Posts

Showing posts from 2012

İLİN SON YAZISI (3)

Image
- Mövzü tap söhbət edək.. - Nədən danışaq ki? - Bilmirəm nədən istəsən, bir mövzu tap.. - Mövzu yoxdu dai, qurtarıb. - Mövzular qurtarmır, insan qurtarır. - Onda mən qurtarmışam, təbrik edirəm özümü... Həyatdan bir parça...

KEÇMİŞDƏN BORC ALINMIŞ GÜLÜŞ...

Image
İlk dəfə necə, nə zaman güldüyümü nəinki mən, heç kəs xatırlamır.. Amma ilk ağladığım günün dəqiq tarixini belə bilirəm, təkcə mən yox elə hamı. Həyatın "qanunu" deyək. Hərçənd ki, bu qanunu pozan və doğularkən ağlamayan körpələr də var. Düşünürəm ki, onları həyatı görəsən fərqli olur? nə isə, mövzu başqa mözvudu.. Nə üçünsə insalar özləri böyüdükcə ağlamağı unudur, yadırğayır ..və \"ağlaya bilimrəm\" ifadəsi. Yəqin ki çox adama yad deyil. Ya da tam əksi.. Həyatın hər kəsə verdiyi pay deyək buna.. Bəzənsə güluşlər oğurlanır... Bircə təbəssümə həsrət.. Süni olmayan, ilıq təbəssümə.. həyat oğurlayır üzündən gülüşünü, ya da gözlərindən. Elə ən pisi də gözlərdən oğurlanan gülüş deyilmi!? Üzdə yalançı gülüşə nə var ki.. Gələcəyə qaçmıram heç.. Artıq orda nə baş verəcək, nə olacaq mənə maraqlı gəlmir.. Ən pis halda qorxuram. . . bəlkə də keçənlərdə ona görə "keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim" deyilib.. Keçmişdən borc aldığım gülüşü

ALATORANLIQ ÜMİDLƏR...

İsti yay günlərinin birində ümidim azdı.. Yerini bilirdim adətən, mənə elə gəlirdi ki, hara gedəcəyini bilirəm, ona görə də izinə düşmədim.. Amma fələyin hesablamaları ilə ortaya çıxardığı say mənim sayım ilə üst-üstə düşmədi. Ona görə də "Mən saydığımı saydım, bir də fələyin saydığına baxdım".. İtirdim ümidimin izini, bilmədim hansı günün qaranlıq gecəsində, kimsəsiz döngəsində itib qaldı.. Bir zamanlar təqvimdəki günləri qovalayan mən, indi hər gecənin getdiyi yolların arxasınca "su çiləyirəm".. Ümid itməz deyirlər, itsədə axtarır hamı onu.. Lap başqasının ümidlərini borc alır ən çətin anda. Mənə baxmayın ki, itimişəm, özüm də itmişəm.. Onu axtarmaqdan ki əlimi uzməmişəm, əlimdə çırağım soraqlıyıram geriyə.. Kəsilməz ümid deyilmi?.. Ən nazik və sonuncu bağla olsa da bağlanar insanın ruhundan Allaha doğru. . .

SOMERSET MOEM - "AY VƏ QARA QƏPİK"

Image
Kitabı necə aldığımı keçən yazılarımın birində yazmışdım.. Həqiqətən də kitabın üz qabığındakı Pol Qogenin öz rəsmi insanı istər istəməz cəlb edir.. Necə ki, bütün əsər boyunca Moem bu kobud, acıdil, yalnız özünü düşünən bir insanın ətrafdakılar tərəfindən diqqəti cəlb etdiyini uzun uzun bəhs edir, yəqin mənim də diqqətimi kitabın üz qabığı çəkmişdi.. Yadımdadı, üniversitetdə oxuyarkən Mədəniyyət tarixi fənnini bizə sənətşünas Kübra Əliyeva keçirdi.. Onun dərslərini elə çox sevirdim, mühazirələrini elə sevə-sevə dinləyirdim ki.. Hətta o fənn üçün ayırdığım dəftər ən səliqəli və indiyə qədər saxladığım dəftərdir :) Sözün qısası, o bizə Qogen haqqında da mühazirə yazdırmışdı və o zaman onun Londondan nə üçün Taitiyə köç etdiyi mənim elə də diqqətimi cəlb eləməmişdi. Amma onun haqqında bu avtobioqrafik əsəri oxuduqca, vikipediyada, ümumiyyətlə internetdə istər istəməz onun haqqında məqlələr axtardım, çəkdiyi rəsm əsərlərinə baxdım... Əsər haqqında onu deyə bilərəm ki, həqiqətən uz

KİTAB, YAĞIŞ VƏ O...

Image
 Bu gün Bakı küləklər şəhəri deyil, yağışlar şəhəri oldu.. Leysan yağış bəlkə də insanların əksəriyyətini görəcəyi işlərdən, gedəcəyi yerlərdən kənar qoydu, amma mənə həmişəki kimi təsir eləmədi. Ömrümün müəyyən ilindən sonra həyatımda iki şey mənim üçün çox sevimli oldu: Onu tanıdığım gündən yağış, Onsuz qaldığım günlərdən kitab.. Hər üçünü bir arada yaşamağın Dadı isə tamam fərqli... :) Bu gün dünya tarixinə qorxulu 11 sentyabr hadisələri kimi daxil olsa da, mənim həyatımda tamam fərqli hisslər yaradaraq yadda qaldı.. Elə kitab almaq üçün işdən çıxmağa hazırlaşırdım ki, leysan yağış qabağımı kəsdi, mənim də oturub pəncərədən yağışın səsinə qulaq asmaqdan başqa çarəm olmadı :) Yağış səngiyəndən sonra hərdən birdən saçımı isladan yağış damlaları ilə birlikdə kitab mağazalarına üz tutdum.. Əvvəlcə Sabir bağı ilə üzbəüz Akademkitabxanaya, sonra isə Nizami müzeyinin altındakı Akademkitabxanaya üz tutdum.. Və telefon zəngi.. Sevdiyim üç nəsnəni bir arada, eyni anda yaşamaq...

