GABRİEL GARCİA MARQUEZ - "EŞQ VƏ BAŞQA CİNLƏR"




ƏSƏR HAQQINDA:

Qabriel Qarsia Markesi keçən il kəşf eləmişəm. Mistik-relist üslubun dahisi deyərdim Markesə. Bu yaxınlarda hətta onun ölüm xəbəri şayəsi də yayılmışdı. Təəssüflənmişdim... Amma yaxşı ki, şayə olaraq qaldı. "Eşq və başqa cinlər" əsəri haqqında nə deyə bilərəm? Maraqlıdı.. 12 yaşlı vəhşi qız Siyerva Mariya ilə 33 yaşlı Allaha bağlı olan kitabları çox sevən, üstün zəkaya malik keşiş Delauranın yasaq eşqi.. Cinvurma kimi mövhumata uyan kilsə əhli.. Vəhşiliyin sevgiyə çevrildiyi eşq hekayəsi.. "Bir uğursuz, sonu faciəli eşq hekayəsi".. Mareksi sevən hər kəsə məsləhətli kitabdı.




Əsərdən yadda qalan cümlələr:

* Xoşbəxtlik sağalda bilməyəcəksə, başqa əlac axtarmayın.

* O günlərdə Siyerva Mariya, mahnılarda deyildiyi kimi, eşqin hər şeyin öhdəsindən gələ bilib-bilmyəcəyinin həqiqət olub olmadığını soruşdu ondan.
- Doğrudur, - deyə atası cavab verdi, - amma sən buna inanmasan yaxşıdır.

* Yoxsulluğunun səmimiliyi elə ilk baxışdan özünü bəlli edirdi. Amma ən çox diqqəti çəkən gözlərinin, yalnız ruhi bir imtiyazı kimi yozula biləcək təmizliyi idi.

* Bədbəxtliyə səssiz-səmirsiz dözmək istəmişdim, - markiz dedi.
 - Elədirsə, bunu heç bacara bilmədin.

* Tanrıya inamını itirdiyi vaxtdan bəri ilk dəfə
dua etmə ehtiyacını hiss edirdi. Özünü tərk etmiş Tanrını geri qazanmaq üçün bütün gücünü sərf edib dua otağına getdi, amma xeyri yoxdur: inamsızlıq inancdan daha dözümlü idi, çünki duyğularla bəslənirdi.

* İnsan heç zaman inancını tam şəkildə itirmir.. - şübhə də həmişə içində qalır.

* Vaxtında bildirilən şübhədən daha xeyirli heç nə yoxdur.

* Düşmən yalnışlıqlarımızdan çox zəkamızdan yararlanır.

* - Ah nə qədər uzaqlardayıq! - deyə o içini çəkdi.
- Nədən?
- Özümüzdən.

* Dünyanın firlanmasına müdaxilə edə bilmərik.

* Bu gözün yeganə qüsuru lazım olandan artıq görməsidir.

* Mənim yaşımda və bir-birinə qarışmış bu qərər qandan sonra, artıq haralı olduğumu özüm də dəqiq bilmirəm.. Kim olduğumu da..

* - Bunun yasaq bir kitab olduğunu bilirsinizmi?
- Son yüzilliklərdəki ən yaxşı romanların hamısının qadağan olunduğunu bildiyim kimi - Abrenunsio dedi. - Artıq onların yerinə müdrik adamlar üçün icmal yazılarından başqa bir şey nəşr edilmir. Bu günün yoxsulları xəlvətcə cəngavər romanları oxuya bilmirsə, daha nə oxusunlar?

* Kayetano kitabın səhifələrini bir-bir çevirdi, içini qoxladı və dəyərini hesabladı. Kitabın dəyərini nə qədər çox anlayırdısa, Abrenunsio bir o qədər az bilirdi.

* - Məni niyə bu qədər xoşbəxt elədiyinizin səbəbini bilmək istərdim, - dedi.
- Çünki biz ateistlər din adam olmadan yaşaya bilmərik.

* - Sənin üçüm özüm seçdim özümü - sən seçmədin. Həm də elə indiki kimi idin - xalis zavallı.

_________________

P.S. Adətim üzrə oxuduğum kitabın youtube-da kinosunu axtardım və bu əsərin də kinosunu tapdım. :)


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)