ONUN MƏSLƏHƏTİ İLƏ...


Getdi... Getdiyi günü özüylə məni məndən qoparıb apardı, amma məndəki özünə dəyə bilmədi.. Əslində bu gedişdə ağlamağın yeri olmadığını, getmə deməyin mənsız olduğunu yaxşı dərk edirəm.. Çünki bu bizim istəklərimiz xaricində və məcburidir.. məni tək ovudan bunun ömürlük olmadığı, onsuzluğu sadəcə bir ilə sığışdıracağımdır (İnşallah).. Getməzdən əvvəl uzun bir siyahı saymışdım ona həvəslə - "..planımda dil kursları, rəqsə getmək, rəssamlıq, çoxlu kitab oxumaq var" ..və sair buna bənzər nələrsə saymışdım.. (Düzü dəqiq yadımda deyil rəqsə getməyi o getməmişdən əvvəl fikirləşmişdim ya təzəliycə fikirləşmişəm =)) Baxıb gülümsəmişdi saydıqlarıma, elə-belə.. həmişəki kimi..
...o yanımdakən deyib-gülüb saydıqlarımı əslində yanımda olmayanda onsuzluğu nisbətən unutmaqçun eləyəcəyimi unutmuşdum. Bu gün qəfil xatırladım... tam qəfil yaxaladı reallıq məni və düşünürəm ki, mən onları əslində bir ilə sığışdırmışdım xəyalmda. İndi isə onsuz əlim heç bir işə yatmır..
Onunsa mənə dediyi tamam fərqli bir şey oldu. Yoxluğunda kitab yazmağımı məsləhət bildi.. Nədən bhəs edir etsin, sadəcə mənim düşüncələrimin məhsulu olan, həriflərdə mənim duyğularımın hiss olunacağı bir kitab.. Görəsən bu işə başlamağa dəyər!? ...düşünürəm

P.S. Həyatdan bir parça...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)