Posts

Showing posts with the label elə-belə

AYLAR SONRA...

Image
 Salam köhnə dostum :) Aylar sonra səninlə baş-başa qalmaq məni sakitləşdirdi sanki birdən. Məni cavanlığıma, subaylığıma, həyatımın ən çətin günlərinə, sonra isə ən qəribə zamanlarına apardı sanki, bir neçə il əvvələ... İndi çox dəyişmişəm içimdən, və hələ də dəyişməyə davam edirəm. ÖZümün ən yaxşı halını yaradıram və bu əlbəttəki ətalət içində mövcud deyil. Bu, "bəli, mən artıq oldum." cümləsi deyil. Çünki zaman axır, biz zamanın cığırı ilə gedirik və atılan hər addım bizi bir az da dəyişir. Yerimizdə dayanmadığımız üçün, ən əsası həyat və zaman bizi gözləmədiyi üçün dəyişməyə məcburuq. Hər an, hər daim. Bu günümüz dünənimizdən, sabahımız bu günümüzdən daha müdrikdir. Bəlkə də hansısa vərdişlərdən əl çəkə bilmirəm hələ də, bəlkə də qidamda "düzgün qidalanma" ya tam yer ayıra bilmirəm. Amma bu istəklərimin heç zaman olmayacağına işarə etmir. ƏN azından üzyan etmək dayanıb. ƏN çoxundan şükürlərimin və təşəkkürlərimin sayı artıb. Məni düşündürən isə odur. Heç zaman h