İLİN SON YAZISI - 8 -

yeni ildə köhnə ilə..

..bu ilin necə keçdiyini bilmirəm. elə də xatirlamiram. Mənim üçün bir göz qırpımında keçdi hər şey. Dərindən düşünəndə görürəm ki, elə də ciddi dəyişikliklər baş verməyib. Amma oğlumun gözü ilə baxdıqda isə bir ilə bir möcüzəni böyüdərək, qayğısına qalaraq insani instiktləri, vərdişləri öyrədərək necə böyük yol qət etdiyimi anlayıram. Yuxusuz gecələr, yorğunluq, özünü bəyənməmə, əsəb, bəzən stres, lakin bir körpə nəfəsi və gülüşü ilə hər şeyi unutmaq..

mənim 2017ci ilim ana olmağı öyrənmə ili oldu..
mənim 2017ci ilim anamı daha çox anlama ili oldu..
mənim 2017ci ilim bir az soyuqqanlı olma ili oldu..
mənim 2017ci ilim növbəti macəramın sonuncu ili oldu..

mənim özüm üçün edə biləcəyim iki şey var bu həyatda, biri kitab, digəri isə səyahətlərdi..

Məlum səbəblərə görə bədii kitab oxuya bilmirəm, təəssüflənirəm ki hələ də beynim kitab oxuma gücünü itirib. Amma əvəzində bu il bolluca uşaq pedoqogika və psixologiyası, sağlamlığı ilə bağlı yetəri qədər məqalələr oxudum. Yuxarıda qeyd etdiyim kimi, ana olmağı öyrənmək, axı bu asan deyil.. :)

Amma gəl ki bolluca səyahət etdim sevdiyimlə və balaca səyyah oğlumuzla. Bu il ölmədən öncə etməli olduğum siyahımda "okeanı görmək" sırasının üzərindən xətt çəkdim. California dreams yaşadım. Vaşınqton ştatının bir çox şəhərlərini gəzdim, ABŞ-ın ən böyük National Parkı olan Mount Raineri öz gözlərimlə gördüm.

..xatirələrimizi zənginləşdirdik, gözümüz doyduqca gözəlliklərə baxdıq, içimizi təbiətin əsrarəngiz möcüzələri ilə doldurduq, insanların mehriban münasibətləri ilə isitdik.

..və 2017nin astanasında bəlkə də yeni macəralara yol almaq üçün geriyə, Bakıya bilet aldıq :)

Bu ili 4 fəsil olaraq keçirdim Amerikada, Amerika həyatı ilə daha yaxından tanışdım, hər üzünü gördüm yaxşını da pisi də, qorxunu da. Bəli, insanların azad ruhunu sevdim. Onlardan biri olmaq istədim, yalan deməyəcəyəm, və anladım ki, həqiqətən də amerikalı olaraq dünyaya gəlmək artıq bir  addım öndə olmaq deməkdir. və nə gözəl ki biz balamıza bu öncəliyi verə bildik.

həyatımın ən unudulmaz ili olaraq 2017ci ili qırmıılı göylü ağlı və ulduzlarla dolu olaraq xatirələr dəftərimə yazdım, nə gözəl ki yazdım, yaşadım.

2018.. - sonsuzluq ili. səndən dəhşətli möcüzələr gözləmirəm. sadəcə ürəyimdəkiləri mənə gətir. məni sıxma, incitmə, sevdiklərimə dəymə, arzularımı sınağa çəkmə, gözümü yolda qoyma, həyatımı ver mənə, səhvlərdən çəkindir, mehribanlığı qaytar, göz yaşını yaxın buraxma, sinirləri, əsəbləri tarıma çəkmə, tarıma çəkilən ancaq atamın sazının simləri olsun :)

..və göydən 3 alma göndər biri həyat dostuma, biri mənə və birini də oğluma

...arzulamaqdan əsla vaz keməyək, hər yeni il istəyək, istədikcə xəyal edək və inanaq! onda mütləq xəyalımzdakıları yaşayacağıq, əmin olun buna..

Mənim balaca elfim :)

                                                      03.01.2018




Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)