"TAUN" A.KAMYU


Albert Kamyunun "Taun" romanı 1947-ci ildə nəşr olunub. Roman Fransanın faşistlər tərəfindən işğalı zamanı və o dövrün yazıçıya təsiri nəticəsində yaranıb. Əsərdə insan fədakarlığı, başqalarını ölümdən qorumaq naminə öz həyatını hədə altına qoyan insanların fədakarlığı ilə eyni bəlaya laqeyidliklə baxanların xüdpəsəndliyi üz-üzə qoyulub.
P.S. Əsəri elektron variantda oxumalı oldum, çünki satışda Kamyunun "Yad" əsəri var (o əsər də son dərəcə maraqlıdı), amma "Taun"a rast gəlməmişəm, adını isə çox eşitmişdim. Sözün qısası bir gün işdə risk eliyib downlode elədim. Baxdım 98 səhifədi və onu printerdən çıxartdım. Gözlərim zəif olmasa bəlkə də daha çox romanı elektorn tapıb oxuyaram. Amma gözlərim imkan vermir təəssüf.. Romanı oxuduqca özümü taun xəstəsi, Bakını Oran şəhəri hesab eliyirdim.. Sonu çox təsir elədi.. Oxumağı məsləhət bildiyim kitablar sırasına daxildir..

