Posts

Showing posts from October, 2011

GÖRÜŞ...

Image
Bu gün avtobusda evə gələndə çox qəribə telefon söhbətinə "həmqulaq" oldum özüm də istəmədən.. Onsuz da basabas olan, tıxacın əlindən addım addım irəliləyən avtobusda qadının səsi diqqətimi çəkməyə bilməzdi. Əvvəlcə Prezident Aparatının yanındakı universiteti Neft Akademiyası adlandırmağı mənim marağıma səbəb oldu (əslində söhbət İdarəçilik Akademiyasından gedirdi.) Sonra onun yanındakı park, parkda hansısa qızı gözləyən oğlan olmalı idi.. Yəni bir qızla bir oğlanı görüşdürürdülər.. Gələcəyin ailəsini qurmaq üçün ilk görüş olmalı idi.. Oğlan qızı 15 dəqiqə gözləməli idi neyçünsə. Mənə indi gecənin bu vədəsi maraqlıdı görəsən bir-birlərini bəyəndilər? :) foto: Ehtiram Jabi

KADIN KİTAP GİBİDİR...

Image
Bu yazını bir türk bloggerin bloguna təsdüfi baxış zamanı oxudum və çox bəyəndim... "kadın kitap gibidir, kitap vardır yazması kolay, kendini okutur, zaman eskitir kitap vardır anlaması zor, okuması emek, taşımak için yürek istenir kadın kitap gibidir, alırsın eline, kalıplıdır, içi boş, gerisi hikaye alır yanında taşırsın, okuduğun herbir anı anlatılası birer hikaye kadın kitap gibidir, kimi başucu kitabıdır yatağında, okumaya değer her gece kiminin tek bir hikayesi vardır, okunması bile sadece bir gece kadın kitap gibidir, açıpta kapağını okumasını bilene..." Özgür Akdağ

EŞQİN YELLƏNCƏYİ... (15.10.09)

Image
Yenə günəşli oktyabr səhəri.. Bu dəfə tələsmədim heç nəyə, yetişmək istəmədim heç kimə, onsuz da artıq gecikməmişəm. Bunu bilirəm.. Hər il təqvimdə dairəyə alıram bu tarixi, mənə əziz.. mənə yaxın.. qəlbimə bağlı.. Qeyd etmədim təntənə ilə amma bu il. susdum.. baxdım.. eşitdim.. və ən nəhayət hiss etdim.. Gündüzlərimi qaranlıqdan xilas etmək üçün ona aid heroqliflərə ehtiyacım var imiş, aldım.. oxudum.. gizlədim.. yenə oxudum.. yenə gizlədim.. əzbərlədim.. Əzbərlədim hər sətri, həs sözü.. İzləyə bildim hissləri. və gecə ulduzların həvəsinə çıxdım boş küçəyə.. Payızın soyumağa yenicə başlayan küləyi qarışdırdı buruq saçları.. Toxundu üzümə, sığal çəkdi.. Ulduz görmədim səmada, buludların arxasında gizlənmişdi hamısı, amma mən əmin idim, buludların arxasında sayrışan ulduzlar mütləq var, hardasa bir yerdə küləklərin onun da saçını oxşadığına əmin olduğum kimi.. Boş yelləncək gördüm qaranlıq küçədə, ürəyim çırpındı, ilk dəfə aşiq olmuş kimi.. Və bir anda artıq mən yelləncəkdə idim.. Başım

DÜŞÜNCƏLƏR...

Image
Düşüncələrə dalıram.. Nəyi düşündüyümün fərqinə varmadan, elə hey düşünmək, düşünmək, düşünmək keçir içimdən.. Bəlkə keçmişimi, yadımda elə də qalmayan, dumanlı uşaqlığımı, ya gələcəyimi, necə olacağını, ümumiyyətlə olacağını bilmədiyim qocalığımı düşünürəm.. Və düşünməkdən zövq alıram.. Nə düşündüyümü bilmədiyimi və nə üçün bu qədər düşündüyümü düşünürəm.. Gecələri, sabahları, uzaqları, yaxınları fikirləşir, daha uzaqları, uzaqdakıları, daha yaxın və yaxındakıları xatırlayıram.. Təsadüfi kəlmə kəsdiyim, bir daha heç vaxt görə bilməyəcəyim insanlar keçir fikrimdən.. Sonra yerini verir başqa düşüncələrə.. Eyniylə notlar kimi, vurur akkordlar, forte səslənir.. Mən də beləcə dəyişirəm fikrilərimi.. Anamı düşünürəm.. Onun gözəl üzünü, qayğısını, sevgisini.. Ailəmi düşünürəm.. Yenə uşaqlığımı düşünürəm. Atamın 15 il əvvəlki görkəmini xatırlmağa çalışıram.. Notlar bu anda piano.. və mən yenidən başa qayıdıram. Yenidən daha dərinlərə dalıram.. Sevdiklərimi, sevdiyimi düşünürəm.. Tək qalmaq

MƏN SƏNİ SEVMİRDİM...