FYODOR DOSTOYEVSKİ - "QUMARBAZ"

Image
Keçənlərdə qeyd elədiyim kimi, ilk dəfə idi ki ikinciəl kitab almışdım və aldığım kitabların içindən Dostoyevskinin "Qumarbaz"ını əlimə götürdüm. Hardasa 2-3 ay əvvəl Bulqakovun "Master və Marqarita" əsərini oxumaq istəmişdim və bununla rus ədəbiyyatını özümçün kəşf edəcəkdim guya, amma alınmadı.. Hardasa 10 səhifədən sonra yarımçılıq qaldı və "Qumarbaz" rus ədəbiyyatından oxuduğum ilk bədii əsər kimi kitab tariximə düşdü :) Əsər haqqında onu diyə bilərəm ki, maraqlıdı.. İnsanın nəyəsə motivasiya olması ilə, istədiyini əldə edə biləcəyi hissini aşıladı məndə.. Bir də asılılıq.. İngilscə gəldi dilimə söz - "bad habits" :) Başqa nə diyə bilərəm ki? Dostoyevski və onun əsərlərinin yəqin ki heç bir şrəhə ehtiyacı yoxdur.. Deyim ki, əsər məndə dəhşətli güclü təəssürat yaratdi yalan olar.. Amma maraqlı idi. Ən azı karandaşım bekar durmadı :) Həm öz seçdiyim, həm də kitabın birinci sahibinin seçdiyi cümlələri paylaşmaq fikrim var. İkinciəl kit

MƏNASIZ SÖZLƏR...

İçimdən gic gic sözlər, cümlələr yazmaq gəlir, bir biri ilə əlaqəsi olmayan.. İndi mən onları bir bir yazacağam ağlıma gəldikcə və həmişə də əlavə eləyəcəyəm. Oxusaz gülmüyün.. :( *** Aldanmış kəvakib, Santyaqo, Eynulla, Kürdəxanı, Filosof, Keşməkeş, Xırtdəy, Veronika ölmək qərarına gəlib, Ərəbzəngi ..to be continued  *** Nifrət Əzab Reklam İyrənc Kişi "Çok komik"  ..to be continued *** Rakkıdı çıkkıdı Nargilə Soltan Mimino ..to be continued *** Kobud Kitab Nəfəs Qəzəb Tutu ..to be continued *** Eşşək İlham Sakit İsfəndiyar Müntəzəm Stabil İş güc

KİTAB RƏFİMDƏN...

Image
Kitabları sevirəm.. Kitab oxuyarkən bu dünya ilə bağlantım kəsilir elə bil ki.. Ona görə də kitabların dünyasında itməkdən zövq alıram.. Bəlkə də bəzi əsərlərin dərinliyinə varmıram, bəlkə də düşünməli olduğum məqamların üstündən atdıyıb keçirəm, amma sevirəm.. Ən çoxda karandaşla işarələdiyim cümlələri bəzən iki-üç dəfə oxuyub sonra davam edirəm əsərə. Bir də əsəri bitirdikdən sonra işarələdiyim cümlələri təzədən oxumaq kimi adətim var. Hərdən hətta "nə üçün görəsən bu cümləni işarələmişəm ki?" sualını verdiyim də olur öz-özümə. Oxuyan anda nə fikiləşirsənsə, nə hiss edirsənsə həmin anki reaksiyandı o işarələr.. Bir də bəzən mahnıdan sözlər, ya da həmin anda beynimdə dolaşan fikirdən bir söz yazıram kitabın qırağına.. Və kitab olur ikinci əl, kitab yaşayır, kitab oxulduqca, açıldıqca yaşayır.. Bir dəfə maraqlı bir ifadə oxumuşdum - "Heç bir kitab bakirə qalmasın!" Xülasə, sözün qısası onu demək istiyirəm ki bu yaxınlarda ilk dəfə ikinci əl kitab aldım :) S

SENTYABR...

Image
Növbəti sentyabrın ilk günü.. Bilmirəm nəyə görəsə sentyabr mənə sevimli aydır.. Onda nələrin gizləndiyini bilmirəm, bəlkə payız, bəlkə yağış. Amma onları sevməyin, onlara yazılar həsr etməyin daşını çoxdan atmışam..Nəsə daha başqa.. Heç bir sentyabr gəlişi bir-birinə bənzəmir.. Hər il sentyabrda gözləntilər olur amma heç bir gözləntilər bir-birinə bənzəmir.. Mən də heç özümə bənzəmirəm.. Sadəcə hisslərimi "sentyabr" sözü keçən bəyəndiyim musiqilərlə ifadə eləmək istəyirəm.. *** Green Day - "Wake me up when September ends" *** Игорь Крутой - "Ты в моем сентябре" *** Daughtry - "September" *** Wille Nelson - "September song" *** P.S. İstədim Çaykovskinin "İlin fəsilləri" adlı möhtəşəm və çox sevdiyim əsərindən "Sentyabr" ayı üçün bəstələdiyi hissəsini paylaşım, amma fortapianonu öyrənən zaman aşiq olduğum "İyun" ayından yan keçə bilmədim.. 2 ay geriyə

Kim deyə bilər ki...

