Posts

Showing posts from March, 2014

BAHAR FƏSLİ YAZ AYLARI GƏLƏNDƏ...

Image
Hərçənd ki, Aşıq Ələsgər bahar fəslinin gəlişini süsənli sünbüllü dağlarla vəsf eləmişdi, bizim Yasamal dağları qar, çovğun, boran, dolu nə bilim nə təsəvvürü yaradıb bu gün.. 30 mart və küçənin qaranlığında 1 dərəcə istilik kürkünü geyinmiş Bakı küləyi o baş bu baş öz zamanıymış kimi gəzişir dalanlarda.. Yenicə çiçək açan, tumurcuqlayan ağacların üzərində sərt dolu dənəcikləri.. incitdimi görəsən?... sentimentallığa gərək yoxdu, hər halda bioloji baxımdan anormallıqdır və statistik göstəriciləri sadalayan zaman Kənd Təsərrüfatı Nazirliyinin hesabatında "mart ayında yağan dolu filan sahələrə zərər vurub" cümləsini mütləq işlədəcək :D Deməyim odu ki, 31 yanvarda qəfil dəyişən o "hava" son nöqtəsini 30 martda qoydu.. qoydumu heç o da dəqiq deyil.   ..və dünyanın "yay saatı"na keçdiyi bu gün əllərimizi yaman üşütdü.  ..və Türkiyədəki seçkilər dünyanın nəzərlərini öz üzərinə cəmlədi ..və bayırda qışın nəfəsi gəlsə də gül dükanında gördüyüm yazın müjdə

NƏ MƏSƏLƏDİ?

Image
  Anna Axmatovanın şeirlər kitabını ara bir özümçün vərəqləyirəm. Ümumiyyətlə, yorulanda, sakitləşmək istəyəndə, romantikləşəndə, beynimi fikirlərdən azad etmək istəyəndə şeir oxumağı sevirəm. Axmatovanın da kitabından bir iki səhifə vərəqlədikdən sonra qarşıma çıxan bu şeir heç də məni sakitləşdirmədi... İnsan bir düşündüyünü yaşıyar, bir də fikirləşdiyi həmişə kitablarda qarşısına çıxar. Yaxşı indi bu nə məsələ idi!?

SEVGİLİYƏ MƏKTUB...

Image
Salam sevgili, Sənə məktub yazıram.. Amma Aqşin Yenisey kimi "..yazıram ki bağışla" deyib davam eləməyəcəyəm yazıma. Sadəcə, zaman keçdikcə, əlinin hərarətini unutmağa başladıqca ilk dəfələri xatırlamağa başladım. İlk dəfələrimizi... ilklərimizi.. gizlinimizi, aşkarımızı.. Zaman gözləmədi sənin kimi, ötdü keçdi. Bax, birgə yaşamadığımız günləri gətirir, ayları, saatları... çobanyastığı fəslini gətirir sevgili, vaxtı ilə gözlədiyimiz amma yaşamadığımız o fəsli.. Sənə məktub yazıram.. Amma oxumayacağını bilirəm. Unutduğunu Bakının xəzri küləkləri çoxdan çatdırıb mənə.. sən mənim hisslərimdən həmişə bixəbər, nigaran, mənsə sənin hər addımından xəbərdar. Sənə məktub yazıram.. amma elə bilmə yenə də öyrəşdiyin xallı narıncı fincanımda limonlu çayım yanımdadır :) yox.. heç kofeni də əvvəlki kimi sevmirəm artıq.. səndən çox çox əvvəllər sevdiyim adətim səni xatırladır mənə, nə qəribə.. bəzən günlərlə xatırlamıram ki səni xatırlatmasın mənə.. kitablarımın içində isə daha çox i

ŞİKAYƏT MƏKTUBU..

