Posts

Showing posts from 2024

29 FEVRAL

Image
Dörd ildən bir olan, dörd ildən bir həyatımıza gəlib gedən ekstra 24 saat, əlavə bir gün.. Hələ uşaq idim, məktəbli idim bu günün varlığı məni fərqli düşündürüb, fərqli hiss etdirəndə. Həmişəki kimi də necə və niyə sualını verərkən, və buna cavab axtararkən tapırdım özümü. O zamanlar resurslar bu qədər çox olmazdı, valideynlərimizdən, dərsliklərimizdən, əgər bizim kimi kiminsə bəxti gətirirdisə evindəki o qırmızı üzlü ensiklopediyalardan suallarımıza cavab tapardıq qismən. Limitli, kasad, yalnız bir və ya iki dildə. İndi isə əlimizi klavyaturada gəzdirərək ingilis, rus, türk və doğma dilimizdə minlərlə məlumatlar, məqalələr, resurslara çata bilirik. Bəlkə də ona görədir ki, çox şeyin sehri qalmayıb.. Yaşımın neçə olmağından asılı olmayaraq 29 fevral mənə həmişə qeyri adi hisslər bəxş edir. Həm də doğulduğum ilin təqviminə də 12 ildən bir mütləq düşür bu tarix. Bəlkə mövzudan kənar olacaq, amma mən uşaqlıqdan özümü heç vaxt hamı kimi hiss etməmişəm. Düşünürəm ki, elə bu fərqli hiss etmə

KİTABLARLA DANIŞDIQLARIM...

Image
 2023-cü ilimin məndəki və həyatımdakı qısa icmalından sonra ənənəyə uyğun olaraq ötən ildə oxuduğum kitablar barədə danışmaq istədim. Bu il artıq dördüncü il olacaq ki, Goodreads də "reading challange" edirəm özüm üçün. Məsələn, bir il 5 ədəd kitabı oxuyacağamı hədəfləyirəm, amma 8 kitabla ili bitirirəm. Növbəti il hədəfimi 8 kitab edirəm və 10 kitab oxuyuram, daha sonrakı ilə isə 10 kitabı hədəfləyərək girirəm. Belə belə keçmiş illərimlə yarışaraq kitab oxuma vərdişimi yenidən bərpa edirəm. Bəli, bu ilki hədəfim isə 10 kitabdır. Bəlkə də köhnə kitabqurdu üçün 10 kitab çox azdır, amma ailə-məişət həyatım, balalar bəzən insanın maraqlarının ləng irəliləməsinə səbəb olur. Mən isə düşünürəm ki, əsas odur ki, irəliləyiş, hərəkət var. Bu axı ətalətdən dəfələrlə yaxşıdır. 2023-cü ilimin ən gözəl kəşflərindən biri isə Storytel online kitabxana oldu. Bəli, mən də əsərləri kitabdan oxumağı sevirəm. Bəli, mən də kitabı qoxlamağı, ona toxunmağı, qeydlər etməyi, qulağını qatlamağı sevir

İKİ MİN İYİRMİ ÜÇƏ HÖRMƏTLƏ...

Image
Gözlərimi yumub 2023-cü ili düşünəndə ilk 40 günü həyatımın olmaq istədiyim yerində və niyyətlərimin ard-arda olaraq necə həyata keçdiyinin şahidi idim. Nə qədər özümə inamlı, nə qədər özümdən razı, gələcəyə planlar qurub 2023-cü ilimi daha da rəngləndircəyimə əmin şəkildə başlamışdım. Özümü inkişaf, özümü tanıma, yeni iş təklifi, rəssamlıq dərslərim.. Söz vermişdim özümə, 2023-cü il yeni başlanğıclar ili olacaqdı. İlk dəfələr ili olacaqdı.. çox şey edəcəkdim ilk dəfə, məsələn ilk dəfə xaşın ətinin dadına baxacaqdım ki baxmışdım da :), ilk dəfə hamama getmişdim, ilk dəfə rəsm dərnəyinə yazılmışdım və hələ uzun bir siyahım da var idi indi unutduğum. Amma nə oldu? ..40 gün sonra həyatımın altı üstünə gəldi. ..qorxdum çox qorxdum. İlk dəfələr ili oldu 2023, doğrudur. Amma hərəkət və planlar üçün yox, daxili aləmimin bərpası və yenidən yaranmaq üçün. Mən aylarla susdum, aylarla gizləndim, aylarla öz içimdən çıxmadım. Aylarla bu dünyada yaşamadım, sadəcə nəfəs aldım. Gizləndim... Gizləndim.