Susdum, uzun müddət susdum həm də.. Əvvəlcə gözlərimdə parlayırdı susqunluğumun gətirdiyi sevinc.. Susmağı sevirdim, o da məni.. Kitabları sevirdim.. Bəstələri sevirdim.. Şəkilləri sevirdim.. Günəş doğmuşdu axı! Mənə gizlənmək lazım deyildi.. Səbəb başqa idi. Mən başqa idim.. Amma kim deyə bilər ki, günəş hər zaman parlayacaq axı!? ..kim deyə bilər ki, alatoranlıqlar olmayacaq heç zaman!? kim söz verə bilər axı "əkilən" təkcə güllərdir!? kim deyər ki, günləri saymaq ancaq xoş günlər üçündür... İsti avqust gecələrində bəzən 24 saatı 12 aya bərabər hiss etdim.. Kim deyə bilər ki axı 12 aya bərabər olmadı heç...  İnsan nə üçün itirməkdən qorxur soruşdunuz!? İnsan acizdır çünki.. edə bilmdəikləri, müdaxilə edə bilmədikləri qarşısında lap cılız görünür... Mən artıq yorulmuşam xoş günləri həftələrlə ertələyib gözləməkdən.. şükürlü günlərimsə saysız hesabsız.. Bəlkə də, heç nəyi bilmirəm deyə yenidən gizləndim.. gözləmək gizlənməkdirmi məgər!? Yenidən ardı gəmir yazının.. susdum.

NO COMMENT...

Image
Ne seveni, ne de gideni, Hepsinden vaz geçtim. Aşklarım dillere düştü sayenizde! E buymuş aşk bestesi dedikleri... Ne dünyayı yakarım, Ne de kırarım kadehleri. Sevgiye inanmaz oldum sayenizde.. Tükenmiş delikanlı aşk dedikleri. Ne gülerim, ne de kızarım Ne de arkasından ağlarım. Yüreğim aşklara küstü sayenizde... E bıktım artık fahişe gönüllerden! Ne okyanuslar kadar derin, Ne de gökyüzü kadar sakin. Fikirler alt üst oldu sayenizde.. Korktum artık çarkların dönüşünden. Of Allah'ım of Nedendir hep zorda sana gelişim!? Of Allah'ım of Ofları Tekelledim sayenizde.. Of Allah'ım of Nedendir hep zorda sana gelişim!? Of Allah'ım of Sevgiyi tükettim sayenizde Kendimi kaybettim sayenizde...   Bu aralar fikirlərimi yalnız musiqilər dilə gətirir, sözlər gizlənib, yoxdur..

BRAINSTORM - MAYBE..

Image
Mahnının ifaçısının adı beynim, mahnının öz adı isə beynimdə fırlanan sözdü... Ən xoşma gələn cümlə: Maybe My animals live on your Zoo..

iSTi AVQUST...

Yazmağa başlamaq asan olmur son zamanlar.. Yazıram, heç birinci abzası bitirməmiş "backspace" düyməsi öz işini görür.. Ona görə yox ki, yazmaq istəmirəm ya da yazamğa nəsə tapmıram.. Yox , yox.. İçimi yeyib bitiriən fikirlərin əlindən qaça biləcəyim tək-tük yerlərdən biridir bu ağ rəngli yazı qutusu. Bəzən yazıb sadəcə yaddaşda saxladığım heç uzə çıxartmadığım gizli yazılarımın sandığı... Deyə bilmərəm ki, indi yazıqlarım uğurlu  başlanğıc oldu yazı üçün. Amma bir abzası yaza bildim.. Deməli əsas mövzuya keçid verə bilərəm. Axı özümü bilirəm, fikirlərim çoxalanda, yazmağım çətinləşir.. Əslində yazmaq istədiyim keçən il qəfil gələn soyuq avqustdan fərqli olaraq bu ilki isti avqustdur.. Avqust... Nə aydır belə!? Elə bil insanların bütün ümidləri bu ayın gətirəcəklərinə bağlıdır nədir!? Mən heç bir sehir, heç bir fövqəladə güc-qüvvə axtarmıram da burda.. Sadəcə gözləmə ayıdır.. Təkcə hal-hazırda baş verənlərlə əlaqəli deyil. Bilmirəm, nə bilim.. Elə her şey.. Avqustun ilğım

BOOKSHELF..

Image
Dünən adətim üzrə internetde "surf" edərkən, bir blogla qarşılaşdım. Kitab rəfləri, onların dizaynı və s. hər şey tapmaq olar burda. Kitablar haqqında maraqlı və faydalı məlumatlar da öz yerində. Adətən bu tip bloglarda mənbələrə istinad edilməsə də, söz gedən blogda şəkillərə qədər bütün mənbələr göstərilib. Bir sözlə blogun sahibi Alex Johnson www qanunlarına sadiq qalıb, daha çox kitab haqqında mənbələr göstərərək hörmçək toru yaradıb, sağ olsun :) Beləliklə, özüm üçün daha bir maraqlı blog kəşf etdim - BOOKSHELF :)

YAZDIM Ki YAZI OLSUN...

