FRESNSİS SKOTT FİTSCERALD - MÖHTƏŞƏM QETSBİ -

Kitabları kinolardan üsdün tutduğumu həmişə qeyd etmişəm. Elə də kino həvəskarı deyiləm, amma axır 2-3
ildə kitabı bitirdikdən sonra əgər ssenarisinə çəkilimiş kinosu varsa baxıb müqayisə etməyi sevirəm. Təbii ki, hər dəfə kitab daha böyük təəsürat yaradır məndə. Çünki kinoları çəkərkən istər-istəməz çox məqamlara toxunmur rejissor, ssenarini hardasa dəyişir, ya qəhrəmanların hər hansı bir hadisə zamanı nə hiss etdiklərini, daxilində nə düşündüklərini bilmək olmur, amma kitabda bunu oxuyaraq bilirsən, hiss edirsən, təsəvvüründə canlandırırsan. Ya da ən yaxşı halda aktyorun güclü istedadı nəticəsində ordakı hisslər izləyiciyə aşılana bilər. 
Baxdığım kinoların əksəriyyətində bunu hiss etməmişdim ta ki dünən Leonardo Di Kaprionun baş rolda çəkildi "Möhtəşəm Qetsbi" əsərinin kinosuna baxmayana qədər.. Kitabı isə hardasa bir həftə əvvəl oxuyub bitirmişdim. Kinodakı effektlər, obrazlar, rejissor işi, dekorasiya, geyim filan bunlara toxunmayacağam, çünki kinoman deyiləm. Amma tək onu bilirəm ki, ilk dəfə idi ki, kino mənə kitabdan daha çox təsir etdi. Di Kaprio Qetsbinin hər hissini, hər emosiyasını o qədər dəqiqiliklə oynamışdı ki, sanki kitabı təzədən oxuyurdum.
Əsərdə Qetsbinin ölümü və onun son görüşünə heç kəsin gəlməməsi kitabda o qədər təsir etməmişdi, nə qədər ki, kinoda o yalnızlığı, təkliyi hiss etdim. O cümlədən, Dezinin qorxaqlığı, Cordanın laqeyidliyi, Nikin varılar cəmiyyətinə qoşulması və ətrafda baş verən iyrəncliklərin ona psixi təsiri. 

Sevdiyi xanıma görə nə yolla olur olsun varlanın insan, zəiflik, xəyanətlər, meşşan həyat, var dövlət, imkansız sevgi, "yaşıl işığ"a inam, yaxşını-pisdən ayıran insan təfəkkürü, qarşılıq güdmədən yaranan dostluq, yalan, riyakarlıq, cəmiyyətin qurbanı və yalnız ölüm...

 Dövrün "Caz əsri" adlanın illərində, Amerikanın varlı təbəqəsinin iç üzünü göstərən adı kimi möhtəşəm əsər və kino. 

..və uzun müddətdir ki playlistimdə sevdiyim mahnılardan biri və kinonun soundtracki -


Lana Del Rey - "Young and Beautiful"


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)