KITAB BAYRAMI...

Bu gün Flarmoniyanın bağında kitab bayramı olacaq... İşdə pəncərədən baxıram xeyli adam axışır ora, bu sevindirici haldi. :) Hələki özüm getməmişəm. Fikrim var "obedde" gedib baxım. Maraqlı olacağ yəqin ki.. Kitaba marağın artması bir kitabsevər kimi məni də sevindirir.. Bu günün davamı olacaq...

saat 11:34


Kitab bayramına yorğun olmağıma baxmayaraq getdim. Həm də böyük məmnuniyyətlə.. Sözsüz ki, həmişə narazı olan azərbaycan xalıq burda da bəzi narazıçılıq tapmağa səbəb tapmışdı, amma onsuzda həyatda heç nə həmişə mükəmməl olmur və o cümlədən buna uyğun olaraq, zövqlər müztəlifdi prinsipini irəli sürürəm. Şəxsən mən bəyənənlər sırasındayam.. Həmin gün özümə iki kitab aldım P. Koelio "On bir dəqiqə", Xalid Huseyni "Çərpələng uçuran".. Və bu məni çox xoşbəxt elədi. Bilmirəm.. Ümumiyyətlə kitab almaq məni həmişə çox xoşbəxt eliyir. Yaxşı ki, həmin günün davamında mən şəxsi kitabxanamı daha 2 kitabla artırmağı bacardım :)

29.05.11, saat 23:22


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)