Nəsə yazmaq istəyirəm.. Bir şey var ki, bilmirəm yazacağım bu "nəsə" həyatın özündənmi olsun, poetikmi olsun, necə olsun.. Amma mən elə belə yazmaq istəyirəm... Sözləri sadəcə bir birinin ardınca düzmək, heç beynimdə, ürəyimdə dolaşan fikirləri də deyil.. Elə belə, ordan-burdan olan fikirləri.. Axı mən elə belə yazmaq istəyirəm.. Məsələn elə bu dəqiqə 10-cu sinifdə oxuyarkən aylıq divar qəzeti hazırlamağımı xatrıladığımı yazmaq kimi.. Adı "Ordan-burdan" idi.. Necə həvəsli idim. Elə o vaxtdan yazıram.. Elə belə, özüm üçün.. Ardı gəlmir.. Səbəbsiz... Barmaqlarım istidən dondu. Sükut və ilbislərin səsi.. Sükut və klavyaturanın səsi.. Sükut və maşınların səsi.. Sükut və hardansa tökülən su damlalarının səsi.. Hər şey yaxşı olacaq!

GÖZLƏNTİ...

Şablon başlıqla başladım bu yazıya "insan dünyaya gələndən gözləyir.." misali.. Amma sonra tez pozdum. Çünki hal-hazırda hiss etdiklərimi heç bir dünya gözlənitləri ilə müqayisə etmək mümkün deyil.. Nədir ki gözlənti? Nədir ki gələcəyini bildiyin qatarın 2-3 dəqiqə gecikməsi.. Nədir ki bişəcəyini bildiyin yeməyin 15 dəqiqə gec bişməsi.. Nədir ki zəng edəcəyini bildiyin sevgilinin 1 saat gec zəng vurması.. Nədir ki!? Daha fəqrli və daha çox incidən, gözünü dörd açıb saata zilləyərək əqrəblərin tıkkıldatdığı hər dəqiqəni saymaqdır əslində gözlənti, naməlum cavabın içini içdən gəmirən, bilmədiyin məchulluqda beynin var gəl etməsidir gözlənti. Əslində nəfəs qədər vacib olan gözlədiyin telefon zənginin bir az daha gecikməsi, ya da xoş xəbərin müjdəçisini Allaha səssiz çığırtıların və yalvartılarınla etdiyin dualar içində eşitməkdir gözlənti.. Başa düşmədiyin, anlamadığın və heç vaxt da anlamayacağın insan bədəninin rentgendəki əksinə dəqiqələrlə və diqqətlə baxmaqdır gözlənti, n

HAPPY BIRTHDAY MOM...

Image

KEK YAPTIM..

Image
Hər şey necə oldu bilmirəm.. Birdən, qəfil və.. və həvəsli.. Amma elə bil ki bir az əksini gördüm.. Deyirlər həmişə xəyal qurma..! Axı nəyə görə bu mənfur söz həmiş düz çıxır!? Sadəcə xəyal qurmamaq lazım imiş.. Ya da düşündüyünü dilə gətirməmək kimi bir şey..Bunun nə üçün belə olduğunu bilmirəm.. Bir də son zamanlar telepatik ölmüşam bir az.. Neyçünsə dediyim bütün sözlər çıxır bir bir.. Eh kaş heç deymiyim.. Böyük həvəslə gözlədiyim "tətilim" haqqında isə sonra danışacağam.. Hələ susum bir az.. Bir də "kek" bişirmək həvəsindəyəm bu aralar..  :( Ben de tarifi öyrenince, Kalktım kendime kek yaptım .. <p><p><p>kgkjgjhgjh</p></p></p>

KADINLAR SUSARAK GİDER...

Image
kadınlar susarak gider... çok uzun emekler verir ilişkisini yürütmek için. birinin kadını olmayı yüreği, beyni, ruhu o kadar zor kabul etmiştir ki, başka bir adama ait olmayı istemez. erkek gibi, çorbanın tuzu eksik diye kavga çıkarmaz mesela, tam tersi, konuşmamız lazım der. erkekler de en çok bu cümleye sinir olurlar. ertelenir o konuşmalar, maç bitimine, yemek sonrasına ve daha birçok lüzumsuz şeyin ardına ötelenir. kadınlar inatçıdır, hayata tutundukları gibi, aşklarına da sahip çıkarlar. bu yüzdendir, konuşup derdini anlatma isteği,  karşı tarafı ikna edene kadar uğraşırlar. sonunda pes eder adam, bir ışık görür kadın, tüm derdini paylaşır. genellikle ne cevap alır? abuk sabuk konuşma! gereksiz ve saçma gelmiştir adama anlatılanlar, hiç de üstünde durmamıştır. yine bir sıkıntı, tatmin edilemeden geçiştirilir ve adam gün gelip bunların kendisine ok gibi döneceğini bilemez. bir kadın şikayet ediyorsa, ya da erk

MUSTAFA MƏSTUR - "CÜZAMLI ƏLLƏR VƏ DONUZ SÜMÜYÜ"

