TƏKİ SƏN SƏSLƏ MƏNİ..

Yaxşı ki, xatirələr var və onları heç kəs sənin əlindən ala bilməz. Corc Oruellin "1984" əsərindəki kimi düşünmə qadağası qoyulmuyana qədər də, xatirələri geninə boluna fikirləşib, yaddaşımızda qalan o xırdalıqlara belə özümüz məəttəl ola bilərik. Yaxşı ki xatirələr var..

..mahnı zümzümə eləməyi çox sevirdi. Həmişə bir iş görəndə, nə iləsə məşqul olanda oturduğum otağa sakit tonda, cingiltili olmayan mülayim musiqili səsi gəlirdi. Bir mahnı var idi ki, onu oxuyan kimi bu otağdan o otağa qışqıra qışqıra OXUMA O MAHNINI XOŞUM GƏLMİR!!! diyərdim. :) ya da xırda səsdə qoyduğu radioda o mahnının ilk notu gələn kimi, yenə səsim özümə xoş gəlirdi ÇEVİR O MAHNINI BİLİRSƏN Kİ ZƏHLƏM GEDİR!! Niyə? Nə səbəbə özüm də bilmirəm.. halbuki, o sevirdi. Bilirdim axı, xoşuna gəlirdi. Hərdən bilə-bilə yanımda oxuyurdu. Qıcıqlandırmaq üçün :)

İndi isə... indi isə ən sevdiyim mahnıdı. Mənim sevmədiyim, onun sevdiyi hər şeyi sevirəm.. səbəbsiz. Bu mahnının da ilk notuna bənddi gözlərimin yağışı. Bir də səsləyirəm onu.. axı özü oxuyurdu, özü deyirdi ki:

- Harda olsan gələrəm, təki sən səslə məni
Darda olsan gələrəm, təki sən səslə məni..

..hardasan?
..dardayam, gəl
..gəl

1il 6 ay.. oldumu yəni o qədər??
- oldu...




Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)