GÖRÜŞ...

Bu gün avtobusda evə gələndə çox qəribə telefon söhbətinə "həmqulaq" oldum özüm də istəmədən.. Onsuz da basabas olan, tıxacın əlindən addım addım irəliləyən avtobusda qadının səsi diqqətimi çəkməyə bilməzdi. Əvvəlcə Prezident Aparatının yanındakı universiteti Neft Akademiyası adlandırmağı mənim marağıma səbəb oldu (əslində söhbət İdarəçilik Akademiyasından gedirdi.) Sonra onun yanındakı park, parkda hansısa qızı gözləyən oğlan olmalı idi.. Yəni bir qızla bir oğlanı görüşdürürdülər.. Gələcəyin ailəsini qurmaq üçün ilk görüş olmalı idi.. Oğlan qızı 15 dəqiqə gözləməli idi neyçünsə. Mənə indi gecənin bu vədəsi maraqlıdı görəsən bir-birlərini bəyəndilər? :)

foto: Ehtiram Jabi

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)