Posts

Showing posts from 2017

İLİN SON YAZISI - 8 -

Image
yeni ildə köhnə ilə.. ..bu ilin necə keçdiyini bilmirəm. elə də xatirlamiram. Mənim üçün bir göz qırpımında keçdi hər şey. Dərindən düşünəndə görürəm ki, elə də ciddi dəyişikliklər baş verməyib. Amma oğlumun gözü ilə baxdıqda isə bir ilə bir möcüzəni böyüdərək, qayğısına qalaraq insani instiktləri, vərdişləri öyrədərək necə böyük yol qət etdiyimi anlayıram. Yuxusuz gecələr, yorğunluq, özünü bəyənməmə, əsəb, bəzən stres, lakin bir körpə nəfəsi və gülüşü ilə hər şeyi unutmaq.. mənim 2017ci ilim ana olmağı öyrənmə ili oldu.. mənim 2017ci ilim anamı daha çox anlama ili oldu.. mənim 2017ci ilim bir az soyuqqanlı olma ili oldu.. mənim 2017ci ilim növbəti macəramın sonuncu ili oldu.. mənim özüm üçün edə biləcəyim iki şey var bu həyatda, biri kitab, digəri isə səyahətlərdi.. Məlum səbəblərə görə bədii kitab oxuya bilmirəm, təəssüflənirəm ki hələ də beynim kitab oxuma gücünü itirib. Amma əvəzində bu il bolluca uşaq pedoqogika və psixologiyası, sağlamlığı ilə bağlı yetəri qədər məqal

YAĞIŞLI NOYABR...

..bəli bu mənəm :) uzun-uzun günlərdən və aylardan sonra, köhnə dostum notbukumu dizimin üzərinə qoyub bir iki sətir yazmaq istədim bu gündən yadigar qalsın deyə.. Sadəcə yadigar vəssalam. Başqa niyyətim yoxdur. bir zamanlar Orxan Zeynallının "Mənim şəhərim" mahnısını dinləyərək Bakıda Yasamaldakı evimizdə pəncərədən baxaraq nələrisə, kimisə, uzaqları düşünərək yazılarımdan yazarkən ürəyimin bir hissəsində fikirləşirdim ki bu mahnını həqiqətən şəhərdən uzaqda, başqa ölkədə dinləyərək nələrsə cızma-qara etmək necə olardı görəsən? ..və budur. Bakıdan, Yasamaldakı həyatımdan milyon məsafələr qət edərək yenə həmin musiqini dinləyərək bir iki söz yazıram. Hisslər fərqlidir...  .. hərdən mənə elə gəlir ki, hisslərim korlaşıb, duyğularım sönüküb ya da övlad sevgisi acgözcəsinə bütün hisslərimin üstünə çöküb kölgə kimi. Yalnıca sevgisi də yox, hər şey. Qayğılar, gələcəyə dair fikirlər, başqalarının eqoları ucbatından dəyişən həyat və sairə.. ..bu qədər böyümək istədiyimi

BROADWAY STREET, TACOMA, WASHINGTON #2

Image
Bu gün Tacomanın ən tarixi küçələrindən biri olan Broadway küçəsini gəzdim və kiçik bir video hazırladım. Broadway küçəsində tarixi binalar, antik mağazalar daha çoxdur. Meksika, koreya, tayvan ölkələrinin mətbəxi də məhs bu küçədəki restoranlardadı. Demək olar ki, ən sakit küçələrdən biridir, iş yerləri, kollec, restoranlar küçənin sonunda, əvvəlində isə bayaq qeyd etdiyim kimi antik mağazala, binalar bir sözlə tarix gözə çarpır. Broadway küçəsi Tacomanın ən məhşur oteli olan Hotel Murano ilə bitir. Müasir dizaynı və daxili şüşə ekspanatlarla bəzənmiş oteldə bəzi günlər bir otaq belə tapmaq olmur. Çünki Tacoma muzeylərlə, mədəni tədbirlər və konsertlərlə dolu olan bir şəhərdir. Ən maraqlısı isə oteldə keçirilən toy tədbirləridir. Digər şəhərlərdə yaşayan qohumlar Tacomaya gəlir və oteldə yer ayırırlar. Bütün xanımlar uzun, incə və gözəl ziyafət geyimlərində, bəylər isə bir qayda olaraq smokingdə olurlar. Bəzən şəhərdə ziyafət paltarında gəzən dəstə dəstə insanlar gözə dəyir, bu həmin

