YAXINLARIMIZDAN DA YAXIN OLANLAR... Hellokişi Şab

Onu ilk dəfə TEDxBakı-da çıxışını izlədikdən sonra tanıdım. Hardasa 3 il əvvəl...

Təbii ki, hamıya təsir edən o çıxış məndən də yan ötməmişdi. Elə o zamanlardan həmişə doluca danışdığı müsbət enerjisini ötürə bilmişdi mənə.. 

..o gülər üzlü
..o pozitiv düşüncəli
..o diqqətli
..o dərdə şərik
..o cana yaxın
..o çox şey
..o mənimçün əvvəl uzaq Şəbnəm Alməmmədova, indi hellokişi Şab :)

onunla eyni süjet xətti olan, lakin müxtəlif  adda iki fərqli kinonun baş rolundakı qəhrəmanlar olduğumuzu bir məqaləsini oxuduqdan sonra daha çox anladım. və elə belə, adi, cansıxıcı, monoton günlərin birində facebookda onu axtarıb follow düyməsinə basdım və hər şey ordan başladı.. orada hellokishini kəşf elədim..

..ilk məqaləni oxuyan gözlərim
..ilk məqalənin titrətdiyi ruhum
..ilk məktubu yazan əllərim
və ürək çırpıntıları ilə gözlənən ilk məktuba gələn cavab. . . və çox şey ordan başladı..

hal-hazırda normal düşüncəyə, həyata qayıtmağıma görə ona TƏŞƏKKÜR edirəm! :)

o uzaqlarda yaşasa da bir gün onu mütləq görəcəyimə inanırdım, 
..və bu gün o görüş  baş tutdu :) 


mənə yaxınlardan da yaxın olan Şab... xoxo :)

________________________

Abdullayeva    22.12.13
кому: shabnam_metin
məni məəttəl qoyan, məni həyəcanlandıran, sənin o qaranlıqdan çıxma əzmindi. deyirsən ki bizim beynimiz, inamımız.. bəs əgər o da itibsə? sən onu necə yenidən bərpa elədin? necə yenidən qazandın? ümidini necə yaratdın təzədən möhkəmləndirdin? 


Shabnam Almammadova   23.12.13

кому: мне

8. Bil ki, o senin yanindadir, inan mene, her addimi gorur, duz yanindadir..


Həyatdan bir parça...


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)