrahatlıqhərdəntufanınburulğanınadüşmüşgəmikimiqorxugətirir.. Sonranəyazımprobelsizyazımda!? Birgünmütləqvacibbir

TÖKSÜN LEYSAN GÜLLƏRİM...

Image
Bu gün nəhayət ki 2 illik aradan sonra güllərimi ezizləyib onlara yenidən qayğı göstərdim.. :) əvvəllər elədiyim kimi... Uzaq qalma səbəbim birinci nəsə depressiv halım, ondan sonra isə getdikcə solan güllərimə baxıb ürəyimcə qulluq olunmadığını görmək oldu.. və beləcə unuduldular sanki mənimçün.. Amma vaxt var idi mən onlarla nəfəs alırdım demək olar ki. Onları səliqə ilə əkib sonra qulluqlarında durmaq böyük zövq idi mənə... itən həvəsimi yenidən bərpa eləmək 2 ilə başa gəldi mənə.. Amma mən çox sevinirəm. Bu iki ildə olduqca çox güllər soldu.. 4 dipçək fərqli və eyni güllər tamam solub məhv oldular.. İndi yeni bir qərar aldım. Deyirlər ki, gülü oğurlayanda başqalarında yaxçı böyüyür :) mən də "gül oğrusu" olmaq qərarına gəldim. Bu axı mənim keçmiş peşəmdi. Bibinin bağından azmı gül oğurlamişam (: ...gülləri yuyarkən bugün, mənə ən çox tesir eliyən balkonun ən küncündə baxımsızlıqdan rəngi bozaran, ətrafını toz bağlayan, susuzkluqdan torpağı cadar-cadar olan kaktusa bənz

MƏNA ÜÇÜN YAZMADIM...

Nə yazdığımı, nə yazacağımı bilmirəm... Pəncərədən dəhşətli şimşəyin işığı, yağışın çığırtısı, torpağın ətri gəlir.. yağışlar da pıçıldamır artıq.. deyəsən mənasınımı itirir. Əslində heç nə istəmirəm.. nə fikirlərimi bölüşüm kimləsə, nə nəyisə müqayisə eliyim.. özüm olmaq istiyirəm.. öz dünyamı gizləmək.. gizləmək.. orda gizlənmək.. gizlənmək.. amma gizlənə bilmirəm.. bu dünyadakı yoxluğum tez hiss olunur və utopyamdan vaxtsız qayıdıram.. Tələblər.. düşüncələr içində boğulan ruhum düşüncəsizliyə susamış kimi düşünməməyi düşünür və hər dəfəsində uduzur... Barmaqlar klaviaturada var gəl eliyir.. qulaq eşidir həzin musiqinin ritmini.. pianoda çalırmış kimi rəqs edir əllərim.. fikrim haradadi bəs? ...danışmayacağam bu haqqda. bəlkə də susacağam.. Mənasız yazı.. heroqliflər düzülür bir birnin ardınca.. nəsə yaranır, oxuyursan başa düşürsən amma... amma oxuyanlar məna axtaracaq.. tapmayanda mənasiz yazı adlandıracaq.. ...hara qədər uzanacaqsan sən yazi? susaq bəlkə? (00:30) ...yazıya bir iki

RUHLARIN SÖHBƏTİ...

Image
Şah İsmayıl Xətai və Yavuz Sultan Səlim Şah İsmayıl – Hə, Bəyazid oğlu, nə oldu, dünyanı fəth edə bildinmi ? Sultan Səlim – Hər halda səltənətimin hüdudlarını Misirin sərhədlərinə kimi genişləndirdim. Şah İsmayıl – Bunun şəxsən sənə nə xeyri oldu ? Səfasını görə bildinmi ?

2012 - EUROPE İN BAKU

Image
Nə deyim... Əslində deməli cox söz var, amma mən susmağı üstün tutram... Çünki yalnız susanda, yalnız onda sevinə bilirəm.. Bir onu deyim ki Azərbaycanın 1-ci yeri qazanması, nəinki məni, təbii olaraq bütün Azərbaycan xalqını sevindirdi.. Həttə bu cür verlişlərlə maraqlanmayan atamı belə :) Bakı 2012-də bütün Avropa üçün qapılarını açacaq.. Hamının ürəyində olan o qələbəni qazanmağ ümidi ilə... İNŞALLAH...