Image
İran ədəbiyyatı ilə Mustafa Məsturun sayəsində tanış oldum. Oxuduğum ilk iran yazışısı və əsəri oldu. Əsər insanda qəribə təəssürat yaradır. Çoxmərtəbəli binada yaşayan qonşuların həyatından bəhs olunan əsərdən maraqlı kino və ya serial çəkmək olar :) Qonşular arasında hər təbəqədən adam var - həkimi, jurnalisti, fahişəsi, dəlisi, qatili, pis əhatəsi olan gəncləri və s. Kitabda annotasiyanı oxuyanda yazıçı haqqında yazmışdılar ki, təsvirə çox yol verən yazar.. Mənə  də maraqlı idi ki, görəsən bu təsvir necə bir təsvirdir. Deyim ki, gülün, dağın, təbiətin və ya otağın təsviri? ..deyil, məhs insan xarakterinin, düşdüyü vəziyyətin və olan hadisələrin təsvirindən söhbət gedir.  Adətim üzrə kitabı karandaşla oxumağa başladım və bəyəndiyim cümlələri işarələdim. Kitabı bitirdikdən sonra işarələdiyim cümlələrə göz gəzdirdim, qəribədi, bəyəndiyim cümlələrin əksəriyyəti dəli obrazında verilmiş Daniyalın monoloqlarıdı... Kitabın adı məndə maraq doğurmuşdu - cüzamlı əllər bə donuz sümüyü

HERMAN HESSE - "DEMİAN - Emil Sinklerin gənclik hekayəsi"

Image
Alman ədəbiyyatı ilə ilk dəfə Herta Müllerin "Nəfəs yelləncəyini" oxuyaraq tanış olmuşam. Sevirəm alman yazıçılarını. Ümumiyyətlə tarixə baxanda da, alman tarixi mənə daha qəliz və əsil siyasət kimi gəlir.. Siyasətçilərinin gördüyü iş, hələ Bismarkın özü.. (indi ağlıma gəldi ki bir gün Bismarka bir məqalə yazım). Nə isə.. Çox uzağa getməyim, bu dəfə də Herman Hessenin ikinci əsərini oxudum - "Demian"ı. İlk dəfə isə "Siddhatha"nı oxumuşdum.. Hesse qəliz yazır.. İnsanın daxili aləmini fərqli dərk edir. Onun yazdığı əsərləri oxuyanda, bəzən cümlənin üstündə bir neçə dəqiqə düşünürəm. Məsələn sözü gedən əsərdə "Quş yuvadan çıxır. Yumurta - dünyadır. Kim doğulmaq istəyirsə, dünyanı dağıtmalıdır. Yumurta Allaha doğru uçur." - bu cümlə məni bir xeyli düşündürmüşdu.. Hətta Salvador Dali yuxarıda qeyd olunan cümlyə aid bir rəsm əsəri belə çəkib.. Bunu da az əvvəl axtarış aparanda bildim :) Əsərdə Sinklerin uşaqlıqdan, məktəb yaşlarından tutmuş yetkinl

GƏZDİM.. GÖRDÜM.. (AMATEUR PHOTOGRAPHER No. 4)

Image
Bütün problemləri Bakıda qoyub Azərbaycanın şimal bölgəsinə 3 günlük səfərim oldu :) Qəbələ, Şəki, Gəncə, Mingəçevir, Zaqatalanı gördüm, baxdım, müşahidə elədim.. Çoxlu şəkil çəkdim, yedim, dağları, çiçəkləri, buludlari seyr elədim və bir sözlə gəzdim. :) Gəzinti zamanı yadda qalan bəzi hadisələr oldu, məsələn: - Zaqatala yolunda Qarabaldır kəndinin adına xeyli gülmüşdüm :)) - Qəbələdə "Filqulağı" istirahət zonasının adı da çox maraqlı gəldi :)) - Şəkidə ev və torpaq alqı satqısı ilə musiqi alətləri bir yerdə satılır :)) - Kiş Alban məbədindən çıxarkən

((= MƏZUNİYYƏT .. VACATİON.. OTПYCKA =))

Image
Nəhayət ki 3 illik uzun fasilədən sonra mən məzuniyyətə çıxa bildim. Xatirliyiram, sonuncu dəfə 2008-ci ildə tələbəlik illərində kursdan-kursa keçərkən istirahət eləmişdim :) Və budur.. Nələr hiss etdiyimi dilimə gətirə bilmirəm.. Sadəcə xoş bir boşluğun içindəyəm elə bil.. Bütün il(lər)in stersi, ağırlığı hamısını qırağa qoymaq istəyirəm.. Öyrəndiklərimi, etdiklərimi yaddaşımdan silmək istəyirəm.. Yaşadıqlarımı unutmaq.. sadəcə "rest" =) Axı mənim əsas hüquqlarımdan biri də istərahət etmə hüququmdu! Bəli.. və budur mən istirahətdəyəm :) URA! O qədər çox planlarım var ki, bu 21 günlük yay tətilim üçün.. Siyahımın uzunluğu bizim evdən sizin evə qədər uzanar :) (təbii ki əgər qonşu deyiliksə :D). İnşallah hamısı da olmasa əksəriyyətini həyata keçirməyə çalışacağam, ən əsası isə çoxlu çoxlu kitab oxumağa imkanım olacaq. Çoxlu kitab almaq və kitabxanamı daha da zənginləşdirmək fikrim var.. Mən daxil, bu gündən istirahətdə olan hər kəsəəəəə xoş istirahətlərrrr .. =) P.S.