Image
Nə qədər və hara qədər şikayət eliyəsən insanlardan, yaxınlarından, doğmalarından, bu həyatdan, var oluşundan.. Kimə, nəyə gərəkdi? Amma bir də baxırsan ki, həyat zəncirinin ən vacib halqaları heç də sən isdədiyin düzülüşdə sıralanmıyıb. Ailə zəncirin bir halqası itib.. Dost zəncirinin halqasından səni özlərindən xəbərsiz çıxardıblar.. Sevgili zəncirin isə... elə dolaşıqdı ki illər keçsə bilməzsən aça bilərsən ya yox.. Gəl ki ən pisi də bu halqalarının düzülüşündən şikayət eliyəcək yeni bir həyata tutunma zəncirin belə olmamasıdır.. ..və beləcə yalnızlaşırsan ..və beləcə kimsəsizləşirsən ..və beləcə hər şeyi öz içində böyüdüb şikayəti də özünə eliyirsən... Onsuzda bu həyatda çox halqalar istəyimiz xaricində düzülür. Sadəcə ya bu halqalara öyrəşib qəbul eliyəcəksən, ya mübarizə aparacaqsan, ya da ən nəhayətində gücünün çatmadığını görüb öz içinə, daxilinə, təkliyə köçəcəksən... Həyat zəncirini hardan çıxartdım bilmirəm düzü. Bir onu bilirəm ki insan yalnızlaşdıqca və bunu

YAXINLARIMIZDAN DA YAXIN OLANLAR... Hellokişi Şab

Image
Onu ilk dəfə TEDxBakı -da çıxışını izlədikdən sonra tanıdım. Hardasa 3 il əvvəl... Təbii ki, hamıya təsir edən o çıxış məndən də yan ötməmişdi. Elə o zamanlardan həmişə doluca danışdığı müsbət enerjisini ötürə bilmişdi mənə..  ..o gülər üzlü ..o pozitiv düşüncəli ..o diqqətli ..o dərdə şərik ..o cana yaxın ..o çox şey ..o mənimçün əvvəl uzaq Şəbnəm Alməmmədova, indi hellokişi Şab :) onunla eyni süjet xətti olan, lakin müxtəlif  adda iki fərqli kinonun baş rolundakı qəhrəmanlar olduğumuzu bir məqaləsini oxuduqdan sonra daha çox anladım. və elə belə, adi, cansıxıcı, monoton günlərin birində facebookda onu axtarıb follow düyməsinə basdım və hər şey ordan başladı.. orada hellokishini kəşf elədim.. ..ilk məqaləni oxuyan gözlərim ..ilk məqalənin titrətdiyi ruhum ..ilk məktubu yazan əllərim və ürək çırpıntıları ilə gözlənən ilk məktuba gələn cavab. . . və çox şey ordan başladı.. hal-hazırda normal düşüncəyə, həyata qayıtmağıma görə ona TƏŞƏKKÜR edirəm

Niyə ana!?

Image
Heç zaman cavabını eşitməyəcəyim, bilməyəcəyim suallarım var..

KAŞ...

Image
Kaş başlıqlı bu yazımın ilk cümləsi tamamilə fərqli idi.. Mövzu da həmçinin.. Sonra bildiyimiz texnika, yenə də fikirlərimə üsyan edib yazdıqlarımı yadda saxlamadan sildi. Kaş demədim.. Amma ürəyimdə bir balaca söydüm düzü :) ..nə isə, deməli, yazı başqa cür olmalı imiş.. peşmanlıqlardan danışmaq istəyirdim sadəcə, böyük məsələ deyil.. bu yazının ilkin mərhələsində, kaşın nəzəriyyəsini yazmışdımsa, indi içimdən onun təcrübəsini yazmaq keçir... kaşlar təcrübəsi.. peşmanlıqlar təcrübəsi.. ..kaşlar sevdiklərini əbədi itirdikdən sonra yaranır ..kaşlar demək istəmədiyin sözü bilmədən deyərkən, demək istədiyin sözü illərlə susub və heç zaman deyə bilməyəcəyini dərk etdiyin zaman yaranır ..kaşlar hərəkətlərinin nəticəsində meydana gəlir, eləməli olub eləmədiyin, eləmək istəmədiyin, eliyə bilmədiyin peşmançılığın kaşları, ya da elədiyin və bunun üçün başını balışda o tay bu taya atarkən o qu tükü sənə daş kimi gəldiyi zaman yaranır.. peşmanlıq kaşlara, kaşkilərə, bilsəydimlərə, gər