Posts

Showing posts from July, 2011

ONUN MƏSLƏHƏTİ İLƏ...

Image
Getdi... Getdiyi günü özüylə məni məndən qoparıb apardı, amma məndəki özünə dəyə bilmədi.. Əslində bu gedişdə ağlamağın yeri olmadığını, getmə deməyin mənsız olduğunu yaxşı dərk edirəm.. Çünki bu bizim istəklərimiz xaricində və məcburidir.. məni tək ovudan bunun ömürlük olmadığı, onsuzluğu sadəcə bir ilə sığışdıracağımdır (İnşallah).. Getməzdən əvvəl uzun bir siyahı saymışdım ona həvəslə - "..planımda dil kursları, rəqsə getmək, rəssamlıq, çoxlu kitab oxumaq var" ..və sair buna bənzər nələrsə saymışdım.. (Düzü dəqiq yadımda deyil rəqsə getməyi o getməmişdən əvvəl fikirləşmişdim ya təzəliycə fikirləşmişəm =)) Baxıb gülümsəmişdi saydıqlarıma, elə-belə.. həmişəki kimi.. ...o yanımdakən deyib-gülüb saydıqlarımı əslində yanımda olmayanda onsuzluğu nisbətən unutmaqçun eləyəcəyimi unutmuşdum. Bu gün qəfil xatırladım... tam qəfil yaxaladı reallıq məni və düşünürəm ki, mən onları əslində bir ilə sığışdırmışdım xəyalmda. İndi isə onsuz əlim heç bir işə yatmır.. Onunsa mənə dediyi tamam

BİR ŞEİR...

Gözəl bir bahar günü, Səninlə mən, ikimiz, Çıxaydıq bu şəhərdən, Qərib quş tək uçaydıq, Təbiətin qoynuna. Məskənimiz nə dəniz, Nə də ki, dağ olaydı. Bir tərəfdə çəpərdən, Yamyaşıl bağ olaydı, Bir tərəfdən axan çay. Biz isə sahilində, Çay süfrəsi açaydıq. Sonra bahar yelindən, Tutub xeyli qaçaydıq, Çay daşından ataydıq, Elə çay quşlarına, Sonra bizi tutaydı, Qəfil çoban mürgüsü, Mürgüləyib yataydıq, Beş- altı dəqiqəlik. Sonra gələn dumandan, Göz- gözü görməyəydi, Gözümüz çən- dumandan, Gündüzü görməyəydi, Toqquşaydı buludlar, Hünərin var, bax göyə. Bir yağış yağaydı ki, Tut ucundan, çıx göyə. Sığınaydıq daşlara, Ikimiz də susaydıq, Çəməndəki quşlara, Birgə qulaq asaydıq. Sonra, Açılaydı göy üzü, Və bu şıltaq təbiət, Yenə aldadıb bizi, Bizimlə oynayadı. Qayıtmaq istəyərkən, Hava qaralıq daha, Dönməliyik deyərkən, Yenidən tutulaydı. Yox! Yox! Biz ölməyəydik, Deyirəm ki, sadəcə, Qayıda bilməyəydik. Gecəni orda qalıb, Bir alaçıq quraydıq. Sevgim