Posts

Showing posts from August, 2021

ƏGƏR SƏN OLSAYDIN...

əgər sən olsaydın hər şey fərqli olardı.. mən fərqli olardım, onlar fərqli olardı mahnılar fərqli çalardı bizim üçün ayrılıqları fərqli anlayardıq. itirənlərin itkisini fərqli hiss edər, özümüzü isə heç kəsdən fərqli hiss etməzdik... başqalarından fərqimiz olmazdı gənc yaşımızda başqalarından fərqli yalandan güclü göstərməzdik özümü... əgər sən olsaydın, gözlərimiz bu qədər uzağa baxmazdı.. bəlkə heç bu qədər içimizə də qapanmaz, bu qədər tez böyüməz bu qədər yol azmazdıq, itirməzdik özümüzü.. əgər sən olsaydın azılan yollardan da qayıtmaq asan olardı.. qayıtmağa yol olardı.. ləkəsiz olardı.. əgər sən olsaydın,  səni tanıyardıq... dərdlərini dinləyər, sirdaş olardıq bəlkə. bəlkə də heç olmazdıq.. amma əgər sən olsaydın hər şey fərqli olardı ürək fərqli döyünər, qayğılar az olardı. bəlkə də çox olardı, amma ki sən olsaydın, daha az görünərdi dağlar təpə olardı dalğa ləpə oladı.. varlığın ovudardı, sığalın sağaldardı.. əgər sən olsaydın hər şey fərqli olardı... əgər sən olsaydın, kaş ki