KİMSƏSİZLİK..

Gecələr.. Düşünməli olmadığını da düşündürəcək sənə. Düşünməli olduğunu da. Ya da ən yaxşı halda ən maraqlı söhbətlər, etiraflar olacaq gecə söhbətlərində.. hisslərin kimsəsizləşdiyi andır gecələr. Göz yaşlarının təkcə gözdən axışı deyil, boğazda düyüm düyüm toplanan, yandıran qəhərin ağrısıdır həm də. Gecələr sevgilinin bir kəlməsini gözləməyin həsrətidir. Ondan gələn hər həriflə sevişməkdir..
Bəzi gecələr isə xüsusilə kimsəsizdir, yoxsuldur.. var olan yoxluqdur.. yox olan varlıqdır həm də. söz oyunudur gecələr.. göz yumlunun qaydasız oyunudur bəlkə də.

Səni ayrı salan gecəmi məndən
Onun nə günahı gecədir keçir....

Səhər durub oxuyanda, "bu nədi yazmışam!?" yazılarından....

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)