FOSS WATERFRONT PARK, TACOMA, WASHINGTON #1

Image
Axır ki, çəkdiyim birinci videonun bəzi montaj işlərini bitirdikdən sonra paylaşa bilərəm. Əvvəlcə qaldığım Tacoma şəhəri haqqında kiçik məlumat verib sonra videoya keçid etmək istəyirəm. Tacoma Vaşinqton ştatının Seattle-dan sonra ikinci ən böyük şəhəridir. Təmiz, sadə, sakit, olduqca yaşıl olmağı ilə yanaşı, insanları mehriban və dostcanlıdır. Vaşinqton ştatına xas olan yağışlar burdan da yan keçmir. Demək olar ki, hər gün yağış yağır. Mart ayı boyunca sadəcə 3 gün tam günəşli keçib. Əhalinin yaşaması üçün maksimum şərait yaradılıb. Parkları, iri supermarketləri, çoxlu parkingləri və ən əsas, bəlkə də şəhərin hər tərəfindən görsənən Mount Rainer dağı ilə yadda qalır. İndi isə keçid alıram çəkdiyim nacizanə videoya. Əvvəlcə istədim səsimlə videolar hazırlıyım, amma nə yalan deyim komlekslərimə qalib gələ bilmədim ☺ Deməli, birinci videoda park və onun ətrafında olan bir-neçə tarixi binaları, muzeyləri çəkdim. Videonu çəkdiyim gün burada Pasxa bayramı qeyd olunurdu. Yolu keçdikdə

DƏYİŞİKLİKLƏR...

Günlərin bir birini necə əvəzlədiyini heç hiss etmirəm. Bir də baxıram ki, gözlədiyim günlər artıq qeyd olunub və geridə qalıb. Zamanın bu qədər sürətlə axıb getməsi bilmirəm xeyrimizədir ya yox. Sonuncu dəfə bloguma cızma-qara edəndə ad günüm idi və oğlum cəmi bir ayına yenicə girmişdi. Mənsə bildiyimiz postpartum hallarında, hormonlarımla vuruşurdum. Artıq o gündən nə az nə çox düz 3 ay keçib, bir həftədən sonra isə oğlum 4 ayına girəcək. Bu müddət ərzində böyük bacımın 35 yaşı, Sevgililər günü, vizamın son tarixi və Bakıya qayıdışım, vətəndə 3 həftə keçirib vizamı təzələyib yenidən ABŞ-a gəlməyim, bir ayın içində körpə ilə 2 dəfə 19 saatlıq səmalarda gəzişmək☺, 8 mart, bacım oğlunun 5 yaşı, çərşənbələr və Novruz bayramı gözümün önündən bir saniyə kimi ötüb keçdi sanki. Halbuki, bu tarixlərin hamısnı gözləyir insan.  İndi isə qabaqda çimərlik mövsümünü, günəşli günləri, oğlumun ilk sözünü, ilk addımını və s. və s. və s. gözləyirəm. Amma kaş bunlar bir göz qırpımında keçib getmə

SON PİLLƏ VƏ YENİ BAŞLANĞICA SEVGİLƏRLƏ - 29

Image
                                                                        .... yazımı çox sevdiyim bacılarıma həsr edirəm ..29 yaş Zaman gəldi çatdı və mən də yeni yaşımın verdiklərini, aldıqlarını, qaytardıqlarını, öyrətdirklərini, unutdurduqlarını yazmaq üçün gəldim. 29 sanki çılğın gəncliyin son pilləsi kimi gəlir mənə. 30 yaş daha olğun, daha müdrikləşmişdir sanki, 20lərə bənzəməz. Sanki həyat 20nin son pilləsi ilə yeni həyatımın başlanğıcını bilərəkdən kəsişdirdi ki mənə bunu qəbul etmək çətin olmasın. Sözsüz və qəti şəkildə deyə bilərəm ki, indiki həyatım, qayğılarım o qədər fərqli və gözəldir ki... Amma, amma.. keçmişimi də az düşünmürəm şəkillərə baxıb zamanı vərəqlədikdə... nə isə, mətləbdən çox uzaqlaşmayım mən. Bu gün əslində fərqli bir şey yazmaq istəyirəm, təkcə bu yaşımın deyil, 20lərin mənə öyrətdiklərindən -sevgidən, ələxsusda sevilməkdən. Və buna görə də bir az keçmiş illərə uşaqlığıma qayıdacağam. Təkcə yazımda yox, gözümü yumacağam və düşünərək, hiss ed