AMATEUR PHOTOGRAPHER No. 3

Image
Müxtəlif yerlədə, müxtəlif zamanlarda tutduğum anlar... :)

GABRİEL GARCİA MARQUEZ - "EŞQ VƏ BAŞQA CİNLƏR"

Image
ƏSƏR HAQQINDA: Qabriel Qarsia Markesi keçən il kəşf eləmişəm. Mistik-relist üslubun dahisi deyərdim Markesə. Bu yaxınlarda hətta onun ölüm xəbəri şayəsi də yayılmışdı. Təəssüflənmişdim... Amma yaxşı ki, şayə olaraq qaldı. "Eşq və başqa cinlər" əsəri haqqında nə deyə bilərəm? Maraqlıdı.. 12 yaşlı vəhşi qız Siyerva Mariya ilə 33 yaşlı Allaha bağlı olan kitabları çox sevən, üstün zəkaya malik keşiş Delauranın yasaq eşqi.. Cinvurma kimi mövhumata uyan kilsə əhli.. Vəhşiliyin sevgiyə çevrildiyi eşq hekayəsi.. "Bir uğursuz, sonu faciəli eşq hekayəsi".. Mareksi sevən hər kəsə məsləhətli kitabdı. Əsərdən yadda qalan cümlələr: * Xoşbəxtlik sağalda bilməyəcəksə, başqa əlac axtarmayın. * O günlərdə Siyerva Mariya, mahnılarda deyildiyi kimi, eşqin hər şeyin öhdəsindən gələ bilib-bilmyəcəyinin həqiqət olub olmadığını soruşdu ondan. - Doğrudur, - deyə atası cavab verdi, - amma sən buna inanmasan yaxşıdır. * Yoxsulluğunun səmimiliyi elə ilk baxışdan özünü bəl

MƏNƏ MARAQLIDIR.. ;)

Bir neçə gün bundan əvvəl fb-da maraqlı bir blogla qarşılaşdım, adı kitabxanam olan blog həqiqətən xoşuma gəldi. Ondan sonra bu gün də kitab adam yemir kitab klubunun bloguna təsadüfən baş çəkdim. mən ümumiyyətlə bu tipli saytı ilk dəfə kitabı karandaşla oxuyanlarda görmüşdüm. çox bəyəndiyim və darıxanda baş çəkdiyim, bir kitab oxucusu üçün faydalı hesab etdiyim saytdı. Bloglara gələndə isə keçən ilki təşəbbüsüm yadıma düşdü.. :( hər halda vaxt var idi qeyd etdiyim bloglar fəaliyyətə başlamamışdan çox əvvəl mən də oxuduğum kitablar haqqında şərhlər yazırdım bloguma tez-tez.. Amma sonra tərgitdim.. Təəsüf ki tərgitdim. Amma oxuduğum kitabların şərhlərinin yenidənbərpası bu gündən başlayacaq. Kitablarıma qayıtmağım məni çox sevindirir.. O qədər kitab alımışam ki bu il.. Siyahısını mütləq qeyd eliyəcəyəm :) P.S.Bir də Cartoondan evlər adlı bir blog var idi. Təəsüf ki, bu gün o blogun gizli fəaliyyətə keçdiyini gördüm.. Bəyəndiyim və həmişə izlədiyim bloglardan biri idi.. =( İndi i

BİR ADDIM DAHA GECİKDİM...

Əslində hardan necə başlayacağımı bilmirəm.. özümü "qanadı qırılmış qaranquş" kimi hiss eliyirəm. bir də ürəyimin bir hissəsi yamaaan sıxılır. nə üçün bu yazını yazıram!? - uğura bir addım daha gecikdiyim üçün.. bilirəm ki, bu dünyanın sonu deyil, bilirəm ki çətin idi.. Amma mən ki, çətinliyin öhdəsindən gəlməli idim, mən ki bacarmalı idim.. əslində səbəbləri bilirəm, amma gizlətmişəm özlüyümdə.. yenidən kitabların içində itib, orada özümü tapmağa davam.. ..addımlarımı daha tez tez atmalıyammış! ..alınmadı 3:0 mənim ziyanıma... :(

MY VALENTINE...

Image
Mənim sevgim.. Gələcəyini bilirəm.. Dəyişdirəcəksən gəlişinlə boz olan şəhəri, rəngarəng olacaq dünyamız.. Sonra.. Sonra heç vaxt getməyəcəksən.. Bir ömür qalacaqsan kölgəmdə, məni saxlayaraq öz kölgəndə.. Mənim sevgim.. Gələcəyini bilirəm.. Bilirəm çətinlikləri də, sıxıntılı gecələri, darıxdırıcı səhərləri də.. Həsrəti də bilirəm, sonda əllərinə toxunacaq titrək əlləri də.. Bir ömür qalaram kölgəndə, məni saxlasan öz kölgəndə.. Mənim sevgim.. Gələcəyini bilirəm.. Ayrılıq adlı qaranlıq kabusdan oyadacaqsan məni.. Səni qarşılayacağam iyulun istisi ilə.. Çəkəcəyik o zaman kölgələrimizin rəsmini  səhərlərdə. Səhərlər qarışacaq gecələrə.. Gecələrsə şahid olacaq nələrə.. nələrə.. Yuxularımız qarışacaq bir birinə.. Sonra sabah olacaq.. Yeni görüş.. Sənsizlikdən uzaq sabahlarda "sənsizlik" sözünün nə demək olduğunu danışacağıq bir-birimizə uzun-uzun.. Sonra çıxardacağıq kitabımızdan o sözü də.. Mənim sevgim.. Gələcəyini bilirəm.. Onun üçün də gizlənmişəm sevgimizin kö

ÜRƏYİMDƏKİLƏRDƏN BİR İKİ KƏLMƏ...