ƏSƏRDƏN YADDA QALAN SƏTİRLƏR

Əvvəlcə bir-birinə ürəklə, ehtirasla bağlanmış adamların əlaqələri, hissləri on sözdən ibarət qısa bir teleqramın ümidinə qalmışdı. Teleqrafın ifadə imkanları az olduğundan birgə uzun ömür sürmüş, indi ayrılıq əzabı çəkən insanların ən geniş fikirləri yavaş-yavaş qısalıb, vaxtaşırı göndərilən adi sözlərə döndü: “Mən yaxşıyam. Özündən muğayat ol. Öpürəm.”
***
Aramızda elələri vardı ki, məktub yazmaq fikrindən əl çəkə bilmir, məktub göndərmək üçün cürbəcür fəndlər işlədirdi. Bəzən cavab almasaq da, güman edirdik ki, işlətdiyimiz fəndlər baş tutur. Həftələr boyu eyni məktubu
yenidən yazır, eyni məlumatları və çağırışları yenidən köçürür və bir müddət sonra duyurduq ki, ilk dəfə yazdığımız yanğılı sözlər köçürüldükcə gücdən düşüb adiləşir.
***
Insanın ən ağır vəziyyəti mənəvi hisslərin əzablı ölüm qorxusuna üstün gəlməsi halıdır.
***
Sevən hər kəs güman edir ki, sevgilisinin hər məşğuliyyəti şirin bir əyləncədir. İndi keçmişi yada salmaq, məhəbbətin imanlarını aramaq vaxtı idi. Başqa vaxt hamımız fikirləşirik ki, daimi məhəbbət yoxdur və bizim öz məhəbbətimiz adi bir hissdir. Amma xatirələr gücü çıxır.
***
Sevilisinin xəyalı ilə söznbət edən bir adam başqa fikrə macal tapmadan torpağın sükutuna qovuşur, başqa heç nəyə vaxt qalmır.
***
Varlanmağa ümidi qalmayan kasıblar çox işləyir, axşamlar yorğun olur, masa arxasında mürgü vururlar. Belə vəziyyətdə ehtiras da sönür.
***
Sevgi daimi deyil. Müəyyən bir vaxtda onu saxlamaq üçün lazımi sözlər deyə bilərdim, amma dilim gəlmirdi.
***
Rəhimdillik əhəmiyyətsiz bir şeyə dönəndə gözdən düşürmüş.
***
Mücərrədliklə mübarizə apara bilmək üçün adamın özü də bir az mücərrəd olmalıdır.
***
Bəla hazırdır, səbirlə gözləyir, o dünyanın özü kimi əbədidir. O, əlini sizə uzadıbsa, heç bir bəşəri qüvvə, gərəksiz insan elmi də sizi onun cəngindən qurtara bilməz. Zaval sizə əl atıbsa, xırmanda hövsənən qılcıq kimi həyatdan kənar düşəcəksiz.
***
Sizə elə gəlirdi ki, tanrıya yaltaqlanmaqla öz günahlarınızı yuya bilərsiz. Amma tanrı yaxınlıq gözləyir. Onun böyük rəğbətini təsadüfi görüşlərlə qazanmaq olmaz. O sizi tez-tez görmək istəyirdi, o sizi bu yolla sevirdi və əslinə qalsa, sevginin bundan başqa yolu yoxdur. Tanrı sizin yolunuzu gözləməkdən bezikdi və sizə belə göndərdi.
***
“Adamlar ancaq əyyaşlara gülürlər, əyyaşların özləri isə hamıdan çox gülürlər.”
***
-Evə qayıdacağını biləndə gözləyirəm, az, yaxud çox gözləməyin dəxli yoxdur..
***
-...Yüz il əvvəl bir İran şəhərinin bütün əhalisi taundan qırılıb. Ancaq şəhərin mürdəşiri sağ qalıb və axıra qədər öz peşəsinə xidmət edib.
-Sadəcə olaraq onun bəxti gətirib, üçdə bir imkan baş tutub. – Həkim təmkinli səslə cavab verdi. – Əslinə qalsa, həyatın bu sirləri haqqında hamımız çox şey bilirik.
***
İnsan təbiətində xeyir şərdən güclüdür, amma əsas məsələ bunda deyil. Məsələ ondadır ki, adamlarda az ya çox nadanlıq olur və əsl nadanlar özlərini çoxbilmiş sayırlar. Hər cür bəla və bədxahlıqlar, insan öldürmək qərarı da nadanlıqdan doğur. Caninin qəlbi işıqsız və kor olur. Gözü həyat işığı və qəlbi nurla dolmamış bir adamdan nə xoş əməl, nə də əsl məhəbbət gözləmək olar.
***
-Hər halda siz ikiniz də bu işdə heç nə itirmirsiniz. Yaxşıların arasında olmaq daha asandır.
***
-Mənə elə gəlir ki, insan hər şeyə qadirdir, - deyə Taru cavab verdi.
-Xeyir, insan əzab çəkməyə yaxud uzun müddət xoşbəxt yaşamağa qadirdir. Amma ən vacib işlərə qadir deyil.
***
Həqiqət elə bir şeydir ki, istər onu görməməzliyə vur, istər gözünü bağla, o öz yenilməz qüvvəsi ilə işini görəcək.
***
Əslinə qalsa bəlanın özü maraqlı tamaşa deyil və ən ağır bəlalar bir-birinə bənzəyirlər.
***
..kök salmaqda olan ümidsizlik adəti ümidsizliyin özündən də pisdir.
***
Məhəbbət qismən gələcəyə üz tutan bir hissdir, biz isə yaşadığımız anların ixtiyarında idik.
***
Soruşa bilərlər ki, ayrı düşmüş sevgililər kimə bənzəyirdilər? Cavab asandır, demək olar ki, heç kimə bənzəmirdilər. Yaxud, elə deyə bilərik ki, hamıya bənzəyirdilər, heç kimdən fərqlənmirdilər.
***
Məhəbbət yoxa çıxmamışdı, o bizimlə idi, amma istifadəsiz qalırdı, ağır yükə çevrilirdi, qanımızdaca süstləşirdi. Məhəbbət yekunsuz bir səbrə, ümidsiz bir intizara dönmüşdü.
***
Ayrılığın yaratdığı aclığı heç nə ilə doydurmaq olmaz.
***
Onlar bəxtlərinə ümid edirdilər, amma bəxtə bel bağlamaq olmur.
***
Bir dəfə ona dedim ki, adamlardan ayrı düşməmək üçün ən düz yol düzgünlükdür. O isə acıqla mənə baxıb dedi: “İş buna qalsa heç kəs birgə olmaz.”
***
Bu məsələni anlayıram, o birini isə qəbul etmirəm demək olmaz, insan gərək anlaşılmayanı da öyrənib qəbul etməyə çalışsın.
***
..müharibə vaxtı onun tanıdığı bir keşiş gözləri tökülmüş bir cavanın sifətini görəndən sonra dinə inamını itirmişdi.
***
Elə adamlar var ki, öz vəziyyətlərini başa düşmür və həmən vəiyyətdəcə arxayın yaşayırlar. Amma elələri də var ki, öz vəziyyətini duyur və onu dəyişməyə çalışırlar.
***
Yuxusuz adamın yuxu arzusu taunlu xəstənin həyat arzusundan güclü olur. İnsanların yuxusuna mane olmaq gərək deyil. Yuxusuzluq ağıza acı tam gətirir və fəaliyyəti kütləşdirir.
***
İnsanların ən böyük bəlası ondadır ki, aydın danışmırlar. Mən aydın danışığı və hərəkəti düzgün yol kimi seçmişəm.
***
Qəhrəmanlığa və müqəddəsliyə həvəsim yoxdur. İnsan olmaq istəyirəm.
***
..doğurdan da məhəbbətsiz bir həyat ölü həyata bənzəyir və belə ömrün elə bir anı çatır ki, insan həbsxanalardan, işdən, hər şeydən bezir, nə vaxtsa sevdiyi bir şəxsi arzulamağa başlayır, ürəyi mehribanlıq həsrəti ilə yanır.
***
-Yaxşı, siz normal həyata qayıtmağı nədə görürsünüz? – deyə Kotar soruşub.
-Kinoteatra təzə filmlərin gəlməsində, - deyə Taru gülümsəyərək cavab verib.
***
..insan ömrünün gecə və gündüzündə elə bir an var ki, adamı qorxuya salır və insan ancaq həmən andan qorxur.
***
Ryö həm də bilirdi ki, yaxın bir insanı sevmək adi bir haldır və məhəbbətin danışıq dili həmişə zəif olur. Anası ilə o bir-birini həmişə beləcə sükut içində sevəcəklər. Günlərin birində ya anası, ya da onun özü dünyadan köçəcək və onlar heç vaxt bir-birini sevdiklərini dilə gətirə bilməyəcəklər.
***
Amma adam ancaq öz bildikləri və xatirələri ilə yaşayır və qazanc sayırsa, arzulardan təcrid olunursa bu çətin bir həyat olmalıdır.
***
Həyat qaynarlığı və ölüm sükutu – bu da bir dərs idi.
***
Ryö fikirləşdi ki, hər şeyin bir məna daşıyıb-daşımaması vacib deyil, insanın arzusuna əməl olunub-olunmadığını öyrənmək gərəkdir.
***
İndi anlamışdılar ki, insanın həmişə arzuladığı və hərdən də qovuşa bildiyi ən şirin arzu insan mehribanlığıdır.
***
Dünyada çox vaxt insanlar əzabı tənha çəkirlər..
__________________

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)