Posts

Showing posts from February, 2014

NAZİK KİTABLAR SİLSİLƏSİ :)

Image
Deməli, mənim üçün  kitablar təkcə görünüşünə və formasına görə yox, həmçinin oxunma sırasına görə də qalın və nazik kitablara bölünür. Qalın kitabları işim az olanda, kitabı uzun müddət oxumaq istəyəndə əlimə alıram, nazik kitabları isə işim çox olanda, kitabları "su kimi" oxuyub tez qurtarmaq istəyəndə. Və son oxuduğum bir neçə kitab da məhz nazik kitablar silsiləsi oldu :) Buna Alber Kamyunun bu il kitab sərgisindən aldığım "Çöküş" əsəri ilə başladım. Alber Kamyudan ilk dəfə "Yad" əsərini 2011-ci ildə oxumuşam, sonra isə "Taun". Remarkdan sonra sevdiyim ikinci yazıçıdır deyə bilərəm. "Çöküş" əsəri də olduqca maraqlı, fəlsəfi, daxili aləmin səsinin əks-sədası kimi üzərimdə güclü  təsir buraxdı. Kamyunun əsərlərini çox karandaşlıyıram həmişə :) Kitabxanamda yazıçının oxumadığım daha bir əsəri, "Xoşbəxt ölüm" var. Daha sonra Fransuaza Saqanın "Salam kədər" kitabını nazikliyinə görə əlimə aldım.

FRESNSİS SKOTT FİTSCERALD - MÖHTƏŞƏM QETSBİ -

Image
Kitabları kinolardan üsdün tutduğumu həmişə qeyd etmişəm. Elə də kino həvəskarı deyiləm, amma axır 2-3 ildə kitabı bitirdikdən sonra əgər ssenarisinə çəkilimiş kinosu varsa baxıb müqayisə etməyi sevirəm. Təbii ki, hər dəfə kitab daha böyük təəsürat yaradır məndə. Çünki kinoları çəkərkən istər-istəməz çox məqamlara toxunmur rejissor, ssenarini hardasa dəyişir, ya qəhrəmanların hər hansı bir hadisə zamanı nə hiss etdiklərini, daxilində nə düşündüklərini bilmək olmur, amma kitabda bunu oxuyaraq bilirsən, hiss edirsən, təsəvvüründə canlandırırsan. Ya da ən yaxşı halda aktyorun güclü istedadı nəticəsində ordakı hisslər izləyiciyə aşılana bilər.  Baxdığım kinoların əksəriyyətində bunu hiss etməmişdim ta ki dünən Leonardo Di Kaprionun baş rolda çəkildi "Möhtəşəm Qetsbi" əsərinin kinosuna baxmayana qədər.. Kitabı isə hardasa bir həftə əvvəl oxuyub bitirmişdim. Kinodakı effektlər, obrazlar, rejissor işi, dekorasiya, geyim filan bunlara toxunmayacağam, çünki kinoman deyiləm. Amm

KİMSƏSİZLİK..

Gecələr.. Düşünməli olmadığını da düşündürəcək sənə. Düşünməli olduğunu da. Ya da ən yaxşı halda ən maraqlı söhbətlər, etiraflar olacaq gecə söhbətlərində.. hisslərin kimsəsizləşdiyi andır gecələr. Göz yaşlarının təkcə gözdən axışı deyil, boğazda düyüm düyüm toplanan, yandıran qəhərin ağrısıdır həm də. Gecələr sevgilinin bir kəlməsini gözləməyin həsrətidir. Ondan gələn hər həriflə sevişməkdir.. Bəzi gecələr isə xüsusilə kimsəsizdir, yoxsuldur.. var olan yoxluqdur.. yox olan varlıqdır həm də. söz oyunudur gecələr.. göz yumlunun qaydasız oyunudur bəlkə də. Səni ayrı salan gecəmi məndən Onun nə günahı gecədir keçir.... Səhər durub oxuyanda, "bu nədi yazmışam!?" yazılarından....

SOYUQ BAKI VƏ YORĞUN QIZ...

Image
Gələn keçən Bakıya şaxtanın, qışın, qarın yaraşmadığını deyir. İnsanlara qalıb Bakıya nəyin yaraşıb yaraşmadığını müzakirə etmək? belə də baxanda elə insanlara qalıbaxı.. Hər gün şəhərin sinəsində o başdan bu başa, bu başdan o başa iz qoyan insan və insancıqlara. Təəssüf hissi ilə içimi çəkirəm. Şaxta bizi dondursa da, başımıza xeyir olmadı deyəsən. Ya da bəlkə də oldu - ancaq bir azcıq, o da baxır kimə. Axı atalar yaxşı deyib - "Ayağını isti, başını soyuq saxla". Düzü, bizim qızlar başlarına özünlərindən böyük, yekə qulaqcıqları olan toxunma papaq qoyub, ayaqlarına nazik yubka geyinəcək qədər cəsurdular. Onlar cəmiyyətin "fərqli üzüdür", mənim böldüyüm "qızlar kateqoriyası"nın aşağı-yuxarı punktlarından biri. Daha başqa punktlar da var amma onları saymayacağam bu gün :) Mən və mənim kimi qızlara gəldikdə isə biz cəmiyyətin qeyri-üzü, amma "standartları"yıq. Desəz necə? Bunu bilməyə nə var, insanın özü kimiləri tanımağa nə var? ..yox, yox, öz