Xeyli müddətdi ki, fikirlərimi ürəyimdə yığıb-yığıb boş yer saxlamamışam.. Düşündüm ki, onların bəzilərindən azad olmağın vaxtıdı yəqin ki. Bir neçə həftədir ki, əlim heç bir işə yatmır və təəssüf ki bu özünü yazılarımda da göstərir.. Elə bir ki, fikrimi ifadə eləmək istəmirəm.. Gizlətmək istəyirəm hamıdan düşündüklərimi, özümün gizləndiyim kimi... Amma əlbəttə ki hər şeyin müəyyən həddi var.. Ürək doldu və artıq bacarmır.. Nə isə.. Şikayətin vaxtı döyür =) Dünən idi səhv etmirəmsə (günləri bu aralar qarışıq salıram, çünki gələcəyə qaçıram..), evə gəlirdim avtobusda, bir də gördüm ki qabaqda nəsə qarmaqarışıqlıq kimi bir şey var.. Şofer bir az da sürdü və aydın oldu hər şey.. Gəlin və bəy öyrəndiyimiz "Mercedes", "Hundai", "Jeep" və s. markalı maşında yox, bir ağ ata qoşulu faytonda gedirdilər. Bəylə gəlinə baxdım.. Ürəyimdən biixtiyar "Xoşbəxt olun!" kəlməsi keçdi.. Arabanın arxasınca toy qonaqlarının maşınları, və onların ardınca toya heç bi

GÜNLƏRDƏN ÇƏRŞƏNBƏ AXŞAMI...

Günlərdən  yenə çərşənbə axşamı.. Səssiz, kimsəsiz, sakit.. Təkbaşına növbəti gecənin içinə qarışıııb, qarışıııb.. itirəm.. Elə Bakı da mənim kimi səssizdi.. Susqundu.. Kimsəsizdi sankı.. Amma yox o kimsəsiz ola bilməz axı.. O gecələrdə neçə-neçə "mənim kimilərin" sirdaşı olur.. O düşüncələrin qonağı olur.. Sözsüzdü Bakı.. Onu sözlərimlə bəzəyə bilməyəcəyim qədər sözsüz.... Yazıq.. O qədər yazıqdı ki.. Günlərdən yenə çərşənbə axşamıdır.. Ağır bazar ertəsinin səhəri. Yalan sözdü inanmayın, hər bazar ertəsinin çətin olduğuna.. Bəzən çərşənbə axşamları daha çox ağır gələr.. "daha çoxları" yığar başına.. Hər dəfə həftənin günlərini sayanda gözümün qabağına məktəbdəki gündəliyim gəlir neyçünsə. Baxmayaraq ki, məktəbi artıq xeyli müddətdi ki bitirmişəm. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə gündəliyin sol tərəfində, cümə axşamı, cümə, şənbə də sağ tərəfində olardı.. Mən də sağ tərəfdə küncdə həmişə "filan gün bazar" yazardım özüm üçün.. Çərşənbə axşamları m

XAHİŞ OLUNUR CİDDİYƏ ALINMASIN.. (II)

Image
Yadında biz uşaq olarkən birgə keçirdiyimiz dəqiqələr? Hər şeyi bir yerdə edərdik, bəzən bezirdim bu birlidəlikdən, amma sən mən elədiyimi eləmək üçün arxamca gəlməyəndə də darıxırdım həmişə.. :) Yadında dominodan qurduğumuz evlər, heyvanlarımız, oyuncaqlarımız? Bəzən axırda dalaşsaq da, yenə də maraqlı idi.. ..ümumiyyətlə, insanın qayıda bilmədiyi hər an ona maraqlı gəlir sonradan.. Bir onu bilirəm ki, heç vaxt ən yaxşı oyuncaqları özümçün seçməmişəm.. ..sən ağlayanda, əziləndə, mən də səninlə bir yerdə ağlayardım hərdən, ..uzunmüddətli küsülü qaldığımızı da xatırlamıram heç ümümiyyətlə biz küsürdük? =) Evin balacaları olmuşuq həmişə.. Nə xoş indi də balacayıq.. Zaman nə olur olsun, vaxt necə keçir keçsin Yaş üstünə yaş gəlsə də, evin iki "balacası" olmaq.. ..və budur İllər keçdi, oyuncaqlarımız dəyişdi, köhnəldi indi artıq kitablarımızı paylaşırıq oyuncaq əvəzinə.. ..bir də fikirlərimizi və fikirlərimizlə tamamladıq bir birimizi.. Ba

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

Image
NƏŞR HAQQINDA: Haruki Murakaminin bir çox əsərlərini rus-dilində kitab mağazalarında görmüşdüm. Ona görə də Azərbaycan dilində "Norveç meşəsi"nin nəşr olunduğunu eşidəndə tərəddüd etmədən aldım. Əsər haqqında çox şey danışmaq olar.. Kitabın annotasiyasına azad seks tələbləri və s. bu kimi fikirlər yazıldığında əslində nələrdən bəhs edəcəyini başa düşmürdüm.. Düzdü bilirdim ki, açıq və intim səhnələr olacaq ve var idi de. Amma hiss olunu ki, Murakami bunu "vecsiz" yazıb. Yeni annotasiyaya sadəcə elə fikirlər yazmağın nə qədər doğru olub olmadığını başa düşmədim.. Və ona görə də kitabı oxuduğum üz qabığını qoymadım şəkilə.. ƏSƏR HAQQINDA: Əsərdən belə bir cümlə oxudum: "Hamının oxuduğu kitabları oxuyanda, adam hamı kimi düşünür. Ancaq bəsit, geridə qalmış adamlar belə eləyir. Ağıllı adam belə eləməz." Halbuki, bu əsərin özü də  bestsellerdi. Əsəri özlüyümdə bir neçə hissəyə böldüm.. Əvvəlini Selincerin "Covdarlıqda uçurundan qoruyan" əsə