Image
Mən səni sevmirdim... Amma gecəydi, Bir bomboş vağzaldı,birdə biziydik... Yuxulu gözlərin gözümə dəydi, Yuxulu gözlərin tərtəmiziydi... Yuxulu gözlərin yuxu görürdü, Sən özün ən şirin yuxuydun ancaq. Yuxulu gözlərin yuxu görürdü, Mən sənin yuxunda yoxuydum ancaq... Mən gələn qatarın hayında idim, Bir sərin gecəydi,bir ilıq nəfəs. Bir də ki, mən sənin yanında idim, Yaxında olanlar yuxuya girməz... Sonra qatar gəldi,yuxun dağıldı, İstədim söz deyəm, karıxdım yenə. Qatar gecikirdi,mən darıxırdım, Sən mindin qatara, darixdim yenə... O gedən qatarın dalinca baxdim, Dedim,bu gecəni çətin dözərəm. Bir az da keçsəydi ağlayacaqdım, Yaxşı ki,gülməyim tutdu özümə... Sonra da yol boyu uzandı kölgəm, Sonra da tək-tənha qayıtdım evə. O qatar,o gecə, o dünya bəlkə, Tək bundan ötrüydü; MƏN SƏNİ SEVƏM... Ramiz Rövşən

"TAUN" A.KAMYU

Image
Albert Kamyunun "Taun" romanı 1947-ci ildə nəşr olunub. Roman Fransanın faşistlər tərəfindən işğalı zamanı və o dövrün yazıçıya təsiri nəticəsində yaranıb. Əsərdə insan fədakarlığı, başqalarını ölümdən qorumaq naminə öz həyatını hədə altına qoyan insanların fədakarlığı ilə eyni bəlaya laqeyidliklə baxanların xüdpəsəndliyi üz-üzə qoyulub. P.S. Əsəri elektron variantda oxumalı oldum, çünki satışda Kamyunun "Yad" əsəri var (o əsər də son dərəcə maraqlıdı), amma "Taun"a rast gəlməmişəm, adını isə çox eşitmişdim. Sözün qısası bir gün işdə risk eliyib downlode elədim. Baxdım 98 səhifədi və onu printerdən çıxartdım. Gözlərim zəif olmasa bəlkə də daha çox romanı elektorn tapıb oxuyaram. Amma gözlərim imkan vermir təəssüf.. Romanı oxuduqca özümü taun xəstəsi, Bakını Oran şəhəri hesab eliyirdim.. Sonu çox təsir elədi.. Oxumağı məsləhət bildiyim kitablar sırasına daxildir.. ƏSƏRDƏN YADDA QALAN SƏTİRLƏR Əvvəlcə bir-birinə ürəklə, ehtirasla bağlanmış adamların

"DƏYMƏZ" - XOSE & PLAN

Image
Uzun müddət idi azəricə mahnılara qulaq asmırdım.. Bunu bəyəndim. Apardı uzaqlara. Lap uzaqlara...

ANONİM ŞEİR - "ADƏTİMSƏN"

Image
Yenə kövrəlirəm bir axşamçağı Kimdən darıxardım sən olmasaydın!? Həsrət vuran yerdə qanlı bıçağı Səsim də cixmazdı sən duymasaydın.. Sən mənim ərk yerim, nazımı çəkən Sən mənim ömrümü güldürənimsən. Hərdən buz baxışla hirsini töküb Səhvimi, düzümü göstərənimsən.. Harayım catmazdı,ünüm yetməzdi Yolumun üstündə sən durmasaydın Ayağım bir addım önə getməzdi Görüşə getdiyim sən olmasaydın.. Başımı hər zaman uca eləyən Əyilməz qürurum, fəxarətimsən. Bütün vərdişləri tərgitmişəm mən Mənim əl çəkməyən tək adətimsən.. Anonim

QƏRİBƏ AXTARIŞ...