EVLƏRİ KÖNDƏLƏN YAR...

Image
Bayaqdan nese yazmaq isteyirem.... Belke 5 defe ayri ayri movzularda klavyatura barmaqlarimin nezareti altinda idi.. sonra ise backspace duymesi.. Qeribedi.. adliq ise eyni qalir "Evleri kondelen yar".. Deyim ki bu tamawani sevirem? .. deyil, deyim ki evleri kondelendi? hec onu da bilmirem, evlerinin yanindan bele kecmemiwem.. Amma bu bawligi beyendim nese :) ..yazmaga bawlayarkan bayirda da yagiw bawladi.. Hami yaz yagiwini sevir, menim de eqom bawlayir ona gore bu aralar.. Yagiw yaganda agaclarda teze lecek acan gullere yazigim gelir, cunki yagiwin altinda ezildiklerini duwunurem.. ezildiklerini.. neceki bezilerimiz kimlerinse istekleri, arzulari, telebleri altinda ezilirik.. amma bu ezilmeler goresen o ezilmelerdendimi?... bunu bilmirem.. Yeni sehife acmaq ucun nelerdense bawlamaq lazim gelir.. nelerdense imtina.. belke de ele sevdiyinin kondelen evine baxmaq ucun lap yaxinligindan kecmekle bawlaya bilersen... Indi ise derse gecikirem... Belke de coxunuz bu yazima gulecek

SƏNDƏN SONRA...

Image
səndən sonra, bir sənsizlik doğulacaq. sənsizliyim bir yaşına, üç yaşına, yüz yaşına dolacaq. həyatda sənsizlik əlimdən tutacaq, gözümə baxacaq. güllər, çiçəklər, ağaclar sənsiz qalacaq. tanrım hər şeyi əlimdən alacaq. səndən sonra tənhalıq başalayacaq, mənə yaxın olacaq heç nə əvəzedilməz deyil. sənin də yerini sənsizlik tutacaq. Cəlil Cavanşir

ТЫ....

Image
Опять я рушу жизнь Опять я слышу боль Опять кричат тоской Больные веры Ты разменяла все Ты проиграла роль Ушла оставив яд измены Ушла оставив яд И кто виноват Ты, разрушила мечты Камень с высоты С тобою падаем На землю вместе мы Не спасли любви И тают две звезды Не гореть на небе Вместе слышишь ты Крылья протяни И дай себя спасти И дай себя спасти И нету больше сил Играть пустую роль Закрыт театр И ушли актеры Но даже в тишине Я слышу голос твой Забыть тебя смогу не скоро Забыть тебя бы рад И кто виноват!!?....

SEVGI AXTARIŞINDA...

Image
... Bir pasiyentimlə söhbətim heç yadımdan çıxmaz. O,sevgini görmüşdü. Daha doğrusu, realda deyil, yuxusunda... -Buyurun,danışın... O, təxminən mənlə həmyaşıd olardı. Şabalıdı saçlarını yana yığmış, tez-tez əli ilə üzünə tökülən tellərini arxaya itələyirdi. həyəcanlı görünürdü. tez-tez gözlərini qaçırırdı. -Heç bilmirəm. necə başlayım...-udqundu. -Hardan istəsəniz Oradan başlayın. Rahat olun. Ikimizdən başqa heç km yoxdur otaqda. Istədiyiniz yerdən başlayın. -Mən sevə bilmirəm. çox istəyirəm sevmək,ama alınmır. -İndiki gənclərin əksəriyyətinin problemi budur. Narahat olmayın. Siz bu barədə tək deyilsiniz. Əzəldən sevə bilmirsiniz,yoxsa hər hansı xoşagəlməz təcrübədən sonra sizdə bu problem yarandı? -Əslində heç özüm də bilmirəm. -Əzəldən sevdiyiniz insan olmayıb,yoxsa olub və indi qorxursunuz yeni bir münasibətə başlamağa... -Əslində ünsiyyətdə olduğum insanlar olub, tam “mən bu insanı sevirəm” deyə düşünərkən, onun yalanlarının və xəyanəti