Köhnə mövzu... =(

Image
Yenə köhnə mövzulardan birinə qayıtmaq istəyirəm.. Bəlkə də üstündən xeyli zaman da keçməyib heç, amma nə edim axı.. Nə edim ki, darıxıram.. Nə edim ki hələ də özümü bir qəlibin içinə salmışma və özümdən xəbərsiz şəkildə nəyi necə elədiyimi bilmədən, ya da düşünmədən davam edirəm..  İçimdə baş qaldıran gələcəyin incə və açmamış, apreldə ağaclardakı yeni tumurcuqları kimi zərif olan o xəfif qorxusu var.. Mən təklikdən qorxmuram, tək olmadığımı da bilirəm.. Amma darıxıram... elə darıxıram ki, heç kəs bunu heç vaxt hiss edə bilməz.. Ehhhh nə isə ən yaxşısı "Küçələrə su səpmişəm"i dinləməyə davam eliyim..

TƏQVİM...

Image
Bir yanvar qədər soyuq... Bir fevral qədər qısa Bir mart qədər küsgün Bir Aprel qədər mülayim Bir may qədər səssiz Bir iyun qədər ilıq Bir iyul qədər isti Bir avqust qədər bitici Bir sentyabr qədər duyğulu Bir oktyabr qədər çətirsiz Bir noyabr qədər tənha Bir dekabr qədər sənsiz... Və hər dekabr sonrası yanvar... 365 gün yarımçıq Təqvim sənsiz natamam. Şahin Xəlil

TEOMAN - Üç beş kişi

Image
Her şey değişirken yalnız biz aynı kaldık Küçücük üç beş kişi geçmişle oyalandık Yollar bitmez gibiyken düşlere ulaşılmaz Konuşmadan kaybetmeden yaşanmadan anlanmaz Uzak her şey çok uzak tek sesin yakın bana Yok her şey bitmemiş seni bana hatırlatan Taksinin camında vuran rüzgarla ayrıldım Yorgun uykusuz anıları aradım Yoruyorsa artık seni eskinin eğlencesi Değişen sen misin, sen misin? P.S. yenə Teodan gəldi içimdən xəbər verən sözlər və notlar...

YOU'VE GOT MAIL... 2

Yenə ürəksıxıntıları ilə dolu günlər... Telefon zəngini gözləmək... gözləmək... Bircə təbrik üçün heç kəsdən təbrik qəbul etməmək... Bu il heç kəsin bayramını təbrik etmədim... Telefona baxıb durdum... Nə zəng gəldi, nə səs sorağın... Nə kimləsə dərdləşdim, nə kiməsə bir söz didim... Tək dərdim sevgim oldu, sən oldun... Deyəsən yenə kitablarda itirdim özümü.. Onda rahat olur yaşamaq... Çünki öz həyatımı yaşamıram... Çətin günlərimi xatırlamıram... Yazı da heç vaxt sevməmişəm... Sevmirəm... Sən yanımda idin diyə son 3 ildə yola getməyə başlamışdıq baharla, bu il yenə küsmüşəm... Təkcə yazdan yox, elə hamıdan... Sənnən də küsmüşəm... Məndən uzaqdasan diyə... :( Bu səhər gözümü açanda yağışın səsini eşitdim... Təzədəm yumdum... Sanki səni pıçıldadılar... Daha çox darıxdım... sıxldım.. Sənsiz qaldım... Səssiz qaldım... çox şeylər keçdi xəyalımdan... Çox şeyləri xatırladım... Unutduqlarımı belə... Bu gün mesaj yazsam da, "yağış yağır..." desəm də cavab gəlməyəcək... O qədər

MƏNƏ MƏNDƏN DANIŞ...

Mənə məndən danış.. Bir az pıçıltı ilə Bir az titrək.. Bir az ürəklə.. Danış mənə nələr hiss etdiyini.. Nə üçün gec qaldığını danış uzun-uzadı.. İllər ərzində çəkdiyin həsrəti təsvir elə rəssam kimi.. Amma bacarma da heç.. Daha sonra güc ver yazıçılara xas incəliklə sözlərə.. Hisslərindən çələng hör saçıma. Mənə məndən danış.. Bir az həyacanla.. Bəzən utan.. Bəzən qəzəblən.. Özünü danla.. Mənə nifrət et.. Uzun zaman görmədiyin üzümə baxmağa çəkin, Gözlərini gizlət, üzünü çevir. və danış yenə mənə nələrdənsə.. ..çətinliklərindən, ..səssiz gecələrindən, ..həyatında olub keçənlərdən, ..sevgililərindən. ..siyasətdən də danış arabir Sonra isə qəfil söhbəti dəyiş.. Mənə mənədən danış Bir az ürkək.. Bir az həsrətlə.. Və inandırmağa çalış məni səndən çox heç kəsin sevməyəcəyinə.. inanmayacağımı bilə-bilə.. Uzun uzun danış mənə məndən..