Mənim bir qeydlər dəftərim var. Ora bəyəndiyim şeirləri, maraqlı sitatları, əsərlərdən seçmələri yazıram.. Bayaq facebookdakı səhifəmə yeni sitatlar yazmaq üçün dəftərimi vərəqləməyə başladım. Təsadüfən gözümə türkcə yazılmış şeir dəydi. Şeiri oxuduqca nələrisə xatırlayırdım, hiss eliyirdim ki bu sözlərin bir bəstəsi, notları var.. Amma xatırlaya bilmirdim.. Bacımı köməyə çağırdım, o ümumiyyətlə nə bu şeiri, nə də buna yazılmış musiqini xatırlamadığını dedi.. Ürəyim sıxılmağa başladı və googla hücum çəldim (: ..axtarışlarım nəticə vermirdi, ancaq mahnının sözləri var idi, heç bir yerdə yükləmə yox idi. Artıq ümidimi üzürdüm və daha çox əsəbləşirdim ki, facebookda hasnsısa səhifədən tapdım videonu.. Tuba Önal - (dinləmək istəsən klik elə) Gün olur da gidersen burdan Gelmem dersen peşinden yalan Kapında solmuş bir gül bulursan Sevgilim bil ki o bendendir Halimi hiç sormazsan bana Utanırda söyleyemem sana Çok yalnız olduğumu Anlatmaktan korkmam sana Ya seni alırlarsa benden Ya bir anda b

"MARTİN İDEN" C.LONDON

Image
"Martin İden" əsəri avtobioqrafik xarakter daşıyır. Cek London bu əsəri cənub dənizlərində səyahətdə olduğu vaxtlar yazmışdı. Yeni romanı haqqında o, ilk dəfə 1907-ci il noyabrın 25-də bacısı Elizaya məktubunda yazırdı: "Hər gün işləyirəm. Yeni romandan 95 000 söz yazmışam... Bu mənim ən uzun romanım olacaq." Bu əsər C.Londonun sayca 21-ci romanıdır. P.S. Bu kitab uzun müddət idi ki, kitab rəfimizdə var idi. Heç vaxt üzünə fikir verməmişdim. Kitabların arasında gizlənən çəhrayı üzlü kitabın ancaq və ancaq qırağında kirilcə yazılmış "Cek London" yazısını xatırlayırdım, o qədər... 60-cı illərin nəşri olan kitabı çox uzun illərdən sonra kəşf elədim özümçün. O qədər köhnəlib ki, vərəqləri çəvirərkən hətta bəzi səhifələr cırıldı belə.. Amma heç nəyə baxmayaraq mən bu əsəri sevə sevə və böyük maraqla oxudum.. ƏSƏRDƏN YADDA QALAN SƏTİRLƏR Bəzən onu əslində olduğundan başqa cür görmək arzusu yoldan çıxarırdı, lakin o saat ehtiyatla düşünürdü ki, bu heç bir

İLK E-BOOK-um "PAYIZ İLLÜZİYASI"

Image
Mənim ilk e-bookum... Əməyi keçən və dəstək olan hər kəsə təşəkkürlər! E-booku yükləmək istəyən klik edə bilər. :) E-bookum silinib..  - 03.12.2015

GÜNƏŞİN QARANLIĞI...

Image
Gizlənmək asandı.. Bunun ücün ətrafindakılardan qacıb öz qınına girmək bəs eləyir. Ya da arxana baxmadan qaçmaq.. Bəzən qaçmamaq da olar. Əksinə, hamı irəli gedərkən dayanıb ətrafında qəfil hərəkətlərlə səni arxada qoyub irəli gedənlərə baxarsan. Sevinərlər sənin durğunluğuna bəlkə də. Amma tapılır hərdən səninlə birlikdə ayaq saxlayıb səni gözləyənlər ...bəzən gizləndiyin bütün yerlərə gözətçi qoyarlar. Gizli yer qalmaz.. Təzəsini keşf eləməyə də həvəs.. Oğurlayarlar hisslərini, sənə aid olan, özünküləşdirdiyin hər şeyi.. Buna görə inciməzsən də artıq, hətta səxavət qapısından özün də paylayarsan. Bir gün tükənərsən təbii.. Dayanarsan sonun astanasında, amma ürəyin hiss edər ki, bu son deyil. Bu dəhşətli də deyil, ən sonları yazmağın əlimizdə olmadığını dərk edib bildiyimiz kimi.. Həyatin çox üzü ilə taniş olduğunu düşünərsən, amma bildiyindən də çox üzünü gizlətməyi bacarır o.. Hələki heç kim ona gözətçi qoymağa cəsarət eləməyib.. Günəş kimi gizlənmək maraqlidi, özü ulduz olsa da,