MƏNA ÜÇÜN YAZMADIM...

Nə yazdığımı, nə yazacağımı bilmirəm... Pəncərədən dəhşətli şimşəyin işığı, yağışın çığırtısı, torpağın ətri gəlir.. yağışlar da pıçıldamır artıq.. deyəsən mənasınımı itirir. Əslində heç nə istəmirəm.. nə fikirlərimi bölüşüm kimləsə, nə nəyisə müqayisə eliyim.. özüm olmaq istiyirəm.. öz dünyamı gizləmək.. gizləmək.. orda gizlənmək.. gizlənmək.. amma gizlənə bilmirəm.. bu dünyadakı yoxluğum tez hiss olunur və utopyamdan vaxtsız qayıdıram.. Tələblər.. düşüncələr içində boğulan ruhum düşüncəsizliyə susamış kimi düşünməməyi düşünür və hər dəfəsində uduzur...
Barmaqlar klaviaturada var gəl eliyir.. qulaq eşidir həzin musiqinin ritmini.. pianoda çalırmış kimi rəqs edir əllərim.. fikrim haradadi bəs? ...danışmayacağam bu haqqda. bəlkə də susacağam..
Mənasız yazı.. heroqliflər düzülür bir birnin ardınca.. nəsə yaranır, oxuyursan başa düşürsən amma... amma oxuyanlar məna axtaracaq.. tapmayanda mənasiz yazı adlandıracaq..
...hara qədər uzanacaqsan sən yazi? susaq bəlkə? (00:30)
...yazıya bir iki orfoqrafik düzəliş (00:35)
...gecənin dərinliyindən yad gülüş səsləri (00:37)
...mənalı mənasız etrafları oxudum ümumdünya hörmçək torunda (00:41)
...telefonla danışdıq Onunla (00:45)
...Notbukdan ilk xəbər, zaryadka 10% qalıb (00:47)
...hələ də Mete oxuyur playlistde repeat-dədi (00:48)
...digər bloglara baxdım (00:51)
...hələ də göy guruldayır (00:51)
...mesaj yazdım (00:52)
...end (00:53)

TO BE CONTINUED...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)