Posts

Showing posts from April, 2014

GURLAYAN GÖYLƏR...

Image
Bu sətirləri, bu sözləri göy gurultusunun və yağış damlalarının sədaları altında yazıram.. ürəyimdən xəbər vermir qaranlıq gecəni əlinə bürüyən hava proqnozu. Sadəcə qorxularımı üzümə vurur vəssalam.. mənim uşaqlıq mahnılarımdan birində deyir, "Ben daha büyümedim", deyir ki "Hala korkuyorum gök gürültüsünden, Bakın savaş çıkdı sanıyorum.." ..yaşım artsa da, çox hadisələrdən, insanlardan qorxanda zamanla o qorxunu aşsam da göy gurultusu qorxumu heç zaman aşa bilmədim. Otağımı işıqlandıran o ani qığılcım işığı hər zaman məndə bir vahimə yaradır.. o zaman özümü daha tək hiss edirəm.. o zaman daha çox ehtiyacım olur isti qucağa.. dalında gizləndiyim yeganə qorxumdur guruldayan göylər.. Onun səsi mənə qəzəbi xatırladır, insanlardan bezən, səhər axşam iyrəncliklərinə tamaşa edən göylərin zaman zaman dözməyib bütün hirsini, kinini, qəzəbini biruzə verdiyini deyir, acığını tökür sanki. Hər gurultunun səsi ilə başımı balışa sıxıram, daha çox gizlənirəm.. qətiyyən mən

TƏNHALIQDAN ƏZİYYƏT ÇƏKƏN PALKOVNİK...

Image
Qabriel Qarsia Markes və ya Gabriel Garsia Marquez, dünyaca məhşur Kolumbiyalı yazıçı.. Səhər gözümü açan kimi baxdığım bütün sosial şəbəkələr 87 yaşlı yazıçının vəfatından yazırdı. Hamı təəssüflənir, hamı ən sevdiyi yazarın bu dünyadan köçdüyü üçün kədərləndiyini bildirirdi. Mənsə istəri-istəməz bir şey düşündüm - "Kaş çox insan elə Markes kimi uzun ömür sürüb, onun qədər məhşur olub, onun qədər sevilib, iz qoyub gedərdi həyatdan.." Həyatındakı çətinlikləri, xoş günlərini, pis günlərini, 87 il ömür sürdüyü ömrün hər xırdalıqlarını bir kənara qoysaq həyatının qısa xarakteristikası - uzunömürlü, məhşur, sevilən yazar - kimi nəticələnir. Necə də hamının bacamadığı bir işdir... Xərçəng xəstəliyindən əziyyət çəkən yazıçı əslində rahatlıq tapdı, bunu çox oxucu başa düşmür və kədərlənir. Kədərlənməyə dəyməz.. Bir ara isə mən özüm Markes xəstəliyinə tutulmuşdum :) Bəzi insanların oxumağa çətinlik çəkdiyi üslübü mənə çox maraqlı idi. Əsərlərində həm reallıq, həm mistika var i

SUSQUNLUQ...

Susmaq asan iş deyil.. Bəzən özün susmaq istəyərsən, ətrafını dinləmək, müşahidə etmək, beynindəkilərini, fikrindəkiləri götür qoy etmək, tərəzidə ölçmək üçün. O zaman ruhun da susar, qəribə harmoniya yaranar cisminlə ruhun arasında. Nirvananın ünvanına yaxınlaşırmışsanmış kimi hiss edərsən özünü. Amma.. elə bu məqamda Bakının küləyi əsər, ünvan yazılı kiçik kağızı uçurar əlindən, bilmədiyin yolda qalarsan beləcə, həm də tək tənha.. nə edəcəyini bilmədən, yarımçılıq.. ünvan yox gələcəyə gedəsən, yol yox gəldiyin yola qayıdasan.. ruhun sıxılar.. harmoniya qeyb olar.. ürəyin şiddətli döyünər.. beyin tuğyan eliyər.. cismin susar, dodaqlar lal, susqun qalar amma. Bir də başqa cür susqunluq var... danışmağa kiminsə olmaz cürəsindən. Heç kimə şikayət eliyə bilmirsən. Çünki heç kimə inanmırsan. Çünki aldanış var, xəyanət var.. susarsan səhər, axşam.. illərlə öyrəşdiyin ətrafın qeyb olar birdən. Danışmağa kimsən olmaz.. heç kimin heç kəsi olarsan. Qınına çəkilərsən... tamam yalnızlaşarsan.

TƏKİ SƏN SƏSLƏ MƏNİ..

Image
Yaxşı ki, xatirələr var və onları heç kəs sənin əlindən ala bilməz. Corc Oruellin "1984" əsərindəki kimi düşünmə qadağası qoyulmuyana qədər də, xatirələri geninə boluna fikirləşib, yaddaşımızda qalan o xırdalıqlara belə özümüz məəttəl ola bilərik. Yaxşı ki xatirələr var.. ..mahnı zümzümə eləməyi çox sevirdi. Həmişə bir iş görəndə, nə iləsə məşqul olanda oturduğum otağa sakit tonda, cingiltili olmayan mülayim musiqili səsi gəlirdi. Bir mahnı var idi ki, onu oxuyan kimi bu otağdan o otağa qışqıra qışqıra OXUMA O MAHNINI XOŞUM GƏLMİR!!! diyərdim. :) ya da xırda səsdə qoyduğu radioda o mahnının ilk notu gələn kimi, yenə səsim özümə xoş gəlirdi ÇEVİR O MAHNINI BİLİRSƏN Kİ ZƏHLƏM GEDİR!! Niyə? Nə səbəbə özüm də bilmirəm.. halbuki, o sevirdi. Bilirdim axı, xoşuna gəlirdi. Hərdən bilə-bilə yanımda oxuyurdu. Qıcıqlandırmaq üçün :) İndi isə... indi isə ən sevdiyim mahnıdı. Mənim sevmədiyim, onun sevdiyi hər şeyi sevirəm.. səbəbsiz. Bu mahnının da ilk notuna bənddi gözlərimin yağış

Cızma-qara :)

Image
"Pencəyinin sol cibi" Gözləyirəm bir gün yenə sən yanıma gələsən Gəlib mənə bilmədiyim xəbərləri verəsən. Danışasan tək qaldığın o qaranlıq günlərdən Balışında əzik-büzük qoyduğun o izlərdən. Danışasan gecələri neçə ulduz saymısan, Gündüzlərsə işlərinlə necə başın qatmısan. Danışasan sən tək-tənha haraları gəzmisən Xatirəli küçələrdən qaçıb necə keçmisən.. Danışasan bu günlərdə neçə kitab almısan Neçəsini oxumusan, neçə cümlə cızmısan. Susmayasan, danışasan qardaşından, bacından Mənə tanış olmayan təzə iş yoldaşından. Pencəyinin sol cibində gətirdiyin kitabı Ara-bir yoxlayasan bilə-bilə ordadı Utanasan uzatmağa, bu necə uzaqlıqdı.. Ürəyində öz özünə gileylənib küsəsən Yaranan məsafənin səbəblərin gəzəsən. Bu necə bir uzaqlıq, nə cür bir məsafədir Kitab vermək beləmi məharət tələb edir!? Birdən dolxsunasan, udqunasan, susasan.. Xatirələr əlindən axı hara qaçasan!? Sevgi etrafımız deyildi quru sözlər Aldığımız hər kitab olac