GURLAYAN GÖYLƏR...

Bu sətirləri, bu sözləri göy gurultusunun və yağış damlalarının sədaları altında yazıram.. ürəyimdən xəbər vermir qaranlıq gecəni əlinə bürüyən hava proqnozu. Sadəcə qorxularımı üzümə vurur vəssalam.. mənim uşaqlıq mahnılarımdan birində deyir, "Ben daha büyümedim", deyir ki "Hala korkuyorum gök gürültüsünden, Bakın savaş çıkdı sanıyorum.."

..yaşım artsa da, çox hadisələrdən, insanlardan qorxanda zamanla o qorxunu aşsam da göy gurultusu qorxumu heç zaman aşa bilmədim. Otağımı işıqlandıran o ani qığılcım işığı hər zaman məndə bir vahimə yaradır.. o zaman özümü daha tək hiss edirəm.. o zaman daha çox ehtiyacım olur isti qucağa.. dalında gizləndiyim yeganə qorxumdur guruldayan göylər..
Onun səsi mənə qəzəbi xatırladır, insanlardan bezən, səhər axşam iyrəncliklərinə tamaşa edən göylərin zaman zaman dözməyib bütün hirsini, kinini, qəzəbini biruzə verdiyini deyir, acığını tökür sanki. Hər gurultunun səsi ilə başımı balışa sıxıram, daha çox gizlənirəm.. qətiyyən mənəvi dəyərlərə sürükləmədiyim, qorxu kimi qorxduğum qorxum.. bu gecəmin dəvətsiz qonağı.
Sabah gələcəyəm.. hər şey geridə qaldı. Artıq rahatam. Və tək geri gətirə bilməyəcəyim kaşım, o gurlayan və qorxduğum gecə yanında yatmamağımın peşmançılığı... ya da mənə qalan bir xatirə...
Kəs artıq bu səs küyü dünya,
..çox yorğunam
..yuxum var
..çox gecdir, 02:22
..qorxuram

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)