MƏNƏ MARAQLIDIR.. ;)

Bir neçə gün bundan əvvəl fb-da maraqlı bir blogla qarşılaşdım, adı kitabxanam olan blog həqiqətən xoşuma gəldi. Ondan sonra bu gün də kitab adam yemir kitab klubunun bloguna təsadüfən baş çəkdim. mən ümumiyyətlə bu tipli saytı ilk dəfə kitabı karandaşla oxuyanlarda görmüşdüm. çox bəyəndiyim və darıxanda baş çəkdiyim, bir kitab oxucusu üçün faydalı hesab etdiyim saytdı. Bloglara gələndə isə keçən ilki təşəbbüsüm yadıma düşdü.. :( hər halda vaxt var idi qeyd etdiyim bloglar fəaliyyətə başlamamışdan çox əvvəl mən də oxuduğum kitablar haqqında şərhlər yazırdım bloguma tez-tez.. Amma sonra tərgitdim.. Təəsüf ki tərgitdim. Amma oxuduğum kitabların şərhlərinin yenidənbərpası bu gündən başlayacaq. Kitablarıma qayıtmağım məni çox sevindirir.. O qədər kitab alımışam ki bu il.. Siyahısını mütləq qeyd eliyəcəyəm :)

P.S.Bir də Cartoondan evlər adlı bir blog var idi. Təəsüf ki, bu gün o blogun gizli fəaliyyətə keçdiyini gördüm.. Bəyəndiyim və həmişə izlədiyim bloglardan biri idi.. =(

İndi isə oxumaq zamanıdır... :)

p.p.s. cartoondan evlər yenidən bizimlə :))

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)