Posts

Showing posts from 2022

İLİN SON YAZISI *13*

Image
2022.. Öyrədən il, öyrəndiyim il. İnsan gənc ikən düşünür ki, müəyyən yaşdan sonra öyrənmək artıq ikinci plana keçir. Lakin, elə məhz yaş ilərilədikcə görürsən ki, əslində öyrənməli olduqların, həyat məktəbi dedikləri məhz yaşın artdıqca sənə öyrədir. Öyrənmək istəməyib dirənirsənsə həqiqətən də "sinifdə qalırsan". Döngüyə girirsən və yaşadığın o istəmədiyin hadisələri yenidən yaşayırsan, həyatına çəkirsən bu və ya digər şəkildə, digər hadisələrdə. Ona görə də dərs çıxarmağı, həyatı dərk edib, qəbul etməyi bacarmalısan, öyrənməlisən. Mənə  isə 2022 çox şeyi öyrətdi. Əvvəli çox asan idi, səlis idi, rahatlıq və huzurla dolu idi. O rahatlıq ki, mən son 5 ildir hər yerdə axtarırdım onu. Nəhayət tapdığımı düşündüyüm anda hər şey tərsinə çevrildi. Qlobus kimi dünyam tərsinə çevrildi. İlin sonunda həzm edə bilmədiyim, bəlkə də həzm etmək istəmədiklərimlə məni xeyli çətinə saldı və sanki sinifdə qoymaq istədi. Çaşdım. Duruxdum. Üsyan etdim. Narazılıq etdim. Hər şey birdən necə bu qəd

MƏNİM ADIM QIRMIZI...

Image
İsti acı kofe və kəmşirin krouasanın, isti yay səhərində ara sıra əsən mehin müşayəti və verdiyi həzz ilə uzun aradan sonra yazdığım bu yazını avqust ayı boyunca keçdirdiyim o çox qəribə hisslərə, duyğulara, təcrübələrə borcluyam..  Bu ilin səkkizinci ayında mən yenidən doğuldum. Bu ilin yay fəslinin sonuncu ayında mən içimdəki yaraları sağalda-sağalda yenidən dünyaya gəldim.. Daxilimdəki böyüyə bilməyən, ya da  böyümək istəməyən, bəlkə də böyüməkdən qorxan o balaca qızcığazı sevə-sevə, əzizləyə-əzizləyə baş verən hadisələri danışa-danışa, başa sala-sala böyütməyə başladım. Onu qadın etdim, həm də elə gözəl qadın ki.. Öz dəyərini bilən, özünü, varlığını, daxilini və xaricini sevən, özünü vacib bilən və bu vacibliklə başqaları üçün ən yaxşısını etməyi bacaran, sözlərini seçən və sevdiklərinə ən gözəl cümlələri və sözləri deyən, ocağının istisini qoruyan, öz yuvasına niyyət edən, sevdiklərini sevgiyə və qayğıya bürüyən əsl qadın kimi qadın! Və özümdən bir parçamı, qara zeytunumu, öz qızı

KİTAB

 Yazıma başlıq tapmaq üçün çox da əziyyət çəkmək istəmədim, sadəcə olaraq kitab :) Mənim bəzi illər, aylar uzaq qaldığım kitablarım. Dönüb dolaşsam da yenidən onlara qayıdacağımı bilirəm çünki. İki ildir ki ildə maksimum 3 kitab oxuya bilirəm. Goodreads də özümə 8 kitab target qoymuşdum sonuncu dəfə, ancaq təbii ki, bu baş tutmadı və cəmi 3 kitabla bitirmişdim 2021-ci ili. Ona görə də bu il çox yox, 5 kitab limiti qoydum. Çox olasa da, az olsa da yenə də əsas odur ki, vərdişimi geri qazanmaq və kitab oxuma saatlarımı artırmağa çalışıram. Çalışmaq, niyyət etmək özü çox böyük bir addımdır axı.  Son illər zövq məsələsində necə və nə cür olduğum barədə qərarsızlaşmışam. Açığı buu həm tərz məsələsində özünü göstərir, həm kitablarda.. Məsələn dururam kitab mağazalarında saysız kitabların qarşısında, hansı kitabı istəyirəm? necə kitab oxumaq istəyirəm? hansı janr? bestseller yoxsa klassik? baxa baxa qalıram və sonda əli boş çıxıram mağazadan. Geyimdə də eyni ilə. Hansı tərz geyim? Klassik? Sp

DARIXIRAM...

 Zamanı gəldi... Darıxmağımı etiraf etməyimin zamanı gəldi. Bəli, özümü bu qədər, dik, hissiyyatsız göstərməyin mənası yoxudür özümə. Darıxıram ötən illərim üçün, həm də necə.. Xaricdə yaşayarkən zavod çörəyi üçün darıxdığım kimi. Anamdan uşaq ikən ayrı qaldığım günlərdə, onun üçün ürəyimin sıxışdığı günlərdəki kimi darıxıram, həm də necə darıxıram... ötən günlərim üçün çox darıxıram. Gəncliyim üçün çox darıxıram, üzmüdə qırışq qoyan bu günləri qoyub qaçaram. Yasamaldakı evimizə qaçaram... həm də necə qaçaram. o cırıldayan kravatıma qaçaram, girərəm yorğanımın altına başımı salaram narıncı balışımın altına. Və anamın qızartdığı çörəyin iyinə gözlərimi açaram bir də. Elə darıxıram həm də necə. Bu günümdən heç kəs üçün, amma onların da o illəri üçün darıxıram, oradakılar üçün... oradakı atam üçün.  Cavan qırışsız əllərim üçün, sakit həyatım, həyəcanlı günlərim, və o günlərdə xəyal etdiyim bu günlərim üçün ..yaşamadığım bu günlərim. elə darıxıram ki... ..həm də necə.